Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-105/2024 05.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs iştirakları ilə, 07 avqust 1984-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, işləməyən, Kəlbəcər şəhəri, Vidadi küçəsində qeydiyyatda olan, Gəncə şəhəri, Yeni Qəsəbə-1500, bina 14, mənzil 55-də məskunlaşan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxsnın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib olunmuş 05 iyul 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 29 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs 06 iyun 2024-cü il tarixdə keçmiş arvadı Zərərçəkmiş şəxs “sağ bazu nahiyəsinin sıyrıqları” kimi dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs aldığı xəsarətlər dərəcəsi təyin edilməyən xəsarətlər olduğundan, həmin xüsusatlar üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxsnın əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 06 iyun 2024-cü il tarixdə yaşadığı Gəncə şəhərindəki Yeni qəsəbə-1500, bina 14, mənzil 55-də keçmiş arvadı Zərərçəkmiş şəxs fiziki ağrı yetirmişdir-yəni Zərərçəkmiş şəxs “sağ bazu nahiyəsinin sıyrıqları” kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Həmin faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 29 iyun 2024-cü il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından, qərarın surəti müvafiq tədbir görülməsi üçün Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də 05 iyul 2024-cü il tarixdə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. O, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs olaraq tərtib etdiyi 05 iyul 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, keçmiş arvadı Zərərçəkmiş şəxs ilə rəsmən boşansalar da, sonradan barışaraq eyni mənzildə yaşamışlar. Evlərində problem olmuş, Zərərçəkmiş şəxs bununla bağlı danışmış, o da əsəbiləşərək qənd qabının qapağını götürüb atmış, atdığı həmin əşya mənzildə olan otaqlardan birinin qapısının şüşə hissəsinə dəymiş və qapının şüşəsini sındırmışdır; o, Zərərçəkmiş şəxs döyməmiş və Mehribanın hansı halda xəsarət almasını görməmişdir. Onun heç bir təqsiri yoxdur. Məhkəmədən onun barəsində olan inzibati xəta haqqında hazırki işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, keçmiş əri Şəxslə rəsmi qaydada boşansa da, sonradan barışaraq birlikdə yaşamışlar. Buna baxmayaraq, onların arasında mütəmadi olaraq mübahisələr baş vermişdir. 06 iyun 2024cü il tarixdə yaşadığı Gəncə şəhəri Yeni qəsəbə-1500, bina 14, mənzil 55-də Şəxslə aralarında yenə də mübahisə baş vermiş, Şəxs stolun üstündə olan qənd qabının qapağını götürüb ona tərəf atmışdır; həmin anda,o, artıq digər otaqda olduğundan, qənd qabının qapağı qapıya dəymiş və qapının şüşəsini sındırmış və onun qoluna dəyərək onu yaralamışdır. O, Şəxs şikayətçidir və Elnurun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Şahid qismində məhkəmə iclasında könüllü izahat verən X4 (barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs birgə nikahdan olan övladı) izahatında bildirmişdir ki, atası ilə anası məhkəmə qaydasında boşansalar da, sonradan barışaraq bir yerdə yaşamışlar; lakin tərəflərin arasında həmişə dava-dalaş olmuşdur. 06 iyun 2024-cü il tarixdə atası Şəxslə anası Zərərçəkmiş şəxs arasında yenidən münaqişə baş vermiş, atası onları (onu və qardaşını) münaqişə olan otaqdan digər otağa çıxarmış, anası Mehriban qapının arxasında dayanmışdır. Mübahisə zamanı anası da onlar (uşaqlar) olan otağa qaçmış, bu zaman atası şüşə qənd qabının qapağını götürərək qapıya tərəf atmış, bu zaman qapının şüşəsi qırılaraq anasının qolunu yaralamışdır. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsindən görünür ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə- sağlamlığa ağır, az ağır və yüngül zərər vurmaya səbəb olmadıqda-inzibati xətadır, xətanı törədən şəxs üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətranı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs 06 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs fiziki ağrı yetirməsi zərər çəkmiş şəxsin, şahidin izahatları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafedici izahatı (tərəflər arasında münaqişənin olması və münaqişə zamanı əlindəki əşyanı ataraq mənzildəki otağın qapısının şüşəsinin sındırması, həmin anda zərərçəkmiş şəxsin şüşəsi sınmış qapının arxasında olmasının etirafı hissəsində), Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun 29 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, inzibati xəta haqqında protokol, və işin digər sənədləri ilə tam sübuta yetirilir. Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməklə, barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: -32-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. -72-ci maddəsinin 2-ci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İnzibati Xətalar Məcəlləsinin: -9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin 400 (dörd yüz) manat miqdarda tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 400 (dörd yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-105/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-105/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver