Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-106/2023 03.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi- Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Nəcəfalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, Kəlbəcər rayonunun Nəcəfalı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla faktiki olaraq Gəncə şəhəri, Yeni qəsəbə- 1500, bina 6, mənzil 41-də məskunlaşan, evli, tam orta təhsilli, işləməyən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 343.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində toplanmış material (İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol- patrul xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfindən tərtib edilmiş 25 iyun 2023cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24 iyun 2023-cü il tarixdə saat 23:35-də “Opel Vektra-minik” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.3 (işıq və səs cihazlarından istifadə qaydalarını pozma) və 343.4-cü (İnzibati Xətalar Məcəlləsinin 334.1ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmışaparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsi) maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Kəlbəcər Rayon Məhkəməsinin iş üzrə 03 iyul 2023-cü il tarixli qərardadı ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə təqsirləndirilməsi ilə bağlı hissə üzrə icraat İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən məhkəmə baxışından çıxarılmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi- Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 24 iyun 2023-cü il tarixdə saat 23:35-də “Opel Vektra-minik” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri Yeni qəsəbə-1500 ərazisində idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti əməkdaşları tərəfindən dayandırılmış, yol-patrul xidməti əməkdaşları sürücü ilə danışarkən sürücüdə sərxoşluq əlamətlərinin biruzə verməsini aşkar etmiş və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün sürücü tibbi müayinəyə aparılmışdır. Buna baxmayaraq, sürücü Şəxs sərxoşluq vəziyyətini müayinə etmək üçün tibbi müayinədən keçməkdən qəti şəkildə imtina etmişdir. Həmçinin müəyyən edilmişdir ki, sürücü Şəxs oölu avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 343.4-cü (İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmışaparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsi) maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol- patrul xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfindən Şəxs barəsində 25 iyun 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin baş inspektoru olaraq həmin inzibati xəta haqqında protokolu tam qanuni hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə tərtib olunmuş protokolla razıdır, belə ki, o, 24 iyun 2023-cü il tarixdə saat 23:35-də “Opel Vektra-minik” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri Yeni qəsəbə-1500 ərazisində sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti əməkdaşları tərəfindən dayandırılmış, yol-patrul xidməti əməkdaşları onunla danışarkən onda sərxoşluq əlamətlərinin biruzə verməsini aşkar etmiş və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün onu tibbi müayinəyə aparmışlar. Buna baxmayaraq, o, sərxoşluq vəziyyətini müayinə etmək üçün tibbi müayinədən keçməkdən qəti şəkildə imtina etmişdir. Hal-hazırda əməlindən səmimi olaraq peşmandır (müvafiq qısa yazılı izahatını da məhkəməyə təqdim etmişdir). İş materiallarından olan: Gəncə Şəhər Narkoloji Dispanserin səlahiyyətli tib işçisi V.Zamanovun imzası və möhürlə təsdiq edilmiş 24 iyun 2023-cü il tarixli 2054/2023 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”ndan görünür ki, Şəxs 24 iyun 2023-cü il tarixdə tibbi müayinədən keçmək üçün Gəncə Şəhər Narkoloji Dispanserə aparılmış, lakin həmin gün saat 23:35-də tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, Şəxs 24 iyun 2023-cü il tarixdə “Opel Vektra-minik” markalı, “**-DR-***” dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmada sərxoş vəziyyətdə idarə edərkən həmin gün saat 23:35-də sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: -5-ci maddəsinin 2-ci hissəsinin birinci abzası və 1-ci bəndindən görünür ki, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. -37-ci maddəsinin 1-ci hissəsinin: birinci abzası və 8-ci bəndindən görünür ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir; birinci abzası və 13-cü bəndindən görünür ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. -343.4-cü maddəsinə əsasən, İnzibati Xətalar Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə-500 (beş yüz) manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarının 2.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 1) nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2) ayaq üstə sərbəst dayana bilmədikdə; 3) özünü idarə edə bilmədikdə. Həmin qərarın 2.7-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilir və onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoşluq vəziyyətini müəyyən edən tibbi müayinədən imtina etməsi ilə bağlı əməli İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs hazırki halda İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs əməli ilə bağlı məsuliyyəti yüngülləşdirən hal-törətdiyi əməldən səmimi peşman olmasıdır, məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 500 (beş yüz) manat məbləğdə inzibati cərimə tənbehi tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.1, 115.1 və 115.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə təqsirli bilinsin, barəsində 500 (beş yüz) manat məbləğdə inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-106/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-106/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver