Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-106/2024 19.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş səlahiyyətli orqan- Kəlbəcər Rayon Prokurorluğunun nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, Şəxs (FİN:xxxxxxx; (xx xxxxx 1987- ci ildə Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qaradağ-Buduq kəndində doğulmuş, Xaçmaz rayonunun Qaradağ-Buduq kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla eyni ünvanda faktiki yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Türkiyə Respublikasına məxsus “Zirve Yatırım ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialında briqadir vəzifəsində işləyən) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 198.3-cü maddəsi ilə təqsirləndirilməsi ilə bağlı işə məhkəmənin binasında (ünvan 2 ünvanında) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Kəlbəcər Rayon Prokurorluğunda toplanmış material baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala daxil olan: Kəlbəcər rayon prokurorunun 05 iyul 2024-cü il tarixli (qeydiyyat nömrəsi: 24-1-2-2-427-1088-1) “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarında göstərilir ki, vəzifəli şəxs Şəxs “Zirve Yatırım ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filalında briqadir vəzifəsini icra etdiyi müddətdə ayaqaltının dayanıqlı və etibarlı şəkildə quraşdırılması, həmçinin işçilərin iş zamanı həmin ayaqaltıdan istifadə etmələrini qadağan edən xəbardaredici nişanların, plakatların quraşdırılmasını təmin etməyərək "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 3.2.1-ci, 5.27.3-cü bəndlərinin tələblərini pozmuş və nəticədə həmin şirkətdə usta vəzifəsində işləyən Zərərçəkmiş şəxs 29 aprel 2024-cü il tarixdə Kəlbəcər rayonu ərazisində iş zamanı hündürlükdən yıxılaraq ümumilikdə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati xətasını törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər X6 və X7 izahatları, məhkəmə-tibbi ekspertizasının 10 may 2024-ci il tarixli 687 saylı və məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 25 iyun 2024-cü il tarixli 3-16- 16/2-10/4261 saylı rəyləri ilə sübut olunur. Materiala daxil olan: Kəlbəcər Rayon Prokurorluğunun müstəntiqi X3 toplanmış 17C- 24 (Epis № 24-3-2-2-427-0242) nömrəli material üzrə qəbul etdiyi 29 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Kəlbəcər rayonu ərazisində tikilən B1 yaşayış binasının “A” blokunun 3-cü mərtəbəsində balkonlar arasında binanın fasadında işlərin görülməsi üçün nəzərdə tutulmuş ayaqaltının dayanıqlı və etibarlı şəkildə quraşdırılması, həmçinin işçilərin iş zamanı həmin ayaqaltıdan istifadə etmələrini qadağan edən xəbardaredici nişanların, plakatların quraşdırılması təmin edilmədiyinə görə vəzifə təlimatının 5-ci, 6-cı bəndlərinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 3.2.1-ci, 5.27.3-cü bəndinin tələbləri həmin işin görülməsinə rəhbərlik etmiş “Zirve Yatırım ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialında iş icraçısı (formen) vəzifəsində işləyən Şəxs tərəfindən pozulmuş və nəticədə Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almışdır. Odur ki, Zərərçəkmiş şəxs xəsarət alması faktına görə Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri mövcud olmadığından material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə icraatı: İnzibati xəta haqqında iş üzrə məhkəmə iclası 19 iyul 2024-cü il tarixə təyin edilmişdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs iştirakı olmadan işin baxılmasını qərara almışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş səlahiyyətli orqan- Kəlbəcər Rayon Prokurorluğunun nümayəndəsi X8 məhkəmə iclasında Kəlbəcər rayon prokurorunun 05 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarını müdafiə edərək izahatında göstərmişdir ki, vəzifəli şəxs Şəxs “Zirve Yatırım ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filalında briqadir vəzifəsini icra etdiyi müddətdə-konkret olaraq 29 aprel 2024-cü il tarixdə vəzifə öhdəliklərinə uyğun olaraq (əmək müqaviləsi üzrə vəzifəsinin adı “briqadir” olaraq göstərilsə də, əmək müqaviləsi üzrə iş icraçısının əmək funksiyasını yerinə yetirmişdir) tabeliyində olan işçilərin əməyinin mühafizəsi üçün görülməsi vacib olan işlərin görülməsini- ayaqaltının dayanıqlı və etibarlı şəkildə quraşdırılması, həmçinin işçilərin iş zamanı həmin ayaqaltıdan istifadə etmələrini qadağan edən xəbardaredici nişanların, plakatların quraşdırılmasını təmin etməyərək "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 3.2.1-ci, 5.27.3-cü bəndlərinin tələblərini pozmuş və nəticədə həmin şirkətdə usta vəzifəsində işləyən Zərərçəkmiş şəxs 29 aprel 2024-cü il tarixdə Kəlbəcər rayonu ərazisində iş zamanı hündürlükdən yıxılaraq ümumilikdə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati xətasını törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər X6 və X7 izahatları, məhkəmə-tibbi ekspertizasının 10 may 2024-ci il tarixli 687 saylı və məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 25 iyun 2024-cü il tarixli 3-16- 16/2-10/4261 saylı rəyləri ilə sübut olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında özünü İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, 04 iyul 2022-ci il tarixdən etibarən Türkiyə Respublikasına məxsus “Zirve Yatırım ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialında briqadir (iş icraçısı) vəzifəsində işləyir; həmin şirkət podrat müqaviləsi əsasında Kəlbəcər rayonu ərazisində yaşayış binalarının tikintisini həyata keçirir. O, briqadir kimi şirkətin Kəlbəcər rayonu ərazisində ustalar tərəfindən görülən bütün işlərinin icrasına nəzarət edir- əmək müqaviləsi üzrə vəzifəsi “briqadir” olaraq göstərilsə də, faktiki olaraq iş icraçısının əmək funksiyasını yerinə yetirir. 29 aprel 2024-cü il tarixdə, o, tabeliyində işləyən usta Zərərçəkmiş şəxs tikintisi davam edən “B1” yaşayış binasının A blokunun üçüncü mərtəbəsində mənzil otağının sanitar qovşaq üçün nəzərdə tutulmuş hissəsində kərpic vasitəsi ilə şaxtanın hörülməsi işini tapşırmış, işə başlamazdan əvvəl işçilərə təhlükəsizlik və əməyin mühafizəsi qaydaları haqqında təlimatlar verilmiş, işçilər bu barədə “Toolbox” adlandırılan jurnala imza edildikdən sonra işə buraxılmışlar. İşçilərə görüləsi işləri tapşırdıqdan sonra sahədə işlərin icrasına nəzarət etmiş, təqribən saat 10 radələrində “B1” binasının A bloku qarşısında səs-küy olduğunu, ərazidəki işçilərin ora toplaşdığını görüb binanın qarşısına getmiş, Zərərçəkmiş şəxs kərpic götürmək üçün üçüncü mərtəbədə ayaqaltı üçün quraşdırılmış konstruksiya üzərinə çıxdığı zaman taxta panelin sürüşməsi nəticəsində təqribən altı-yeddi metr hündürlükdən yerə yıxılaraq xəsarət aldığı məlum olmuşdur. Qeyd olunan ayaqaltı körpü binanın fasadında və çöl hissəsində əlçatmayan hissədə işlərin görülməsi üçün nəzərdə tutulmuş, ayaqaltı körpünün quraşdırılmasına birbaşa nəzarət onun tərəfindən həyata keçirilirmişdir. Həmin vaxt ayaqaltı körpü lazımı qaydada bərkidilmədiyindən, binanın çölündə hər hansı bir işin icrası aparılmamış, həmçinin Vüqara binanın çölündə hər hansı bir işin görülməsi, kərpicin ayaqaltı körpü üzərinə çıxmaqla daşınması işi tapşırılmamışdır. Zərərçəkmiş şəxs özbaşına çıxıb bir neçə kərpic götürmək istədiyi zaman təhlükəsiz iş şəraitini seçə bilməmiş, bu səbəbdən yıxılaraq xəsarət almışdır. Zərərçəkmiş şəxs 29 aprel 2024-cü il tarixdə iş yerində xəsarət almasında onun təqsiri vardır-belə ki, əməyin mühafizəsi ilə bağlı üzərinə yazılı öhdəliklər götürməsinə baxmayaraq, əməyin mühafizəsinə yetərli nəzarət etməmişdir. Törətdiyi inzibati xətadan səmimi peşmandır, barəsində ən yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarından görünür ki, məhkəməyəqədərki icraat zamanı izahatı alınmış zərərçəkmiş şəxs Camayev X4 Rayon Prokurorluğunda verdiyi izahatında bildirmişdir ki, “Zirve Yatırım ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialında hörgü ustası vəzifəsində işləyir, həmin şirkət Kəlbəcər rayonu ərazisində yaşayış binalarının tikintisini həyata keçirir. 29 aprel 2024-cü il tarixdə səhər saat 8:30-da işə başlamış, işə başlamazdan əvvəl SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və əməyin mühafizəsi) mütəxəssisi Amin Ərəbxanov tərəfindən təhlükəsizlik və əməyin mühafizəsi qaydaları haqqında təlimatlandırılmış, bundan sonra iş icraçısı Şəxs tərəfindən Kəlbəcər şəhərində tikintisi davam edən “B1” yaşayış binasının A blokunun üçüncü mərtəbəsində mənzilin sanitar qovşağında kərpiclə şaxtanın hörülməsi işi tapşırılmışdır. Həmin tarixdə saat 10-11 radələrində mənzilin mətbəx üçün nəzərdə tutulmuş hissəsinin pəncərəsindən binanın çölündə balkonlar arasında ayaqaltı üçün quraşdırılmış körpünün üzərinə çıxıb balkondan kərpic götürüb içəri daşımaqla hörgüdə istifadə etmək istəmiş, binanın çölünə quraşdırılmış balkonlar arasında iki ədəd dəmir profil üzərinə atılmış taxta profildən ibarət ayaqaltı körpünün üzərinə çıxmış və bu zaman taxta profil dəmirə bərkidilmədiyindən yerindən çıxmış və nəticədə üçüncü mərtəbədən təqribən yeddi-səkkiz metr hündürlükdən yerə yıxılaraq xəsarət almışdır. Bundan sonra ilkin tibbi yardım göstərilməsi üçün Kəlbəcər rayonundakı hərbi hospitala aparılmış, daha sonra ixtisaslı yardım göstərilməsi üçün Gəncə şəhər Abbas Səhət adına xəstəxanaya yerləşdirilmişdir. Şirkətdə iş görən zaman fərdi mühafizə vasitələri ilə anbar tərəfindən təmin edilmişlər; fərdi mühafizə vasitələri ilk dəfə onlara verilərkən jurnala imza çəkib götürmüşdür. İş materiallarından həmçinin görünür ki, məhkəməyəqədərki icraat zamanı izahatı alınmış şahidlər- “Zirve Yatırım ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialında əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə mühəndis (SƏTƏM) vəzifəsində işləyən X6 və həmin şirkətdə anbardar vəzifəsində işləyən X1 Vazeh Ömərcan oğlu ilə eyni məzmunlu izahatlar verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan: “Zirve Yatırım ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialında tərtib olunmuş və eyni zamanda filial rəhbərinin möhür və imnzası ilə təsdiq edilmiş “Briqadirin vəzifə təlimatı”ndan görünür ki, briqdirin vəzifə öhdəliklərinə aşağıdakılar daxildir: 2) tikinti-quraşdırma sahəsi üzrə işçilər tərəfindən aparılan bütün işlərə rəhbərliyin həyata keçirilməsi; 3) fəhlələrin bilavasitə iş yerlərində təlimatlandırılması və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnallarda qeydlərin aparılması; 4) görüləcək işlərin həcminə görə işçilərin sahələr üzrə düzgün iş bölgüsünün aparılması, təbii şəraiti nəzərə almaqla işin sürətinə görə tamamlama vaxtının müəyyən edilməsi; 5) hər gün işə başlamazdan əvvəl təhlükəsizlik texnikasının vəziyyətini yoxlayaraq, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməsi; 6) iş yerlərinin təhlükəsizlik nişanları, xəbərdaredici yazılar və plakatlarla təmin olunmasına nəzarət edilməsi; 7) fəhlələrin alətlər, cihazlar, nəqliyyat xüsusi geyim, qoruyucu vasitələr ilə təmin edilməsi; 8) tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnoloji xəritələrə və digər normativ sənədlərə uyğun t\rtib edilməsi; 9) avadanlıqlarda təmir işlərinin aparılması zamanı detalların verilmiş ölçüdə və formada yonulmasına və kəsilməsinə nəzarət edilməsi; 10) sifarişçilərə tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsinbdə iştirak edilməsi (Sonda Şəxs vəzifə təlimatları ilə tanış olmasını təsdiq edən qeyd və bu barədə imzası vardır). İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 Gəncə şəhər şöbəsinin keçirdiyi məhkəmə-tibbi ekspertizasının 10 may 2024-cü il tarixli 687 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazu sümüyünün distal ucunun oynaqdaxili çoxqəlpəli yerdəyişmiş qapalı sınığı, hər iki qasıq sümüyünün aşağı və yuxarı şaxələrinin, sağ asetabulumun yerini dəyişməyən sınığı, sağ qalça sümüyünün cisminin və oma sümüyünün sınıqları, sağ böyrək ətrafı hematoma xəsarətləri aşkar edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 29 aprel 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəznin 25 iyun 2024-cü il tarixli 3-16-16/2-10/4261 nömrəli məhkəmətəhlükəsizlik texnikası ekspertizasının 16 noyabr 2022-ci il tarixli 10/7128 saylı rəyindən görünür ki, Kəlbəcər rayonu ərazisində tikilən B1 yaşayış binasının “A” blokunun 3-cü mərtəbəsində balkonlar arasında binanın fasadında işlərin görülməsi üçün nəzərdə tutulmuş ayaqlatının dayanıqlı və etibarlı şəkildə quraşdırılmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 5.27.3-cü bəndinin və “Briqadirin vəzifə təlimatı”nın 5-ci və 6-cı bəndlərinin tələbləri pozulmuşdur. Kəlbəcər rayonu ərazisində tikilən B1 yaşayış binasının “A” blokunun 3-cü mərtəbəsində balkonlar arasında binanın fasadında işlərin görülməsi üçün nəzərdə tutulmuş ayaqlatının dayanıqlı və etibarlı şəkildə quraşdırılması, həmçinni işçilərin iş zamanı həmin ayaqaltıdan istifadə etmələrini qadağan edən xəbardaredici nişanların, plakatların quraşdırılması təmin edilmədiyinə görə vəzifə təlimatının 5-ci və 6-cı bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 3.2.1-ci, 5.27.3-cü bəndinin tələbləri həmin işin görülməsinə rəhbərlik etmiş “Zirve Yatırım ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialında iş icraçısı (formen) vəzifəsində işləyən Şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən qayda və təlimatların pozulması halı müəyyən edilmir. İnzibati Xətalar Məcəlləsinin: -198.1-ci maddəsindən görünür ki, əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 198.1.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə; 198.1.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə; 198.1.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına; 198.1.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə; 98.1.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə; 198.1.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə; 198.1.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə; 198.1.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə; 198.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə; 198.1.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə-inzibati xəta məsuliyyəti nəzərdə tutulur. -198.2-ci maddəsindən görünür ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə- min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. -198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. -84.1 və 84.2-ci maddələrinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -3-cü maddəsinin 10-cu hissəsinə əsasən, əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicəprofilaktika tədbirləri, normaları və standartları sistemidir. -9-cu maddəsindən görünür ki, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etməkdir. -10-cu maddəsindən görünür ki, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də əməyin təhlükəsizliyi normalarına əməl etməkdir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsini qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 24 oktyabr 2016-cı il tarixli 20/01-005 nömrəli qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı təhlükəsizlik qaydaları”nın: -5.1-ci bəndinə əsasən, hündürlükdə işlər yerinə yetirilərkən işəgötürən iş yerində qoruyucu, sığortalayıcı və siqnal verən hasarların olmasını təmin etməli, daşınan yükün ən böyük qabarit ölçüləri nəzərə alınmaqla təhlükəli zonaların sərhədlərini, əşyaların və közərmiş metal hissəciklərin (məsələn, qaynaq işləri zamanı) ətrafa hansı məsafəyə atılmasını, maşın və avadanlıqların hərəkət edən hissələrinin ölçülərini müəyyən etməlidir. Hasarların və təhlükəsizlik nişanlarının quraşdırılma yeri işlərin həyata keçirilməsinə dair texnoloji xəritələrə və ya texniki reqlament, norma və qaydalara uyğun olaraq icra planında göstərilir. -5.27.3-cü bəndindən görünür ki, ayaqaltı və onun elementləri o cümlədən aşağıdakı tələblərə cavab verməlidir: məhəccərlər və başqa qoruyucu qurğular, platformalar, döşəmələr, konsollar, dayaqlar, köndələn atılan tirlər, pilləkənlər və panduslar asan quraşdırılmalı və etibarlı bərkidilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”nın birinci bölməsindən görünür ki, iş icraçısı əsas əmək funksiyası ilə eyni zamanda təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılması, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür; işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin edir (Məhkəmə araşdırması, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün izahatı ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əmək müqaviləsi üzrə vəzifəsi “briqadir” olaraq göstərilsə də, faktiki olaraq iş icraçısının əmək funksiyasını yerinə yetirmişdir-hakimin qeydi). Məhkəmə araşdırması nəticəsində təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs “Zirve Yatırım ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filalında briqadir vəzifəsini icra etdiyi 29 aprel 2024-cü il tarixdə öz əmək funksiyasına daxil olan əməyin mühafizəsi qaydalarını- ayaqaltının dayanıqlı və etibarlı şəkildə quraşdırılması, həmçinin işçilərin iş zamanı həmin ayaqaltıdan istifadə etmələrini qadağan edən xəbardaredici nişanların, plakatların quraşdırılmasını təmin etməyərək "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 3.2.1-ci, 5.27.3-cü bəndlərinin tələblərini pozmuş və nəticədə həmin şirkətdə usta vəzifəsində işləyən Zərərçəkmiş şəxs 29 aprel 2024-cü il tarixdə Kəlbəcər rayonu ərazisində iş zamanı hündürlkdən yıxılaraq ümumilikdə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati xətasını törətmişdir. Bu hal məhkəmə icraatında tədqiq edilən sübutlarla- Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər X6 və X7 izahatları, məhkəmə-tibbi ekspertizasının 10 may 2024-ci il tarixli 687 saylı və məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 25 iyun 2024-cü il tarixli 3-16- 16/2-10/4261 saylı rəyləri və digər sübutlarla təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal- törətdiyi inzibati xətadan səmimi peşman olmasıdır, məsuliyyəti ağırlaşdıran hal yoxdur. İş üzrə inzibati məsuliyyətdən azad etmə üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdırılması nəticəsində əldə olunan sübutları qiymətləndirməklə, həmçinin törədilmiş xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar və təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Şəxs tərətdiyi (yuxarıda təsvir olunan) xətaya görə İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinməli və buna görə həmin maddənin sanksiyası həddində- 1500 (bir min beş yüz) manat məbləğdə cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğdə cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-106/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-106/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver