Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-108/2023 20.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs iştirakı olmadan, Zərərçəkmiş şəxs- X4 iştirakı olmadan, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan- Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan, xx xxxx 2000-ci ildə Azərbaycan Respublikasının Oğuz rayonunun Zərrab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, Kəlbəcər rayonunun İstibulaq kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, Göygöl rayonunun Murovdağ qəsəbəsində məcburi köçkün qismində məskunlaşan, evli, ali təhsilli, işləməyən (şəxsi məlumatlar Kəlbəcər Rayon Məhkəməsinin icraatında olmuş 3(040)-107/2023 saylı inzibati xəta haqqında iş materiallarından götürülmüşdür) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir (05 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur). Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş 05 iyul 2023-cü il tarixli “MN № 1679558” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 11 may 2023-cü il tarixdə Göygöl rayonunun Murovdağ qəsəbəsində X5 məxsus “Samsung A12” markalı mobil telefonu sındıraraq, Ülkər Muxdarovaya 150 (yüz əlli) manat miqdarda maddi ziyan vurmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X6 tərəfindən icraatında olan HK-1/121 saylı material üzrə qəbul edilmiş 12 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Hüseynova (əslində soyadı “Məmmədli”dir-hakimin qeydi) Zərintac Məhərrəm qızının və digərlərinin əməllərində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, X2 11 may 2023-cü il tarixdə saat 14 radələrində X5 məxsus “Samsung A12” markalı mobil telefonu sındıraraq, Ülkər Muxdarovaya 150 (yüz əlli) manat miqdarda maddi ziyan vurmuşdur. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu, az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İşin məhkəmədə baxılması 20 iyul 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, zərərçəkmiş şəxs- X9 məhkəmə iclasında iştirak etməmiş, həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan- Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında nümyəndəsinin iştirakını təmin etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs 11 iyul 2023-cü il tarixdə məhkəmənin dəftərxanasına təqdim etdiyi ərizəsində məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 11 may 2023cü il tarixdə məhkəmənin dəftərxanasına təqdim etdiyi ərizəsində həmçinin bildirmişdir ki, o, X5 məxsus “Samsung A12” markalı telefonu bilməyərəkdən sındırmışdır, telefonun pulunu ödəməyə razıdır. İnzibati Xətalar Məcəlləsinin: -1.1 və 1.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir; bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Мəhkəmə iş üzrə tədqiq edilmiş sənədlərə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yazılı izahatına məcmu halda qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 11 may 2023-cü il tarixdə Göygöl rayonunun Murovdağ qəsəbəsində zərərçəkmiş şəxs X5 məxsus “Samsung A12” markalı mobil telefonu sındırmaqla Ülkər Muxdarovaya 150 (yüz əlli) manat miqdarda maddi ziyan vurması faktı məhkəmə araşdırması zamanı sübutlarla təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar və İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Məhkəmə bu nəticəyə gəlir ki, Məmmədli X3 Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Tərəflər məhkəmə iclasına gəlmədiyindən, məhkəmə, xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisənin olub-olmamasını müəyyən edə bilmədiyindən, İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə baxmamışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli- 150 (yüz əlli) manat məbləğdə cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həsən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-108/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-108/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver