Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-11/2024 29.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X2, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs- Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru polis baş serjantı X5 iştirakları ilə, Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru polis baş serjantı X5 qəbul etdiyi 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 02 fevral 1989-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təkdam kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 3436Q18, Kəlbəcər rayonunun Keştək kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla ünvan 1 ünvanda məskunlaşan, evli, ali təhsilli, Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları baş idarəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışan X1 Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti (bundan sonra-YPX) inspektoru, polis baş serjantı X5 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından yazılı şikayət verərək, həmin qərarın ləğv edilməsi və avtomobilin dərhal duracaqdan buraxılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə əlavə olaraq: şikayətin dəlillərinin təsdiq və sübut edilməsi üçün Göygöl Rayon Polis Şöbəsinin yol-patrul xidməti inspektoru X5 qeydə almalı olduğu onun avtomobilini dayandırmaq, etdiyi qayda pozuntusunun görüntüsü və onunla olan danışıqları əks etdirən video və audio yazılara baxış keçirilməsi, YPX inspektoru V.Qurbanovun ona protokol yazan zaman öz dislokasiyalarında olub-olmamasının yoxlanılması, YPX inspektoru V.Qurbanovun onun avtomobilini saxlayan və ona protokol yazan zaman “Yol patrul xidməti haqqında təlimat”ın 6.8-ci bəndinin tələbini kobud surətdə pozaraq YPX avtomobilində iki nəfərdən az, yəni tək, öz istək və qanunlarına uyğun xidmət apardığı üçün qəbul etdiyi qərar və apardığı xidmətin qanunsuz hesab edilməsi, YPX inspektoru V.Qurbanovun qanunsuz hərəkətlərə yol verdiyinə görə barəsində xüsusi qərardad çıxarılması və gələcəkdə belə qanunsuz hərəkətlərə yol verməsinin qarşısının alınması üçün aidiyyəti qurumlara göndərilməsinin təmin edilməsi tələb olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, 30 yanvar 2024-cü il tarixdə, saat 16:20 radələrində özünə məxsus “BMW 528 Xl” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonunun Quşqara kəndindən Gəncə şəhəri istiqamətinə mərkəzi yolla hərəkətdə olan zaman Göygöl Rayon Polis Şöbəsinin YPX avtomobili ona avtomobilinin dövlət qeydiyyat nişanın rəqəmlərini səsləndirərək “saxla” işarəsi vermiş, o da avtomobili yolun kənarında dayandırmış, YPX inspektoru X10 ona yaxınlaşaraq avtomobilinin dövlət qeydiyyat nişanının çirkli olmasını bildirmişdir. O, sükan arxasından düşərək avtomobilinə baxış keçirən zaman avtomobilinin dövlət qeydiyyat nişanının çirkli olmadığını görüb YPX inspektoru V.Qurbanova avtomobilini dövlət qeydiyyat nişanının rəqəmlərini səsləndirməklə saxlatdığını, havanın yağışlı olduğunu və avtomobilinin dövlət qeydiyyat nişanının kifayət qədər, yəni uzaq məsafədən göründüyünü (avtomobilinin dövlət qeydiyyat nişanının çirkli olmaması barədə foto və video görüntünü ərizəsinə əlavə edir) bildirsə də, inspektor ona məhəl qoymayaraq ona protokol yazacağını bildirib sənədlərini tələb etmişdir. O da sənədlərini V.Qurbanova təqdim edərək protokol yazılacağı təqdirdə aidiyyəti qurumlara şikayət edəcəyini bildirmiş, aradan otuz-qırx dəqiqə vaxt keçməsinə baxmayaraq, V.Qurbanov nə ona cərimə yazmış, nə də ki sənədlərini vermişdir. O, yenidən inspektor Vüsal Qurbanova yaxınlaşaraq ya ona cərimə yazmasını, ya da ki sənədlərini özünə verməsini xahiş etsə də, inspektor səbəbini izah etmədən ona gözləməli olacağını bildirmişdir. O, bir qədər də gözlədikdən sonra inspektor V.Qurbanova səbəbsiz yerə gözləyə bilməyəcəyini və sənədlərini gəlib Göygöl RPŞ-dən götürəcəyini bildirib avtomobilini hərəkət etdirməyə başlamışdır. V.Qurbanov yenidən ona avtomobilini saxlamağı səs ötürücü ilə demiş və o, avtomobilini dayandırmışdır. V.Qurbanov ona yaxınlaşaraq “tabesizlik göstərirsən” demiş və həmin yerə post-patrul xidməti (bundan sonra-PPX) əməkdaşlarını çağırmışdır. Orada ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-X12) 342.1.7 (hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına) və 327.3-cü (dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə) maddələri ilə 100 (yüz) manat cərimə yazmış, o da barəsində qanunsuz protokol yazdıqlarına görə imzalamaqdan imtina etmişdir. O, həmin polis əməkdaşlarına avtomobilinə əyləşmələrini, avtomobilini özü idarə edərək Göygöl Rayon Polis Şöbəsinə getmələrini desə də, ona fiziki zor tətbiq edərək sükan arxasından sürüyüb yerə atmışlar. Sonra onu PPX avtomobilinə əyləşdirib, avtomobilini isə etiraz etməsinə və icazə verməməsinə baxmayaraq, V.Qurbanov idarə edib Göygöl RPŞ-yə aparmış, sonra isə avtomobilini duracaqdan buraxmamışlar. Səbəbini soruşduqda avtomobilinin duman işığının bir ədədinin sınıq olmasını bildirdilər (Fara ilə bağlı ona protokol yazılmamışdır). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun (bundan sonra-Yol hərəkəti haqqında qanun) 84-cü maddəsinin 5-ci bəndində göstərilmişdir ki, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşı yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etməlidir. “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs təərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda, nəqliyyat vasitəsi axtarışda olduqda, nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda, bu Qanunun 37-ci maddəsinin İİİ hissəsində (təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə; yol-nəqliyyat hadisələri və ya nasazlıqnəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, eləcə də qanunla nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməlidir) nəzərdə tutulmuş hallarda bu nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Həmin qanunun 85-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində (sürücülük vəsiqəsini sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır)nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Lakin Göygöl RPŞ-nin YPX inspektoru heç bir qanun pozuntusu etmədiyi halda “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsi və həmin maddənin qeyd hissəsinin tələblərini kobud surətdə pozaraq qərəzli surətdə avtomobilimi dayandırmışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.7ci maddəsinin dizpozisiyasında göstərilmişdir ki, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə qırx manat məbləğində cərimə edilir. YPX inspektoru onun avtomobilini saxladarkən avtomobilinin dövlət qeydiyyat nişanı yağışlı hava olmasına baxmayaraq görünməsi üçün təmiz idi. Belə ki, inspektor V.Qurbanov onun avtomobilini saxlaması üçün dövlət qeydiyyat nişanının rəqəmlərini səsləndirərək dayandırmasını bildirmişdir. Əgər avtomobilinin dövlət qeydiyyat nişanının görünməsi üçün təmiz saxlamasaydı, inspektor V.Qurbanov avtomobilinin dövlət qeydiyyat nişanını oxuya bilməzdi. Bundan başqa, təqdim etdiyi foto və video diskə baxış keçirildikdə avtomobilinin dövlət qeydiyyat nişanının yağışlı hava olmasına baxmayaraq uzaq məsafədən açıq-aydın oxunduğu görünəcəkdir. İnzibati Xətalar Məcəlləsinin 327.3cü maddəsinin dizpozisiyasında göstərilmişdir ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə yüz manat məbləğində cərimə edilir. YPX haqqında təlimatın 7.9-cu bəndində göstərilmişdir ki, nəqliyyat vasitələrinin dayandırılması minimal müddətə və hərəkət üçün maneə yaratmayan yerlərdə həyata keçirilməlidir. Həmin təlimatın 13.5-ci bəndində göstərilmişdir ki, YPX inspektoru nəqliyyat vasitəsini dayandırdıqda yubanmadan sürücüyə yaxınlaşmalı və dayandırma səbəblərindən, yol hərəkəti iştirakçılarının vəziyyəti və davranışından asılı olaraq hərəkət etməlidir. YPX inspektoru V.Qurbanov mənim idarə etdiyim avtomobilin dövlət qeydiyyat nişanının rəqəmlərini səsləndirərək saxla işarəsi vərən zaman, o, avtomobilini dayandırmış və inspektorun istəyi ilə zəruri sənədləri inspektora təqdim etmiş, lakin otuz-qırx dəqiqə keçməsinə baxmayaraq, inspektor V.Qurbanov nə avtomobilinin sənədlərini verməmiş, nə də ki ona protokol yazmamışdır. O, inspektor V. Qurbanovu məlumatlandıraraq yenidən yoluna davam edərək sonradan inspektorun təkrar saxla işarəsi ilə avtomobilini dayandırmışdır (qeyd etdiklərinə YPX inspektorunun səsötürücü mikrofonu və video kamera ilə yazdığı səs yazısı və görüntüdən aydın görmək olar). Onun tabe olmasına baxmayaraq, ona fiziki zor tədbiq edib, otuz-qırx dəqiqədən sonra qanunsuz protokol yazıb (bir əməkdaşın bir protokolu yazması maksimum 5 dəqiqə çəkir) və onun etirazına və icazə verməməsinə baxmayaraq, qanunsuz olaraq avtomobilini inspektor özü idarə edib duracağa aparmışdır. Göründüyü kimi, onu qanunsuz saxlamalarına baxmayaraq, bütün hallarda tabe olmuşdur (Əgər tabe olmamışdısa, otuzqırx dəqiqə niyə gözləmişdi?). YPX inspektoru V.Qurbanov mənə məxsus avtomobili onun etirazına baxmayaraq, özbaşınalıq və qanunlara hörmətsizlik edib özü idarə edib Göygöl RPŞ-nin duracağına yerləşdirmiş və sonradan avtomobilinin duman farasının bir ədədinin sınıq olmasını bəhanə gətirərək avtomobilini buraxmamışdır. Yol patrul xidməti haqqında təlimatın 5.7-ci maddəsində göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırıldıqda nəqliyyat vasitəsinin duracağa aparılması onun sürücüsü tərəfindən təmin edilir. Həmin nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, yaxud sərxoş vəziyyətdə olduğu hallarda, habelə o, avtomobilinin YPX inspektoru tərəfindən idarə olunaraq duracağa aparılmasına etiraz etdikdə avtomobil evakuator vasitəsi ilə duracağa aparılır. Təlimatın 5.7-ci bəndindən göründüyü kimi, inspektor qanunsuz olaraq, yəni inspektorun onun avtomobilini idarə etməsinə etirazına və avtomobili özü idarə edib duracağa aparmaq istəyini bildirməsinə baxmayaraq, inspektor ona fiziki zor tədbiq edib, təlimata hörmətsizlik edib onun avtomobilini özü (inspektor) idarə edərək duracağa yerləşdirmişdir. Həmçinin, ərizəsindən və yazılmış protokoldan göründüyü kimi, o, İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsinin tələblərini pozmamışdır. YPX inspektoru V.Qurbanov ona məxsus avtomobili Göygöl RPŞ-nin duracağına qanunsuz yerləşdirdikdən sonra onu şəxsi maraqları istiqamətində söhbət aparmağa sövq etmək üçün avtomobilinin duman farasının bir ədədinin sınıq olmasını bəhanə gətirərək hələ də duracaqdan buraxmamışdır (YPX inspektorunun onun avtomobilini dayandırması, ona protokol yazması və onunla nəzakətsiz davranması, lakin avtomobilin xarici işıq cihazları ilə bağlı heç bir söhbət aparılmadığı yaxasındakı səsötürücü mikrofon və kameraya baxış keçirilsə aydın görünəcəkdir). İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsində göstərilmişdir ki, tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. “Yol hərəkəti haqqında” qanuna 1 saylı Əlavədə nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı verilmişdir. Həmin siyahının İİİ bəndində xarici işıq cihazlarının nasazlıqları aşağadaki kimi göstərilmişdir: xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda; faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda; xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda; işıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə; sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda; geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Xarici işıq cihazlarının siyahısında göstərilmiş nasazlıqlardan heç biri onun avtomobilində yoxdur. Bundan başqa, ölkəyə gətirilən yeni növ sadə versiyalı avtomobillərdə istehsalçı tərəfindən duman faralarının yeri saxlanılsa da, duman faralarının özləri olmadan buraxılır. Bundan başqa, zavod “VAZ 2107”, “VAZ 2106” və sair markalı avtomobilləri duman farasız buraxmışdır. Həmin avtomobillər duracağa yerləşdirilirmi? “Yol-patrul xidməti haqqında təlimat”ın 4.7-ci bəndində göstərilmişdir ki, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Həmin təlimatın 6.9-cu bəndində göstərilmişdir ki, patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir. Belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. Həmin təlimatın 8.7-ci bəndində göstərilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolla razılaşmayaraq onu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmaqla (protokolun surətindən göründüyü kimi heç bir qeyd aparılmamış və imtinanın səbəbi göstərilməmişdir) xidmətin sonunda inzibati təcrübəüzrə baş inspektora (inspektora), yaxud bu vəzifə funksional olaraq həvalə edilmiş vəzifəli şəxsə təhvil verilir. Həmin işə xətanın törədildiyi yerdə patrul avtomobilində quraşdırılmış videokameranın görüntüləri əsasında yuxarı vəzifəli şəxs tərəfindən baxılır. Bundan başqa, Göygöl RPŞ-nin YPX inspektoru V.Qurbanov onun idarə etdiyi avtomobili şəhərdən kənarda, yəni Göygöl rayonunun Quşqara kəndindən keçən mərkəzi yolda saxladarkən və ya ona protokol yazarkən YPX avtomobilində tək olmuş, yəni tək başına xidmət aparımışdır. Bu da YPX haqqında təlimatın 6.8-ci maddəsinin tələbinin pozulmasıdır. Belə ki, həmin təlimatın 6.8-ci maddəsində göstərilmişdir ki, Gündüz vaxtı şəhərdaxili post və marşrutlara 1 nəfərdən ibarət piyada, moto və ya avtopatrul naryadı təyin edilə bilər. Şəhərkənarı yollarda, stasionar postlarda və sutkanın qaranlıq vaxtında xidmət aparılması üçün təyin olunan naryadın tərkibi iki nəfərdən az olmamalıdır. Sutkanın qaranlıq vaxtında patrul avtomobillərində xidmətin aparılması zamanı sayrışan işıqlar işlək vəziyyətdə olmalıdır. V.Qurbanov onun idarə etdiyi avtomobili şəhərdən kənarda, yəni Göygöl rayonunun Quşqara kəndindən keçən mərkəzi yolda saxladaraq ona protokol yazarkən YPX avtomobilində iki nəfərdən az, yəni tək olduğu üçün YPX haqqında təlimatın 6.8-ci bəndinin tələbini pozaraq ona protokol yazdığına görə həmin protokol və qərarın heç bir hüquqi qüvvəsi yoxdur. YPX haqqında təlimatın 13.13-cü bəndində göstərilmişdir ki, qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı YPX inspektorunun qanuni tələbini icra etməkdən imtina etdikdə, habelə əsassız iddialar və tələblər irəli sürməklə konfliktli vəziyyət yaratdıqda rəhbər vəzifəli əməkdaşın hadisə yerinə dəvət olunması məqsədi ilə YPX inspektoru növbətçi hissəyə və birbaşa rəisinə məlumat verir. Lakin heç bir rəhbər vəzifəli əməkdaş hadisə yerinə dəvət olunmamıdır. Həmin təlimatın 13.1-ci bəndində göstərilmişdir ki, YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi, Göygöl RPŞ-nin YPX inspektoru V.Qurbanov, onun avtomobilinin dövlət qeydiyyat nişanının görünməsi üçün onu təmiz saxladığı halda onu qanunsuz saxlayıb, tabesizlik göstərmədiyi halda ona fiziki zor tədbiq edib, avtomobilini qanunsuz duracağa yerləşdirərək barəsində qanunsuz protokol tərtib etmiş və qərar qəbul etmişdir. Həmçinin, heç bir səbəb olmadan avtomobilini qanunsuz duracaqda saxlayır. Şikayət məhkəməyə 08 fevral 2024-cü il tarixdə daxil olmuş, işin baxılması 19 fevral 2024-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 29 fevral 2024-cü il tarixə təxirə salınmışdır. İşin faktiki halları: Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti /inspektoru, polis baş serjantı X5 tərtib etdiyi (tərtib edildiyi yer: GPS: 40.7215773, 46.2831399) 30 yanvar 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, 02 fevral 1989-cu ildə doğulmuş X4 30 yanvar 2024-cü il tarixdə saat 16:36-da “BMW 528 Xİ” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 342.1.7 (hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmaması), 342.5 (xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) və 327.3-cü (...müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 30 yanvar 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərara əsasən, X4 30 yanvar 2024-cü il tarixdə saat 16:36da “BMW 528 Xİ” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna, yəni: 1) hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə, 2) müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə, 3) konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə İnzibati Xətalar Məcəlləsinin 342.1.7, 327.3 və 342.5-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinib, barəsində 100 (bir yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilmişdir. Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X4 məhkəmə iclasında şikayətini müdafiə edərək və şikayətə uyğun izahat verərək, şikayətinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə icraatında tədqiq edilmiş audio-vido yazı və fotoşəkillərdən də görünür ki, onun YPX inspektoru tərəfindən saxlanma anında onun idarə etdiyi “BMW 528 Xİ” markalı **- OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanının əks olunduğu dəmir lövhə nisbətən çirkli olsa da, tam oxunaqlı vəziyyətdə olmuşdur-bu vəziyyət İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsinin tərkibini yaratmır. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulan “müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi” də onun tərəfindən törədilməmişdir, belə ki, tədqiq olunmş audio-video yazıdan görünür ki, o, YPX inspektorunun “saxla” tələbinə tabe olaraq avtomobili yolun sağına çəkərək saxlamış, lakin inspektor Vüsal Qurbanov onu otuz-qırx dəqiqə ərzində əsassız saxlayaraq heç bir hüquqi hərəkət etmədiyini və qanunu pozduğuna əmin olduqdan sonra avtomobili sürüb yoluna davam etmiş sonradan təkrarən verilən “saxla” tələbində də avtomobili saxlamışdır- onun bu hərəkəti də İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinin tərkibini yaratmır. Bundan başqa, onun idarə etdiyi avtomobilin ön sol farasının şüşələri bir neçə ay əvvəl sındığından, o, həmin fara şüşələrini yapışqanlı şəffəf lentlə (skoçla) sarımış, lakin faranın lampası saz vəziyyətdə olmuş, onun YPX inspektoru tərəfindən saxlanması anında sutkanın işıqlı vaxtı olduğundan faraları yandırmamışdır. İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan “xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı” xətası ilə bağlı saxlandığı zaman YPX inspektoru tərəfindən ona heç bir irad bildirilməmiş, barəsində qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli qərarın 30 yanvar və 03 fevral 2024-cü il tarixlərdə ona təqdim edilmiş nüsxələrində onun İnzibati Xətalar Məcəlləsinin 342.1.7 və 327.3-cü maddələri ilə təqsirli bilindiyi göstərilsə də, 15 fevral 2024-cü il tarixdə götürdüyü nüsxədə qərara əlavə olaraq 342.5-ci maddənin də əlavə edildiyini görmüşdür-bundan belə nəticə çıxır ki, inspektor Vüsal Qurbanov qərarı sonradan saxtalaşdıraraq qərara qanunsuz olaraq 342.5-ci maddəni də əlavə etmişdir. Ona görə də təqsirkar şəxslər barəsində cinayət təqibinin həyata keçirilməsi üçün material ayrılıb prokurorluq orqanlarına göndərilməlidir. X6suz hərəkətlərə yol verdiyinə görə barəsində xüsusi qərardad çıxarılıq aidiyyəti qurumlara göndərilməlidir. İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs- Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru polis baş serjantı X10 məhkəmə iclasında verdiyi izahatında şikayətin dəlilləri ilə razı olmadığını, Nizami Abdullayev barəsində onun tərəfindən tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın tam qanuni və əsaslı olduğunu, şikayətçi Nizami Abdullayevə məxsus “BMW 528 Xİ” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qanuni əsaslarla Göygöl Rayon Polis Şöbəsinə məxsus duracağa yerləşdirildiyini, onun tərəfindən şikayətçi Nizami Abdullayevə qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, həmişə olduğu kimi 30 yanvar 2024-cü il tarixdə də “Yol patrul xidməti haqqında təlimat”ın tələblərinə uyğun xidmət apardığını bildirərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi olaraq qeyd etmişdir ki, o, 30 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində Göygöl rayonunun Quşqara kəndindən keçən avtomobil yolunda xidmətdə olarkən həmin avtomobil yolu ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olan “BMW 528 Xİ” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının əks olunduğu metal lövhənin çirkli olduğunu və dövlət qeydiyyat nişanının normal oxunmadığını (yalnız beş-altı metrlik məsafədən oxunduğunu) görmüş və avtomobili saxlamış, bu barədə sürücü Nizami Abdullayevə irad bildirmiş və qeydiyyat nişanının əks olunduğu lövhəni təmizləməklə yoluna davam etməsini təklif etmiş, lakin sürücü onun qanuni tələbinə əməl etməyərək onunla lüzumsuz mübahisəyə girişmiş, onunla aşağılayıcı tərzdə danışmış, o, sürücünün onun qanuni tələbini qəbul etmədiyini görüb ona bir əski parçası verməsini və onun özünün də kömək edə biləcəyini bildirmiş, lakin sürücü Nizami Abdullayev onda heç bir əski parçası olmadığını bildirmiş və onunla təkrar yersiz mübahisə etdikdən sonra onun icazəsi olmadan avtomobili sürüb oradan uzaqlaşmış, o, məcbur qalaraq əraziyə post-patrul xidməti əməkdaşlarını çağırmış və bundan sonra sürücü avtomobili yenidən saxlasa da, nöqsanları aradan qaldırmaqdan imtina etdiyindən avtomobil qanunverciliyə uyğun olaraq məcburi duracağa yerləşdirilmişdir. Bundan başqa, Nizami Abdullayevə məxsus həmin avtomobilin ön sol farası nasaz olmuş, həmin hal da avtomobilin məcburi duracağa yerləşdirilməsi üçün əsaslardan biridir. Nəqliyyat vasitəsinin idarə edilməsinə icazə verilməyən hallar “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsində öz əksini tapmışdır. O, sürücü Nizami Abdullayev barəsində 30 yanvar 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən törədilmiş inzibati xətalar sırasında İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsini də göstərmiş, lakin qərarın hal-hazırda Nizami Abdullayevdə olan nüsxəsində 342.5-ci maddənin əks olunmamasının səbəbini bilmir, lakin hesab edir ki, həmin yazının sonradan sürtülmə nəticəsində pozulması mümkündür. X9 30 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində “BMW 528 Xİ” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Göygöl rayonunun Quşqara kəndi ərazisində idarə edərkən dövlət qeydiyyat nişanının əks olunduğu metal lövhənin çirkli olduğu, avtomobilin ön sol farasının yarasız vəziyyətdə olduğu və Nizami Abdullayevin onun tərəfindən saxlanılaraq qanuni iradlar bildirilərkən və qanunvericiliyin tələbləri izah edilərkən sürücünün avtomobili icazəsiz olaraq həmin yerdən uzaqlaşdığı məhkəmə icraatında tədqiq edilən video və foto materiallarda da öz əksini tapmışdır. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: -Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 X4 barəsində tərtib etdiyi 30 yanvar 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol məhkəmə iclasında tədqiq edilmişdir. -Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 30 yanvar 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X4 barəsində qəbul etdiyi 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqinda qərar məhkəmə iclasında tədqiq edilmişdir. Həmin qərarın məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilmişdir ki, qərarın YPX inspektoru Vüsal Qurbanov və Kəlbəcər Rayon Polis Şöbəsi vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş nüsxələrində İnzibati Xətalar Məcəlləsinin 342.1.7, 327.3 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi göstərilsə də, qərarın şikayətverən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) Nizami Abdullayev tərəfindən məhkəməyə təqdim edilmiş nüsxəsində yalnız İnzibati Xətalar Məcəlləsinin 342.1.7 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi göstərilmişdir. -Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X10 tərəfindən 30 yanvar 2024-cü il tarixdə tərtib edilmiş “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akt”ın surətindən görünür ki, Nizami Abdullayevə məxsus “BMW” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanca qəbul edilmişdir. -X2 Göygöl Rayon Polis Şöbəsinin rəisi vəzifəsini icra edən polis polkovnikleytenantı Samir Rüstəmova ünvanlayaraq yazmış olduğu ərizənin surətindən görünür ki, ərizəsində idarə etdiyi “BMW” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol farasının təxminən 20 sentyabr 2023-cü il tarixdə Bakı-Qazax magistral yolunda heyvan vurduğu vaxt sındığı, yol-nəqliyyat hadisəsi ilə bağlı sənədləşmənin “Şəmkir postunda” aparıldığı qeyd edilmişdir. Səlahiyyətli vəzifəli şəxs tərəfindən məhkəməyə təqdim edilmiş DVD-diskə (elektron daşıyıcıya) baxış: Səlahiyyətli vəzifəli şəxs tərəfindən məhkəməyə təqdim edilmiş DVD-diskə məhkəmə iclasında baxış keçirilmişdir. Diskə YPX avtomobilinin bort-kompyuterində “MP4” formatında yazılmış 08 (səkkiz) video yerləşdirilmişdir: 1) “BMW 1991_ch1” qeydiyyatlı video-111820 kb, 08 dəqiqə 22 saniyə; 2) “BMW 1992_ch1” qeydiyyatlı video-108153 kb, 10 dəqiqə; 3) “BMW 1993_ch1” qeydiyyatlı video- 94227 kb, 09 dəqiqə 59 saniyə; 4) “BMW 1994_ch1” qeydiyyatlı video- 170513 kb, 09 dəqiqə 59 saniyə; 5) “BMW 1995_ch1” qeydiyyatlı video- 176235 kb, 09 dəqiqə 59 saniyə; 6) “BMW 1996_ch1” qeydiyyatlı video- 118841 kb, 09 dəqiqə 59 saniyə; 7) “BMW 1997_ch1” qeydiyyatlı video- 34226 kb, 01 dəqiqə 41 saniyə; 8) “BMW 1998_ch1” qeydiyyatlı video- 29978 kb, 02 dəqiqə 54 saniyə. Videolar öz sıra sayları üzrə ardıcıldır. Videolar sutkanın işıqlı vaxtı çəkilsə də, videoların işıq effekti nisbətən pozulmuşdur-yarıqaranlıq effektdədir, buna baxmayaraq, videolar araşdırma üçün yararlıdır. Həmin videolardan (həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən) “BMW” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının əks olunduğu metal lövhənin çirkli olduğu (lövhədəki dövlət qeydiyyat nişanının yalnız yaxın məsafədən oxunmasının mümkün olduğu), ön sol farasının yararlı vəziyyətdə olmadığı və duman faralarının ümumiyyətlə yerində olmadığı, “BMW” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün YPX inspektorunun tələbi ilə əvvəlcə avtomobili saxlasa da, sonradan YPX inspektorunun icazəsi olmadan özbaşına avtomobili sürərək həmin yerdən uzaqlaşdığı müəyyən edilmişdir. Videodan o da görünür ki, YPX inspektoru Vüsal Qurbanov hadisə yerinə digər YPX ekipajını və post-patrul xidməti əməkdaşlarını da dəvət edir, dəvət olunmuş polis əməkdaşları müvafiq avtomobillərdə hadisə yerinə gəlirlər. Həmin audio-video yazılardan həmçinin YPX inspektoru Vüsal Qurbanovun sürücü Nizami Abdullayevi iradəsi ziddinə zorla post-patrul xidməti avtomobilinə yerləşdirməsi və həmin yerdən-Göygöl rayonunun Quşqara kəndi ərazisindən başqa istiqamətə-Göygöl rayonunun Xaqani kəndi istiqamətinə hərəkət edirlər; Xaqani kəndində yolun kənarında avtomobilləri dayandırıb sənədləşdirmə işi apardıqları görünür. Videolarda “BMW” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin YPX inspektoru Vüsal Qurbanov tərəfindən məcburi duracağa yerləşdirilməsi ilə bağlı görüntülər də öz əksini tapmışdır. Tətbiq edilməli olan normalar: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: -14-cü maddəsinə sasən, Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. -37-ci maddəsinin birinci hissəsindən görünür ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü həmin normada göstərilən tələblərə əməl etməli, o cümlədən : 3) yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli; 10) hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını təmin etməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna 1 saylı Əlavənin (“Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın): üçüncü bəndinin: 1-ci yarımbəndinə əsasən “xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda”; 2-ci bəndinə əsasən “faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda”; 3-cü yarımbəndinə əsasən “xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda” nasazlıq aradan qaldırılır. İnzibati Xətalar Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -96.1-ci maddəsinə əsasən, fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. -97.1-ci maddəsinə əsasən, bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. -98-ci maddəsinə əsasən, tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiq barədə” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 4.9-cu bəndindən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16 may 2012ci il tarixli Q6-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X15 nəzarəti qaydaları barədə Təlimat”ın 6.2 və 6.2.6-cı bəndlərindən görünür ki, nasaz nəqliyyat vasitələrinin istismarını qadağan edilməsi ərazi DYP şöbələrinin (bölmələrinin) səlahiyyətlərinə daxildir). -114.1-cü maddəsindən görünür ki, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. -115.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -128.2 və 128.2.3-cü maddələrindən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -327.3-cü maddəsinə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görəyüz manat məbləğində cərimə edilir. -342.1.7-ci maddəsindən görünür ki, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə-qırx manat məbləğində cərimə edilir. -342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında təlimat”ın: -7.1 və 7.1.3-cü bəndlərindən görünür ki, patrul postuna (marşrutuna) çatdıqdan sonra YPX inspektoru yol hərəkətində olan maneələrin aradan qaldırılması, konstruksiyası nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi , təhlükəli sahələrin işarələnməsi üçün tədbirlər görməli, hərəkət iştirakçılarına yolun vəziyyəti, hərəkətdə olan maneələr, yol-nəqliyyat hadisələri və digər qəzalar barədə məlumatlar verməlidir. -7.4-cü bəndinə əsasən, nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsində nəzərdə tutulan hallarda dayandırıla bilər. -7.9-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin dayandırılması minimal müddətə və hərəkət üçün maneə yaratmayan yerlərdə həyata keçirilməlidir. -8.12-ci bəndinə əsasən, qanunla müəyyən olunmuş hallarda yol hərəkətindən kənarlaşdırılaraq DYP-nin ən yaxın mühafizə olunan duracağına gətirilmiş nəqliyyat vasitəsinin saxlanılması biri protokola əlavə edilən, digəri isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilən iki nüsxədə olan “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə akt”la rəsmiləşdirilir (Təlimata 19 nömrəli əlavə). Aktın surəti duracaqda saxlanılır. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. -13.1-ci bəndinə əsasən, YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. -13.2-ci bəndinə əsasən, yol hərəkəti iştirakçılarına müraciət edərkən YPX inspektoru sağ əlini baş geyiminə yaxınlaşdıraraq, hərbi təzim qaydasında salam verib öz vəzifəsini, xüsusi rütbəsi və soyadını deməklə özünü təqdim etməli, nəqliyyat vasitəsinin dayandırılması səbəbini bildirməlidir; vətəndaş tərəfindən ona müraciət edildiyi halda, əməkdaş eyni tələbləri yerinə yetirərək yardım göstərməli, qoyulmuş məsələnin həlli üçün lazımi köməklik göstərməlidir. -13.3-cü bəndinə əsasən, vətəndaşlarla söhbət zamanı yol polisi əməkdaşları təmkinli olmalı, mübahisələrə girməməli, soyuqqanlılığını itirməməli, kobudluğa kobudluqla cavab verməməlidir. -13.6-cı bəndinə əsasən, YPX inspektoru aşağıdakı hallarda sürücüyə nəqliyyat vasitəsinin kabinəsindən (salonundan) çıxmağı təklif edə bilər: 13.6.1. nəqliyyat vasitəsinin texniki nasazlığının və ya yükün daşınması qaydalarının pozulması hallarının aradan qaldırılması üçün; 13.6.2. sürücünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsas olduğu halda; 13.6.3. nəqliyyat vasitəsinin aqreqat və detallarının nömrələrinin qeydiyyat sənədlərindəki qeydlərlə sürücünün iştirakı ilə tutuşdurulması üçün; 13.6.4. nəqliyyat vasitəsi və yükə baxış keçirilməsi üçün; 13.6.5. sürücü və ya sərnişinlərin cinayət törətməsində şübhəli bilindiyi halda; 13.6.6. yol hərəkətinin digər iştirakçılarına yardım göstərilməsinə köməkliyin tələb edildiyi və ya müvafiq sənədləşmənin aparıldığı hallarda. -13.9-cu bəndinə əsəasən, yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir. -13.13-cü bəndinə əsasən, Qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı YPX inspektorunun qanuni tələbini icra etməkdən imtina etdikdə, habelə əsassız iddialar və tələblər irəli sürməklə konfliktli vəziyyət yaratdıqda rəhbər vəzifəli əməkdaşın hadisə yerinə dəvət olunması məqsədi ilə YPX inspektoru növbətçi hissəyə və birbaşa rəisinə məlumat verir. Məhkəmə araşdırması nəticəsində: -X2 X7 342.1.7, 342.5 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən: Göygöl Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin yol-patrul xidməti əməkdaşlarının bortkompyuter vasitəsi ilə qeydə alınmış xidməti videoyazısı və məhkəmə iclasında təqdim edilmiş fotoşəkillər, 30 yanvar 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol, 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, YPX inspektoru Vüsal Qurbanovun izahatı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nizami Abdullayevin qismən etirafedici izahatı ilə təsdiq edilir. -Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X10 tərəfindən 30 yanvar 2024-cü il tarixdə X3 məxsus “BMW 528 Xl” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin məcburi duracağa yerləşdirilməsi üçün faktiki əsaslar müəyyən edilməmişdir-İnzibati Xətalar Məcəlləsinin 96.1 və 97.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmamışdır-bununla da YPX inspektoru Vüsal Qurbanov qanunsuzluğa yol vermişdir. Məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X10 tərəfindən 30 yanvar 2024-cü il tarixdə X3 məxsus “BMW 528 Xl” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin məcburi duracağa yerləşdirilməsi qanunsuz hesab edilməli, şikayət 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqinda qərarın ləğv edilməsi hissəsində əsassız olduğundan həmin hissədə təmin edilməməli və qərar dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə onu da qeyd edir ki, şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) Nizami Abdullayev məhkəməyə yazılı vəsatət təqdim edərək, Göygöl RPŞ-nin YPX inspektoru Vüsal Qurbanovun onun barəsində qəbul etdiyi 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli qərarı saxtalaşdırdıqları, vəzifə saxtakarlığı etdikləri üçün həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri üçün material ayırıb prokurorluğa göndərilməsini, qanunsuz hərəkətlərə yol verdiyinə görə Göygöl RPŞ-nin YPX inspektoru Vüsal Qurbanovun barəsində xüsusi qərardad çıxarılması və gələcəkdə belə qanunsuz hərəkətlərə yol verməsinin qarşısının alınması üçün aidiyyəti qurumlara göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin vəsatətə qiymət verərək, həmin vəsatətin təmin edilməsi üçün hazırki halda hüquqi və faktiki əsasların olmadığı qənaətinə gəlir. Məhkəmə həmçinin izah edir ki, YPX inspektoru Vüsal Qurbanovun barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə qarşı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsindən başqa digər hərəkətlərinə, o cümlədən sürücünün iradəsi ziddinə postpatrul xidməti avtomobilinə yerləşdirilməsinə hüquqi qiymət verilməsi hazırki icraatın vəzifələrinə daxil deyildir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 128.2 və 128.2.3-cü maddələrindən görünür ki, məhkəmə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilmiş şikayət və ya protestə baxır. Bununla belə, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin beşinci hissəsinə əsasən, polis əməkdaşı hüquqa zidd hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izah edilir ki, YPX inspektorunun və ya digər vəzifəli şəxsin inzibati xəta haqqında iş üzrə məhkəmə baxışının predmeti olmayan qanunsuz hərəkətləri ilə bağlı inzibati qaydada: yuxarı inzibati orqanlara- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və (və ya) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinə, məhkəmə qaydasında: Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.1, 134.1.1 və 134.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X10 tərəfindən 30 yanvar 2024-cü il tarixdə X3 məxsus “BMW 528 Xl” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin məcburi duracağa yerləşdirilməsi qanunsuz hesab edilsin. Şikayət 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqinda qərarın ləğv edilməsi hissəsində təmin edilməsin və Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Bu qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-11/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-11/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver