Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-116/2023 21.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs)-X4 iştirakı ilə, Goranboy Rayon X14 yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis leytenantı X13 qəbul etdiyi 24 iyul 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqinda qərardan barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs X11 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 18 sentyabr 1986-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keştək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 4KRKBC8, Kəlbəcər rayonunun Keştək kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində 580 nömrəli ünvanda məskunlaşan, tam orta təhsilli, fərdi əməklə məşğul olan X1 Rayon X14 yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis leytenantı X13 24 iyul 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından yazılı şikayət verərək, həmin qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan “VAZ 21065” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 24 iyul 2023-cü 11 tarixdə saat 11:42 radələrində Goranboy rayonunun Qarqucaq kəndi ərazisində (Goran-Ağcakənd avtomobil yolu-hakimin qeydi) idarə edərkən Goranboy Rayon Polis Şöbəsinin yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, avtomobil saxlanıldıqdan sonra inspektor tərəfindən ona bildirilmişdir ki, sərxoşdur və ona alkotester cihazına üfürtdürmüş və təkrarən bildirmişdir ki, sərxoşdur, o, etiraz etmiş və həkim müayinəsindən keçirilməsini tələb etmiş, buna baxmayaraq, yol-patrul xidməti əməkdaşı tərəfindən etiraz edilmiş və ona məxsus avtomobil duracağa aparılmış və həmin vaxtda barəsində Azərbaycan Respublikasının X7 (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 327.2, 329.1, 329.3, 330.0.1 və 334.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan dərhal sonra da qanunsuz və əsassız olaraq barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib ediləndə, o, sərxoş olmadığını bildirərək həkim müayinəsindən keçirilməsini tələb etsə də, polis əməkdaşı tərəfindən onun dediklərinə məhəl qoyulmamış, bundan dərhal sonra o özü Gəncə Şəhər Narkoloji Dispanserinə müraciət edərək həkim müayinəsindən keçmiş və müəyyən olunmuşdur ki, onun heç bir sərxoşluğu yoxdur (müayinə aktının surətini şikayətə əlavə edir). Göründüyü kimi, protokol və qərar qanunsuz və əsassız tərtib olunmuşdur. Belə ki, hazirki işdən görünür ki, yol-patrul xidmətinin əməkdaşı tərəfindən onun barəsində X7 327.2, 329.1, 329.3, 330.0.1 və 334.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və qeyd olunan maddələrlə ona inzibati tənbeh verilməklə 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslərin öz müdafizəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 (beş) gün qalmış verilir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya din işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsindən görünür ki, müəyyən kateqoriyadan olan işlərə, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 334-cü maddəsi ilə bağlı olan işlərə rayon (şəhət) məhkəmələrində baxılır. İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, “3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə yə ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə- qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya verilməməsinə görə- əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi, onun barəsində İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə inzibati tənbeh verilmiş və bunların da ən ağırı İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsidir ki, həmin maddənin sanksiyasında on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur və həmin maddəyə də baxmaq səlahiyyəti ancaq məhkəmənin səlahiyyətidir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir, həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. İnzibati Xətalar Məcəlləsinin 96.3-çü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin sürəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. İnzibati Xətalar Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzitəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq yaziyyətini müəyyən etmək. üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun sürəti sürücüyə təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer göstərilir."Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014 cü il tarixli 209 nömrəli qərarının 2.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir, Həmin qərarın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli va daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.5-ci bəndinə əsasən, şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə (burada: 01 mart 2016-cı il tarixədək qüvvədə olmuş məcəllə nəzərdə tutulmuşdur; hal-hazırda qüvvəfə olan İnzibati Xətalar Məcəlləsinin 333 və ya 334-cü maddələri-hakimin qeydi) uyğun olaraq protokol tərtib edilir. Həmin qərarın 2.6-cı bəndinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci bədinə əsasən, naqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən isfadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən İmtina etdikdə və ya Xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin önün sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci bəndinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi muayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərətindən həyata keçirilir, sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir.Həmin qərarın 3.2ci bəndinə asasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsetrasiyasına asasən müəyyənləşdirilir. Həmin qərarın 3.4-cü bəndinə əsasən, müayinə aparın həkim narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılın şəxs barədə məlumatlar (adi, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir sürəti müayinə edilən şəxsə, bir sürəti isə onu müayinəyə təqdim etmiş və/ifəli şəxsə təqdim edilir. O, hesab edir ki, qeyd olunan protokol və qərar qanunsuz və əsassız olaraq tərtib olunmuşdur. Belə ki, O, avtomobili idarə edərkən sərxoş olmamış, Buna baxmayaraq, barəSdə inzibati xəta haqqında protokol, bundan sonra isə inzibati tənbehvermə haqqında qərar qəbul olunaraq 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Şikayət məhkəməyə 31 iyul 2023-cü il tarixdə daxil olmuş, işin baxılması 10 avqust 2023-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bğlı 21 avqust 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş və inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın-Goranboy Rayon X14 yol polis bölməsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə 24 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətini, avtomobilin saxlanca qəbul edilməsi haqqında 24 iyul 2023-cü il tarixli Aktı, Əlzamin Orucova aid alkotester qəbzini və 1 (bir) ədəd DVD-diski kuryer vasitəsi ilə məhkəməyə göndərmişlər. Məhkəmə Goranboy Rayon X14 yol polis bölməsinin nümayəndələrinin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Goranboy Rayon X14 yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 Goranboy rayonu ərazisində, Goran-Ağcakənd avtomobil yolunun 18-ci kilometrliyində tərtib etdiyi 24 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, X11 24 iyul 2023-cü il tarixdə saat 11:42-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 327.2, 329.1, 329.3, 330.0.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Goranboy Rayon X14 yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis leytenantı X13 24 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi 24 iyul 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqinda qərara əsasən, X9 24 iyul 2023-cü il tarixdə saat 11-:42-də Goranboy rayonu ərazisində, Goran-Ağcakənd avtomobil yolunun 18-ci kilometrliyində “VAZ 21065” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna, yəni: 1) təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə, 2) nəqliyyat vasitəsini idarə etməyə hüququ olmadan nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, 3) işıq ichazlarından istifadə qaydalarını pozmağa görə, 4) sərnişindaşıma qaydalarını pozmağa görə, 5) əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə, 6) nizamlnmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə, 7) svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 329.1, 334.1, 329.3, 327.2 və 330.0.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinib, barəsində 500 (beş yüz) manat cərimə tənbehi tətbiq edilmişdir. Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs)-X11 məhkəmə iclasında şikayətini müdafiə edərək bildirmişdir ki, o, sürücülük hüququ olmadan, mülkiyyətində olan “VAZ 21065” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 24 iyul 2023-cü 11 tarixdə saat 11:42 radələrində Goranboy rayonunun Qarqucaq kəndi ərazisində Goran-Ağcakənd avtomobil yolu ilə Goran istiqamətində idarə edərkən Goranboy Rayon Polis Şöbəsinin yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, avtomobil saxlanıldıqdan sonra inspektor tərəfindən ona bildirilmişdir ki, sərxoşdur və inspektor ona alkotester cihazına üfürtdürmüş və təkrarən bildirmişdir ki, sərxoşdur, o, etiraz etmiş və həkim müayinəsindən keçirilməsini tələb etmiş, buna baxmayaraq, yol-patrul xidməti əməkdaşı tərəfindən etiraz edilmiş və ona məxsus avtomobil duracağa aparılmış və həmin vaxt da barəsində Azərbaycan Respublikasının X7 (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 327.2, 329.1, 329.3, 330.0.1 və 334.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan dərhal sonra da qanunsuz və əsassız olaraq barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib ediləndə, o, sərxoş olmadığını bildirərək həkim müayinəsindən keçirilməsini tələb etsə də, polis əməkdaşı tərəfindən onun dediklərinə məhəl qoyulmamış, bundan dərhal sonra o özü Gəncə Şəhər Narkoloji Dispanserinə müraciət edərək həkim müayinəsindən keçmiş və müəyyən olunmuşdur ki, onun heç bir sərxoşluğu yoxdur (müayinə aktının surətini şikayətə əlavə edir). Göründüyü kimi, protokol və qərar qanunsuz və əsassız tərtib olunmuşdur. Əslində, o, 23 iyul 2023-cü il tarixdə axşamüstü saatlarda təxminən yüz qram spirtli içki (araq) qəbul etsə də, sərxoş olmamışdır. Bundan başqa, o, avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmiş, onun avtomobilində sağ qabaq oturacaqda əyləşmiş sərnişin isə təhlükəsizlik kəmərindən istifadə etməmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: -Goranboy Rayon X14 yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 X11 barəsində tərtib etdiyi 24 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol məhkəmə iclasında tədqiq edilmişdir. -Goranboy Rayon X14 yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis leytenantı X13 24 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X11 barəsində qəbul etdiyi 24 iyul 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqinda qərar məhkəmə iclasında tədqiq edilmişdir. -Goranboy Rayon X14 yol polisi əməkdaşları tərəfindən X11 barəsində məhkəməyə təqdim edilmiş, sərxoşluğun alkotester cihazı vasitəsi ilə müayinəsi qəbzi (İn:642532; Protokolaşdırma:03701; tarix: xx.xx.2023; vaxt: 08:39; opertatorun nömrəsi: 2373; operatorun adı: “Aqil”) məhkəmə iclasında şikayətçi Əlzamin Orucovun iştirakı ilə müayinə edilmiş, Əlzamin Orucov həmin qəbzin üzərindəki imzanın onun tərəfindən icra edildiyini təsdiq etmişdir. Həmin qəbzdən görünür ki, müayinənin nəticəsi olaraq Əlzamin Orucovun qanında alkoqolun miqdarı 0,574 (sıfır tam mində beş yüz yetmiş dörd) promilli müəyyən edilmişdir (sərxoş olduğu müəyyən edilmişdir). Əlzamin Orucov öz əlyazması ilə həmin qəbzin açşağı boşluqhissəsinə “rəylə tam razıyam” ifadəsini yazmışdır. -Goranboy Rayon X14 yol polisi bölməsinin inspektoru, polis baş leytenatı S.Piriyev tərəfindən 24 iyul 2023-cü il tarixdə tərtib edilmiş “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akt”dan görünür ki, Əlzamin Orucova məxsus “VAZ 21065” markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanca qəbul edilmişdir. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş DVD-diskə baxış: İş materillarına əlavə edilmiş 1 (bir) ədəd DVD-diskə (elektron daşıyıcıya) məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 1 (bir) videomaterial yerləşdirilmişdir (davametmə müddəti: 06 dəqiqiə 24 saniyə). Həmin video-audio yazıdan görünür ki, yol-patrul xidməti əməkdaşları tərəfindən dayandırılmış sürücü X10 yanında əyləşmiş sərnişinin təhlükəsizlik kəmərindən istifadə etmədiyi irad tutulur, sonra Əlzamin Orucovdan spirtli içki qəbul edib-etməməsi soruşulur, Əlzamin Orucov bir gün əvvəl az miqdarda spirtli içki qəbul etdiyini, lakin hazırda sərxoş olmadığını bildirir. Bundan sonra Əlzamin Orucov öz razılığı ilə yol-patrul xidməti əməkdaşının ona təqdim etdiyi alkotester cihazına nəfəs verir, alkotesterin göctəricisinin “0,574” olduğu, müayinənin nəticəsinə görə Əlzamin Orucovun orta dərəcəli sərxoş olduğu bildirilir və sonra müayinənin nəticəsi kağız daşıyıcıda tərtib olunur. Bundan sonra Əlzamin Orucovdan müayinənin nəticəsi ilə razı olub-olmadığı, sərxoşluğun müəyyən edilməsi ilə bağlı tibbi müayinəyə zərurətin olubolmaması soruşulur, Əlzamin Orucov həmin müayinənin nəticəsi ilə razı olduğunu, tibbi müayinəyə zərurətin olmadığını bildirir. Yol-patrul xidməti əməkdaşları tərəfindən Əlzamin Orucova əlavə qayda pozuntularının olması barədə hər hansı irad bildirilmir. Tətbiq edilməli olan normalar: İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. -53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. -114.1-cü maddəsindən görünür ki, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. -115.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -128.2,128.2.3-cü maddələrindən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəsəksən manat məbləğində cərimə edilir. -329.1-ci maddəsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. -329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. -330.0.1-ci maddəsindən görünür ki, sürücü tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə- əlli manat məbləğində cərimə edilir. -334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müayinə edilməsi qaydaları”nın: -2.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. -2.3-cü bəndinə əsasən, alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. -2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. -2.5-ci bəndinə əsasən, şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq (burada: 01 mart 2016-cı il tarixədək qüvvədə olmuş məcəllə nəzərdə tutulmuşdur; hal-hazırda qüvvədə olan X8 333 və ya 334-cü maddələrinə uyğundur-hakimin qeydi) protokol tərtib edilir. -2.6-cı bəndinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. -2.7-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəmə araşdırması nəticəsində X4 X8 327.2, 329.1, 330.0.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilməmişdir; X4 X8 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən: X11 barəsində 24 iyul 2023-cü il tarixli alkotester müayinəsi qəbzi (operatorun adı-“Aqil” operatorun nömrəsi: 2373), Goranboy Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin yol-patrul xidməti əməkdaşlarının bortkompyuter vasitəsi ilə qeydə alınmış xidməti videoyazısı, 24 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlzamin Orucovun qismən etirafedici izahatı ilə təsdiq edilir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, 24 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və 24 iyul 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqinda qərar X12 Xətalar Məcəlləsinin 327.2, 329.1, 329.3 və 330.0.1-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı hissələrdə qanunsuz hesab edilməli, 24 iyul 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqinda qərar ləğv edilməli və yeni qərar qəbul edilməlidir; yeni qərarla: X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2, 329.1, 329.3 və 330.0.1-ci maddələri ilə olan hissələrdə inzibati xəta haqqında icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən (təqsirliliyi sübuta yetirilmədiyinə görə) xitam verilməli, X2 Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.1, 115.1, 134.1.2 və 134.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. X11 barəsində 24 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və 24 iyul 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqinda qərar X12 Xətalar Məcəlləsinin 327.2, 329.1, 329.3 və 330.0.1-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı hissələrdə qanunsuz hesab edilsin, 24 iyul 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. X2 Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-116/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-116/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver