Məhkəmə qərarları › İş №3(040)-118/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-118/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-118/2024 10.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X7 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işləməyən, Daşkəsən rayonunun Çanaqçı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən tərtib edilmiş 09 iyul 2024-cü il tarixli “MN № 1994388” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 09 iyul 2024cü il tarixdə Ağdərə rayonunun Vəng kəndi ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır - bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Eldəniz Misirov tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, 09 iyul 2024-cü il tarixdə Ağdərə rayonunun Vəng kəndi ərazisində yerləşən stasionar polis postunda xidmət apararkən “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil posta yaxınlaşmış, bu zaman adları sonradan onlara məlum olan sürücü X1, sərnişinlər Şəxs və X2 işğaldan azad olunmuş əraziyə girişlə bağlı icazələrinin olub-olmaması ilə bağlı portal yoxlanışı aparmaq məqsədi ilə vətəndaşların şəxsiyyətini təsdiq edən sənədləri tələb edərkən adları qeyd olunan şəxslər sənədlərini təqdim etməyərək polisin qanuni tələblərinə tabe olmaq istəməmişlər. Qanuni tələbləri həmin şəxslərə dəfələrlə izah olunmasına baxmayaraq, şəxslər öz hərəkətlərini davam etdirərək “biz öz torpağımızdayıq, neçə post keçmişik, niyə sənəd təqdim etməliyik?”, “bizi niyə yoxlamalısız?” deyərək qəsdən tabe olmamışlar. Bu səbəbdən adları qeyd edilən şəxslərin barəsində qanuni tədbir görülməsi üçün rayon polis şöbəsinə gətirmişlər. (raportverən həmin məlumatın araşdırılması üçün müvafiq əməkdaşa göstəriş verilməsini rəisdən xahiş edir). İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X9 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 09 iyul 2024-cü il tarixdə digər şəxslər Zimistan Azadov və Rasim Məmmədovla birlikdə qanunsuz yolla-yəni bunun üçün əvvəlcədən icazə alınmalı olduğu halda belə icazə olmadan Ağdərə rayonu ərazisinə keçmiş və orada ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, 09 iyul 2024-cü il tarixdə o, Zimistan Azadovun idarə etdiyi “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağdərə rayonunun Vəng kəndi ərazisindəki “Vəngli” stasionar postuna yaxınlaşmış, stasionar polis postunda xidmət aparan polis əməkdaşları işğaldan azad olunmuş əraziyə girişlə bağlı portal yoxlanışı aparmaq məqsədi ilə vətəndaşların şəxsiyyətini təsdiq edən sənədləri tələb edərkən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq sənədlərini təqdim etməkdən imtina etmişdir; bununla da Məmmədov X5 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs daha sonra Kəlbəcər Rayon Polis Şöbəsinə gətirilmişdir. O, inzibati xəta hadisəsini ilkin araşdıran səlahiyyətli vəzifəli şəxs olaraq tərtib etdiyi 09 iyul 2024-cü il tarixli “MN № 1994388” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 09 iyul 2024-cü il tarixdə Zimistan Azadovun idarə etdiyi “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağdərə rayonunun Vəng kəndi ərazisində yerləşən stasionar polis postunda ondan şəxsiyyətini təsdiq edən sənədləri tələb edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq sənədlərini təqdim etməkdən imtina etmişdir. Bundan sonra polislər onu və X6 Rayon Polis Şöbəsinə aparmışlar. Hazırda polisin qanuni tələbinə tabe olmamasından səmimi peşmandır, gələcəkdə bu cür nöqsanlara yol verməyəcək və polisin qanuni tələblərinə əməl edəcəkdir. Məhkəmədən, məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla barəsində ən yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında dinlənilən Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X3 izahatında bildirmişdir ki, o, 09 iyul 2024-cü il tarixdə Ağdərə rayonunun Vəng kəndi ərazisində yerləşən stasionar polis postunda polis naryadının tərkibində xidmət apararkən “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil posta yaxınlaşmış, bu zaman adları sonradan onlara məlum olan sürücü X4 və sərnişinlər Şəxs, X2 işğaldan azad olunmuş əraziyə girişlə bağlı portal yoxlanışını aparmaq məqsədi ilə vətəndaşların şəxsiyyətini təsdiq edən sənədləri tələb edərkən adları qeyd olunan şəxslər sənədlərini təqdim etməyərək onun və digər polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaq istəməmişlər. Qanuni tələbləri həmin şəxslərə dəfələrlə izah olunmasına baxmayaraq, Şəxs və onunla birlikdə olan şəxslər öz hərəkətlərini davam etdirmiş, buna görə də adları qeyd edilən şəxslərin barəsində qanuni tədbir görülməsi üçün həmin şəxsləri rayon polis şöbəsinə gətirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin: birinci hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; ikinci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; üçüncü hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin: birinci hissəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; üçüncü hissəsinə əsasən, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. “İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 1-ci və 2-ci bəndlərində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması, müvafiq ərazilərin müvəqqəti komendantlarının təyin edilməsi və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi, 8-ci bəndində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 09 iyul 2024-cü il tarixdə Ağdərə rayonunun Vəng kəndi ərazisində yerləşən stasionar polis postunda xidmət aparan Kəlbəcər Rayon Polis Şöbəsinin Post patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Eldəniz Misirov və digər polis əməkdaşları tərəfindən saxlanılaraq sənədləri yoxlanılarkən, ictimai qaydanı mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi inzibati xəta haqqında müvafiq protokol, özünün etirafedici izahatı, şahid izahatı və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- törətdiyi əməldən səmimi peşman olmasıdır, iş üzrə məsuliyyəti ağırlaşdıran hal- yoxdur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinməklə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və (və ya) protest verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar