Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-120/2023 17.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi-Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X3, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxxx 1979-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çəpli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, ali təhsilli, Kəlbəcər rayonu 99 nömrəli tam orta məktəbdə müəllim işləyən, Kəlbəcər rayonunun Çəpli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Gəncə şəhəri, Yeni Qəsəbə-600, küçə 14, ev 211-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 327.8-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X7 tərəfindən tərtib olunmuş 01 avqust 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs 29 iyun 2023-cü il tarixdə “VAZ 213100” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə sağlamlığa yüngül xəsarət yetirməklə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Gəncə Şəhər Baş Polis idarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis mayoru X8 tərəfindən 10 iyul 2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ın surətindən görünür ki, Şəxs idarə etdiyi “VAZ 213100” markalı avtomobillə 29 iyun 2023-cü il tarixdə Gəncə şəhərinin Aydın Nəbiyev küçəsi ilə hərəkətdə olarkən qəfildən yuxulayaraq idarəetməni itirmiş və avtomobil hərəkət istiqamətinin sol tərəfinə aşmış və hadisə nəticəsində sürücü özü və sərnişini X6 zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurulan xəsarət almışdır. Bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; həmin qərarla Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə material 02 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, işin baxılması 17 avqust 2023-cü il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-Şəxs məhkəmə iclasında törətdiyi əməli etiraf edərək izahatında bildirmişdir ki, o, təxminən on beş ilə yaxındır ki, avtomobil idarə edir, onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır, həmçinin etibarnamə əsasında “VAZ 213100” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 28 iyun 2023-cü il tarixdə saat təxminən 22 radələrində dostu və həmyerlisi X6 ilə birlikdə Kəlbəcər rayonundan gəlirmiş, həmin vaxt avtomobili o idarə edirmiş, Qabil isə qabaq sağ oturacaqda oturmuşdur. Həmin gün saat təxminən 24 radələrində, o, Qabili yaşadığı evə düşürtmək üçün Gəncə şəhərinin Gülüstan qəsəbəsinə gəlmiş, Gülüstan qəsəbəsində Aydın Nəbiyev küçəsi ilə təxminən 40-50 km/saat surətlə hərəkətdə olan vaxt qəfildən yuxulamış, idarə etməni itirmiş, onun idarə etdiyi avtomobil hərəkət istiqamətinin sol tərəfindən aşmış, bundan sonra onlar hər ikisi avtomobildən çıxıb təcili yardıma zəng vurmuşlar, sonra isə yoldan keçən avtomobillə Gəncə Şəhər Təcili X5 gəlmişlər, xəstəxanada onlara tibbi yardım edildikdən sonra evə buraxılmışlar. Törətdiyi əməldən səmimi peşmandır, əvvəllər belə hadisə törətməmiş və barəsində yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş edir (əməlindən səmimi peşman olması barədə ərizəsini də məgkəməyə təqdim etmişdir). İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi- Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X7 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs 29 iyun 2023cü il tarixdə saat 00:10 radələrində “VAZ 213100” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qəfildən yuxulayaraq idarəetməni itirmiş və avtomobil hərəkət istiqamətinin sol tərəfinə aşmışdır. Hadisə nəticəsində sürücünün sərnişini X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurulan xəsarət almış və bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daha sonra Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilmiş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Şəxs barəsində 01 avqust 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. O, Kəlbəcər Rayon Polis Şöbəsini təmsil edən vəzifəli şəxs olaraq 01 avqust 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tam qanuni və əsaslı hesab edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs onun həmyerlisi və dostudur, onun Şəxs ilə yaxın münasibəti olmuş və bu gün də münasibətləri yaxşıdır. Seymurun etibarnamə əsasında idarə etdiyi “VAZ-213100” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 28 iyun 2023-cü il tarixdə saat təxminən 22 radələrində Seymurun idarə etdiyi avtomobillə Kəlbəcər rayonundan gəlmişlər, həmin vaxt avtomobili Seymur idarə etmiş, o isə qabaq sağ oturacaqda oturmuş, həmin gün saat təxminən 24 radələrində Seymur idarə etdiyi avtomobillə onu yaşadığı evə düşürtmək üçün Gəncə şəhəri, Gülüstan qəsəbəsinə gəlmişlər, onlar Gülüstan qəsəbəsi Aydın Nəbiyev küçəsi ilə təxminən 40-50 km/saat surətlə hərəkətdə olan vaxt Seymur qəfildən yuxulayaraq idarə etməni itirmiş, Seymurun idarə etdiyi avtomobil hərəkət istiqamətinin sol tərəfindən aşmış, sonra onlar hər ikisi avtomobildən çıxıb yoldan keçən avtomobillə Gəncə Şəhər Təcili X5 gəlmişlər, xəstəxanada onlara tibbi yardım edildikdən sonra evə buraxılmışlar. Hadisə baş verən vaxtı Seymur avtomobili təxminən 40-50 km/saat surətdə idarə etmiş, həmin hadisənin baş verməsinə səbəb Seymurun sükan arxasında olan vaxt yuxulaması olmuşdur. Hazırda Şəxs onun heç bir şikayəti və tələbi yoxdur. Ona dəyən ziyan tam ödənilmişdir. Məhkəmədən Seymur barəsində yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş edir (bu barədə ərizəsini təqdim etmişdir). Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, Şəxs 29 iyun 2023-cü il tarixdə saat 00:10 radələrində qanuni sahibliyində olan “VAZ 213100” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhərinin Aydın Nəbiyev küçəsi ilə idarə edərkən sürücü Şəxs təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində avtomobildə olan sərnişin X6 yüngül dərəcəli bədən xəsarəti almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -327.8-ci maddəsinin hal-hazırda qüvvədə olan müddəalarına görə, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. -327.8-cı maddəsinin 29 iyun 2023-cü il tarixdə (yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixdə) qüvvədə olmuş müddəalarına əsasən, İnzibati Xətalar Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar (yol-nəqliyyat hadisələrinin törədilməsi ilə bağlı xətalar-hakimin qeydi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin İ-ci bəndinin 3-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsi ilə təqsirli olması 10 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar, 01 avqust 2023-cü il tarixli İXP № ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafedici izahatı və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilir. Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsi ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin xətanın baş verdiyi 29 iyun 2023-cü il tarixdə qüvvədə olmuş sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- törətdiyi inzibati xəta əməlindən səmimi peşman olması (İXM 32.1.1) və xəta nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsidir (İXM 32.1.7); Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını və əməlində məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsinin xətanın baş verdiyi zaman (29 iyun 2023-cü il tarixdə) qüvvədə olmuş sanksiyasında nəzərdə tutulan 200 (iki yüz) manat məbləğində cərimə növündə tənbehin tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin xətanın baş verdiyi zaman qüvvədə olmuş sanksiyası həddində 200 (iki yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-120/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-120/2023
17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver