Məhkəmə qərarları › İş №3(040)-121/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-121/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-121/2023 08.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxsnun, Zərərçəkmiş şəxs-X5 və qanuni nümayəndəsi X3, Kəlbəcər rayonunun qəyyumluq və himayə orqanı- Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, himayəsində iki azyaşlı övladı olan, orta ixtisas təhsilli, işləməyən, Ağdam rayonunun Yusifcanlı kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Yeni Qəsəbə-1500, bina 4, mənzil 34-də məskunlaşan Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib olunmuş 07 avqust 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06 iyul 2023-cü il tarixdə X9 (01 iyun 2014-cü ildə doğulmuşdur) döymüşdür. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı, X4 tərəfindən qəbul edilmiş 28 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs 06 iyul 2023-cü il tarixdə azyaşlı X13 “sağ qulaqarxası və bel nahiyələrinin qançırları” kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, X10 aldığı xəsarətlər dərəcəsi təyin edilməyən xəsarətlər olduğundan, həmin xüsusatlar üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 06 iyul 2023-cü il tarixdə yaşadığı Gəncə şəhərindəki Yeni qəsəbə-1500 ərazisində 4 nömrəli binanın yaxınlığında azyaşlı X9 döymüşdür-yəni X13 “sağ qulaqarxası və bel nahiyələrinin qançırları” kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Həmin faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 28 iyul 2023-cü il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından, qərarın surəti müvafiq tədbir görülməsi üçün Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də 07 avqust 2023-cü il tarixdə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. O, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs olaraq tərtib etdiyi 07 avqust 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Aytac Bayramovanın azyaşlı uşaqları 06 iyul 2023-cü il tarixdə onun azyaşlı uşaqları Hüseyn və Kamilin yanına gələrək onun övladları ilə oynayarkən uşaqlarına sataşmış və mübahisə etmiş, həmçinin nalayiq ifadələr işlətmiş, buna görə də, o, öz uşaqlarını yanına çağırmış və eyni zamanda Aytac Bayramovanın uşaqlarına da öz iradını bildirmiş, daha sonra Aytac Bayramovanın azyaşlı oğlu Yusif təkrar onun yanına qayıdaraq ona nalayiq ifadə işlətmiş, bu zaman, o, Yusifin üstünə getmiş, Yusif qaçmış və qaçarkən ayağı yerə ilişərək yıxılmış, xəsarətləri yıxıldığı vaxt almışdır. Onun heç bir təqsiri yoxdur. Məhkəmədən onun barəsində olan inzibati xəta haqqında hazırki işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X15 qanuni nümayəndəsi (anası) X3, müəllim X8, Kəlbəcər rayonunun qəyyumluq və himayə orqanı- Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirakları ilə məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 06 iyul 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Gəncə şəhəri Yeni qəsəbə-1500 ərazisində 4 nömrəli binanın arxa hissəsində olduğu zaman qardaşı Eltac Bayramlı onun yanına gəlmiş və ona, Nigar adlı şəxsin oğlu Hüseynin onunla mübahisə etdiyini, sonradan isə Nigarın onun üstünə gələrək anaları Aytac Bayramovanın ünvanına nalayiq ifadələr işlətdiyini demiş, bundan sonra, o, 4 nömrəli binanın qarşısında olan Nigarın yanına getmiş və Nigardan niyə anasının ünvanına söyüş söydüyünü soruşmuş, bu vaxt Nigar ona “yaxşı edirəm, get cəhənnəm ol” demiş və onun üstünə hücum çəkərək onun sağ qulaq, baş nahiyələrinə əli ilə zərbələr vurmuş və ardınca, oradan qaçıb uzaqlaşmaq istədiyi zaman, arxadan onun bel nahiyəsinə təpiklə zərbə vuraraq onu döymüş, bundan sonra, o, kiçik qardaşı Eltacla oradan uzaqlaşıb nənəsi Məxmərin yanına gəlmiş və hadisə barədə ilk olaraq nənəsinə, sonradan isə anası Aytaca məlumat vermiş, hadisə zamanı həmin yerdə başqa heç kim olmamışdır. Şahid qismində məhkəmə iclasında dindirilən X11 (zərərçəkmiş Yusif Bayramlının nənəsi) öz izahatında bildirmişdir ki, oğlu X17 ilə Aytac Bayramova 2014-cü ildə evlənmiş və həmin nikahdan Yusif və Eltac adlarında övlaları dünyaya gəlmiş, 2020-ci ildə “covid- 19” pandemiyası zamanı oğlu İlham Bayramov həmin xəstəlikdən vəfat etmişdir. 06 iyul 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı mənzildə olduğu vaxt, azyaşlı nəvəsi Yusif onun yanına gələrək, ona “nənə, 4 nömrəli binada yaşayan Nigar adlı şəxs, həmin binanın yanında anamın ünvanına nalayiq ifadələr işlədərək məni döydü” demiş, bundan sonra, o, gəlini Aytacın yanına gedərək “Nigar Yusifin, qulaq, baş və bel nahiyyələrinə zərbə vuraraq, Yusifi döyübdür” demiş, daha sonra gəlini Aytacla birlikdə Yusifin qeyd edilən bədən nahiyələrinə baxdıqda həmin hissələrdə xəsarət izlərinin olmasını görmüş, baş vermiş hadisə ilə əlaqədar nəvəsi Yusif Bayramlının məhkəmə- tibbi ekspertiza müayinəsindən keçirilməsini istəmişdir. O, hadisə yerində olmamış, lakin digər nəvəsi Eltac Bayramlı hadisə zamanı orada olmuşdur. Şahid qismində məhkəmə iclasında dindirilən X14 (zərərçəkmiş Yusif Bayramlının anası) X2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsindən görünür ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə- sağlamlığa ağır, az ağır və yüngül zərər vurmaya səbəb olmadıqda-inzibati xətadır. Məhkəmə hesab edir ki, Şəxs 06 iyul 2023-cü il tarixdə azyaşlı X12 döyməklə ona fiziki ağrı yetirməsi zərər çəkmiş şəxsin, şahidlərin izahatları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafedici (münaqişənin olmasının etirafı) izahatı, 28 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar, inzibati xəta haqqında protokol, və işin digər sənədləri ilə tam sübuta yetirilir. Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməklə, barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: -32-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. -72-ci maddəsinin 2-ci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İnzibati Xətalar Məcəlləsinin: -9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxsnun əməlində məsuliyyəti yüngülləşdirən hal-himayəsində azyaşlı uşağının olmasıdır (İXM 32.1.3), məsuliyyəti ağırlaşdıran hal- inzibati xətani yetkinlik yaşina çatmayana qarşi törətməsidir (İXM 33.1.4). Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin 350 (üç yüz əlli) manat miqdarda tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar