Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-122/2023 09.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, xx xxx 1984-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, 3cü dərəcəli müddətsiz əlil, işləməyən, Kəlbəcər şəhəri, 20 Yanvar küçəsi, ev 05də yaşayış yeri üzrə qeydiyyatda olan, Gəncə şəhəri, Yeni Qəsəbə-1500, bina 16, mənzil 47-də məskunlaşan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 510-cu və 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1 maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirləndirilməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində hazırlanmış material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala daxil olan: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib edilmiş 09 avqust 2023-cü il tarixli “MN № 1679569” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 09 avqust 2023-cü il tarixdə Gəncə şəhərindəki Yeni qəsəbədə xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə tabe olmamışdır, bununla da İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Materiala daxil olan: Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölməsinin taqım komandiri, polis leytenantı X3 tərəfindən 09 avqust 2023-cü il tarixdə tərtib edilmiş raportda göstərilmişdir: “09 avqust 2023-cü il tarixdə xidmətdə olan zaman Yeni Qəsəbə ərazisində tanıdığım X7 gecə saat 1 (bir) radələrində qəsəbə ərazisində tək gəzdiyini gördüm. Ona yaxınlaşaraq gecənin bu saatında küçədə nə işlə məşğul olduğunu soruşduqda, o, mənə bildirdi ki, hava isti olduğu üçün küçədə gəzirəm. Mən onu yaşadığı mənzilə aparıb qoyub qayıtdım. Səhər saat 7 radələrində Əliyev İlhamın atası Şəxs polis şöbəsinə gələrək ünvansız küçə söyüşlərindən istifadə etməklə “mənim oğlumu polis şöbəsinə kim gətirib, onun paqonlarını sökdürərəm” deyərək ünvansız küçə söyüşlərindən istifadə etməyə davam etdi. Mən onu nizam-intizama dəvət etsəm də, o, öz qanunsuz hərəkətlərinə davam edərək mənim xidməti otaqımın qapısını təpikləməyə başladı”. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X5 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 09 avqust 2023-cü il tarixdə səhər saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhəri Yeni qəsəbə-1500 ərazisində yerləşən inzibati binasına gəlib ünvansız küçə söyüşləri işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmiş, həmçinin onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi yarandığından, inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş 09 avqust 2023-cü il tarixli “MN № 1679569” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, üçüncü dərəcəli əlildir, eyni zamanda fərdi əməklə məşğul olub ailəsini dolandırır. 09 avqust 2023-cü il tarixdə səhər saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhəri Yeni qəsəbə-1500 ərazisində yerləşən inzibati binasına gəlib ünvansız küçə söyüşləri işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmiş, həmçinin onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Səhv etdiyini etiraf edir. Hazırda əməlindən səmimi peşmandır, hər kəsdən üzr istəyir. Bir daha bu cür qanunsuz əməllərə yol verməyəcəyini bildirir. Əgər məhkəmə onu 200 (iki yüz) manat cərimə edərsə, cərimə ödəməyə razıdır. Şahid qismində məhkəmədə izahat verən Kəlbəcər Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün taqım komandiri, polis leytenantı X3 izahat verərək raportda yazılanları təsdiq etmişdir. Şahid qismində məhkəmədə izahat verən Kəlbəcər Rayon Polis Şöbəsinin polis nəfəri X1 Rəşid Eldar oğlunun 09 avqust 2023-cü il tarixdə səhər saatlarında Kəlbəcər Rayon Polis X11 ərazisində yerləşən binasına gəlib ünvansız küçə söyüşləri işlədərək ictimai qaydanı pozmasına, həmçinin onu (Rəşidi) nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına şahid olduğunu bildirmişdir. -510-cu maddəsinin məzmunundan görünür ki, xırda xuliqanlıq- ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. -535.1-ci maddəsinin məzmunundan görünür ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta məsuliyyəti yaradır. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, Şəxs 09 avqust 2023-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhəri Yeni qəsəbə-1500 ərazisində yerləşən inzibati binasına gəlib söyüşlü ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmiş, həmçinin onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: -32-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. -72-ci maddəsinin 2-ci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin: 1-ci hisəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; 3-cü hissəsinə əsasən, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. -535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- əməlindən səmimi peşman olmasıdır, məsuliyyəti ağırlaşdıran hal- yoxdur. Мəhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi onun özünün etirafedici izahatı, şahidlərin izahatları, 09 avqust 2023-cü ildə tərtib edilmiş raportla və digər iş materialları ilə tam sübut olunduğundan, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1ci maddələri ilə təqsirli bilinərək, 535.1-ci maddəyə əsasən daha ciddi xətaya görə həmin maddələrin sanksiyası həddində inzibati cərimə növündə tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-122/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-122/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver