Məhkəmə qərarları › İş №3(040)-134/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-134/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-134/2023 14.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs)- X2 iştirakı ilə, X2 (29 iyul 1977-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 2FSF07Q, işləməyən, 2-ci dərəcəli əlilliyə görə pensiyaçı, Kəlbəcər ş. Nizami Gəncəvi pr. ev 06-da yaşayış yeri üzrə qeydiyyatda olmaqla Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 ətrafında məskunlaşan) barəsində qəbul edilmiş 20 iyul 2023-cü il tarixli EQ 15816055 nömrəli və 10 avqust 2023-cü il tarixli EQ 16175876 nömrəli elektron qərarların ləğv edilməsinə dair verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 şikayətlə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 20 iyul 2023-cü il tarixli EQ 15816055 nömrəli və 10 avqust 2023-cü il tarixli EQ 16175876 nömrəli elektron qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 19 iyul 2023-cü il tarixdə səhər saat 11:20də dövlət rüsumunu ödəyərək texniki baxışdan keçmiş, bu barədə onda ödəniş qəbzi mövcuddur. Həmin vaxt ona demişlər ki, hazırdır, gedə bilərsən və o, texniki baxışdan keçdiyinə əmin olaraq avtomobilini idarə etmişdir. Lakin 11 avqust 2023-cü il tarixdə ona məktub gəlmiş və zərfi açarkən məlum olmuşdur ki, istifadəsində olan **-UM-*** dövlət qeydiyyat nişanlı “Opel Astra-minik” markalı avtomobilin texniki baxışdan keçməməsinə görə 2 (iki) dəfə cərimə edilmişdir. Cərimənin biri 20 iyul 2023-cü il tarixdə, digəri isə 10 avqust 2023-cü il tarixdə tərtib olunmuşdur. O, texniki baxışdan keçməsinə baxmayaraq, yol polisi onu aldadaraq texniki baxışdan keçməsini qeyd etməmiş və iki dəfə 20 iyul 2023cü il tarixdə və 10 avqust 2023-cü il tarixlərdə cərimə etmişdir. O qazidir, Vətən yolunda sağlamlığını itirmiş, 2-ci dərəcəli əlildir. Şikayət 15 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, şikayətə baxılması 25 avqust 2023-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 04 sentyabr və 14 sentyabr 2023-cü il tarixlərə təxirə salınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 idarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Baş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərarlar qəbul edilmiş şəxs)- X3 məhkəmə iclasında şikayətə uyğun izahat verərək şikayətin təmin edilməsini, 20 iyul 2023-cü il tarixli EQ 15816055 nömrəli və 10 avqust 2023-cü il tarixli EQ 16175876 nömrəli elektron qərarların ləğv edilməsini, barəsində olan inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: 20 iyul 2023-cü il tarixli EQ 15816055 nömrəli və 10 avqust 2023-cü il tarixli EQ 16175876 nömrəli elektron qərarların surətindən görünür ki, X3 20 iyul 2023-cü il və 10 avqust 2023-cü il tarixlərdə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hər iki halda barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsinin Kəlbəcər Rayon Məhkəməsinə ünvanladığı 04 sentyabr 2023-cü il tarixli 3-13-85/2-8534/2023 saylı məktubda qeyd edilir ki, 2009-cu il buraxılışlı “Opel Astra-minik” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 iyul 2021-ci il, 25 iyun 2022-ci il və 18 avqust 2023-cü il tarixlərdə texniki baxışdan keçmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublkası Qanununun: -30-cu maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. -30-cu maddəsinin altıncı hissəsinə əsasən, nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin Vİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla): istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin Vİ hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.6-1-ci bəndinə əsasən, bu Əsasnamənin 1.4-cü bəndinin 2-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri texniki baxışdan keçirildikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Texniki baxış zamanı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. Bu Əsasnamənin 1.4-cü bəndinin 2-ci yarımbəndində nəzərdə tutulmuş müddətdə nəqliyyat vasitəsi növbəti texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: -339.1-1-ci maddəsindən görünür ki, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işüzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi;135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hal-hazırda X1 olan 2009-cu il buraxılışlı “Opel Astra-minik” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil 2022-ci ildə texniki baxışdan 25 iyun tarixdə keçmiş və bir il sonra 2023-cü ildə həmin tarixdə və ya 20 gün ərzində avtomobilini texniki baxışdan keçirmədiyindən onun barəsində 20 iyul 2023-cü il tarixli EQ 15816055 nömrəli və 10 avqust 2023-cü il tarixli EQ 16175876 nömrəli elektron qərarlar tərtib olunaraq cərimə olunmuşdur. Növbəti texniki baxışdan isə yalnız 18 avqust 2023-cü il tarixdə keçmişdir. Məhkəmə şikayətdə göstərilən, avtomobilin 19 iyul 2023-cü il tarixdə texniki baxışdan keçməsi barədə dəlilləri əsassız hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli, onun barəsində tərtib olunmuş 20 iyul 2023-cü il tarixli EQ 15816055 nömrəli və 10 avqust 2023-cü il tarixli EQ 16175876 nömrəli elektron qərarlar hazırki şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1, 134.2 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti təmin edilməsin. Bu qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar