Məhkəmə qərarları › İş №3(040)-134/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-134/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-134/2025 25.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, VÖEN **********, hüquqi ünvanı: “AZ 3200, Kəlbəcər rayonu, Vənk kəndi, Kəlbəcər-Laçın yolunun üstü” olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 469.2-ci maddəsi (məhkəmədə tövsif: 469-1-ci maddə) ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsindən (bundan sonra- X3 Xidmətinin Bakı şəhər idarəsi) daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı X3 Xidmətinin Bakı şəhər idarəsində tərtib olunmuş material baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir (material 26 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Materiala əlavə edilmiş: X3 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi X1 tərəfindən tərtib edilmiş 15 may 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş məlumata əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta təmin olunmamış, nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 11 aprel 2025-ci il tarixli 178-VİİQD nömrəli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ləğv edilmiş, eyni zamanda həmin X4 Məcəlləsinə yeni məzmunda “469-1” maddəsi əlavə edilmişdir (Qanun 31 may 2025-ci il tarixdə qüvvəyə minmişdir). İnzibati Xətalar Məcəlləsinin 31 may 2025-ci il tarixədək qüvvədə olmuş 469.2-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31 may 2025-ci il tarixdən qüvvədə olan 469-1-ci maddəsinə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə –vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir; Qeyd: şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir; bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. İş üzrə məhkəmə icraatı: İş üzrə məhkəmə iclası 10 iyun 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 25 iyun 2025-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan- X3 Xidmətinin Bakı şəhər idarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs- Şəxs nümayəndələri məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə gəlməyən şəxslərin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin yeddinci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsindən görünür ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi (bundan sonra – icbari sığorta müqaviləsi) – icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır; -2.0.4-cü maddəsindən görünür ki, sığortalı – sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanlarıdır; -2.0.5-ci maddəsindən görünür ki, sığortaçı – Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxsdir; -2.0.22-ci maddəsindən görünür ki, İcbari Sığorta Bürosu – “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi ilə müəyyən edilmiş qurumdur; -3.1 və 3.1.1-ci maddələrindən görünür ki, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar; -7.2 və 7.2.1-ci maddələrindən görünür ki, bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq sığortalının vəzifələrinə daxildir (23-cü maddəsinin müddəalarından görünür ki, bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: -8.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir; -27.1-ci maddəsindən görünür ki, İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsindən görünür ki, işəgötürən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün həmin maddədə sadalanan əmək şəraitini, o cümlədən işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; -5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir, bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -75.0.-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallarımüəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 31 may 2025-ci il tarixədək qüvvədə olmuş 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş hüquqi şəxs olaraq sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) törətməsi öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, hüquqi şəxs Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə tövsif edilməklə aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Belə ki, iş materiallarından Şəxs MMC tərəfindən sığortaçı ilə sığorta müqaviləsinin bağlanmaması halı məhkəmə icraatı zamanı öz təsdiqini tapmamaqla bərabər, inzibati xəta haqqında icraatı başlamış orqan məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirliliyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. X2 Məcəlləsinin 75.0-cı maddəsinə əsasən müəyyən edilməli elementlər, o cümlədən inzibati xətanın törədilməsi və inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı müəyyənləşdirilmədən qalmışdır. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsindən görünür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə davam etdirilən hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar