Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-139/2024 30.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın- Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X2 iştirakı ilə, X4 barəsində qəbul edilmiş 18 iyul 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X8 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X5 tərəfindən onun barəsində qəbul edilmiş 18 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 26 iyun 2024-cü il tarixdə Nadel kəndində toyda olmuş, 3-4 saat toyda oturduqdan sonra evə getmək istəmiş, yola çıxan zaman maşın olmamış, nə də pulu olmadığından taksi çağıra bilməmişdir. Qaranlıqda yol getməyə başlamış, birdən onun yanında bir avtomobil dayanmış, elə bilmişdir ki, onu tanıyan adamdır. Lakin dayanan polis maşını olmuşdur. O, avtomobilə əyləşmiş, polislər ondan soruşmuşdur ki, “hardan gəlirsən?, o cavabında toydan gəldiyini bildirmişdir. Polislər ona demişdir ki, “bizə nə hörmət edə bilərsən?, o da onlara heç nə verə bilməyəcəyini bildirmişdir. Polislər onun ad və soyadını öyrənmişlər və onun içkili olduğunu bildirmişlər. O da toyda 50 qram pivə və 100 qram araq içdiyini, lakin sərxoş olmadığını bildirmiş, nə avtomobilinin nə də ki hər hansı nəqliyyat vasitəsinin olmadığını və idarə etmədiyini, yolda piyada olduğunu bildirmişdir. Lakin polis əməkdaşları ona cərimə yazacaqlarını bildirmişlər, o buna etiraz etsə də polis əməkdaşları onu cərimə yazılan kağıza imza etməyə məcbur etmişlər. O, evinə gəlmiş, bir neçə gündən sonra ona zəng gəlmiş və atasının adını soruşmuşlar. O, atasının adını demiş, lakin ağlına gəlməmişdir ki, ona cərimə yazarlar. Sonra ona Kəlbəcər Rayon Polis Şöbəsindən qərar gələndə o, Kəlbəcər Rayon Polis Şöbəsinə getmiş, orada ona izah etmişlər ki, onlar inzibati xəta haqqında protokol əsasında onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. O daha sonra onun barəsində protokol tərtib edən polis əməkdaşlarının yanına gedərək onlara öz etirazını bildirmiş və onların barəsində şikayət edəcəyini bildirmişdir. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İX X11 xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən onun barəsində qəbul edilmiş 26 iyun 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan narazıdır. Həmin protokol və qərar tam əsassız və qanunsuzdur, ləğv edilməlidir. Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs)- X8 30 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, barəsində tərtib edilmiş protokol üzrə cərimə ödənildiyindən hazırki şikayətdən imtina etdiyini, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, İnzibati Xətalar Məcəlləsində inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması halları əks olunmasa da, şikayətin geri qaytarılması barədə şikayətçinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəllə) 390.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Cinayət Prosessual Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi və şikayət vermək qaydası göstərilsə də, şikayət vermiş şəxsin öz şikayətindən imtina etdiyi halda hansı prosessual hərəkətin edilməsi ilə bağlı müddəa yoxdur. Buna görə də məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Cinayət Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina edilməsinin nəticələrini tənizmləyən 391.11-ci maddəsinin analogiya üzrə hazırkı məsələyə tətbiqini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, 18 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsində baxılmasına xitam verilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 18 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin və şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-139/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-139/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver