Məhkəmə qərarları › İş №3(040)-139/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-139/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-139/2025 19.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan- X2 Xidmətinin Bakı şəhər idarəsi Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kəlbəcər Rayon Məhkəməsinin binasında baxaraq, müəyyənetdi: X2 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X1 tərəfindən vəzifəli şəxs- "xxxx" MMC-nin direktoru Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş 14 may 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir (04 iyun 2025-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur.) İş üzrə məhkəmə iclası 19 iyun 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs xx xxxxx 1978-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş və hal-hazırda ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; barəsində inzibati xəta haqaında iş icraat aparılan vəzifəli şəxs Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hüquqi ünvanı: Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 54 mənzil 60, VÖEN: **********) direktoru vəzifəsində işləyir; eyni zamanda inzibati xətanın Kəlbəcər rayonu ərazisində tərədilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılmasına dair vəsatəti iş materiallarında yoxdur. Belə olan halda, vəzifəli şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş 14 may 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol üzrə hazırki 3(040)-139/2025 nömrəli inzibati xəta haqqında iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır; şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İnzibati Xətalar Məcəlləsinin: -43.1-ci maddəsinin müddəalarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsi ilə olan xətalara dair işlər rayon (şəhər) məhkəmələrində baxılır. -109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. -110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş 14 may 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 3(040)-139/2025 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1, 110.1 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Vəzifəli şəxs-"xxxx" MMC-nin direktoru Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş 14 may 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 3(040)-139/2025 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qüvvəyə minsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar