Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-141/2025 10.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, X2 barəsində qəbul edilmiş 27 may 2025-ci il tarixli EQ/28196148 saylı inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər baş polis idarəsinin Dövlət X10 (bundan sonra- Gəncə Şəhər Dövlət X10) tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli EQ/28196148 nömrəli elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Dövlət X10 tərəfindən 27 may 2025-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh tətbiq edilməsi barədə EQ/28196148 nömrəli elektron qərar qəbul edilmişdir. Qərarla razı deyildir. Belə ki, 27 may 2025-ci il tarixli EQ/28196148 nömrəli elektron qərarda avtomobilin nömrəsi **-DS- *** kimi qeyd edilmişdir- həmin dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobil onun dayısı X5 məxsusdur, 27 may 2025-ci il tarixdə həmin avtomobili Gəncə şəhəri ərazisində dayısının dostu X6 idarə etmiş, sərnişin qismində dayısı Rəsul Hüseynov (avtomobilin mülkiyyətçi) əyləşmişdir. O, 27 may 2025-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “BYD Destroyer 05 PLUG-İN Hibrid” markalı avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul idi. Mübahisəli elektron qərarın onun barəsində tərtib edilməsinə səbəb- “**-DS- ***” dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobili idarə etmək üçün verilən sonuncu etibarnamənin onun adına olmasıdır. Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs)- X3 10 iyul 2025-ci il tarixdə məhkəmənin dəftərxanasına ərizə təqdim edərək Gəncə Şəhər Dövlət X10 tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli EQ/28196148 nömrəli elektron qərardan verdiyi şikayətdən imtina etdiyini bildirmiş, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, İnzibati Xətalar Məcəlləsində inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması ilə bağlı müddəalar əks olunmasa da, qanunvericiliyin analogiya qaydasında tətbiqi yolu ilə şikayətin geri qaytarılması barədə şikayətçinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəllə) 390.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Cinayət Prosessual Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi və şikayət vermək qaydası göstərilsə də, şikayət vermiş şəxsin öz şikayətindən imtina etdiyi halda hansı prosessual hərəkətin edilməsi ilə bağlı müddəa yoxdur. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Cinayət Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina edilməsinin nəticələrini tənizmləyən 391.11-ci maddəsinin analogiya üzrə hazırkı məsələyə tətbiqini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, 27 may 2025-ci il tarixli EQ/28196148 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsində baxılmasına xitam verilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 27 may 2025-ci il tarixli EQ/28196148 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-141/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-141/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver