Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-152/2023 11.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Azərbaycan Respublikasının Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işləməyən, Kəlbəcər rayonunun Mollabayramlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Gəncə şəhəri Gülüstan qəs. ADAU-6 ətrafında məskunlaşan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 11 sentyabr 2023-cü il tarixli “MN № 1679574” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 10 sentyabr 2023-cü il tarixdə Kəlbəcər Rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportdan görünür ki, raport verən Mahmud Qasımzadə 10 sentyabr 2023-cü il tarixdə Kəlbəcər rayonu ərazisində Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri polis serjantı X11, PPXB-nin polis nəfəri polis serjantı X8 və PPXB-nin polis nəfəri polis baş serjantı X3 ilə xidmətdə olarkən rayon mərkəzində tanımadıqları iki nəfərin yüksək səs tonu ilə danışaraq mübahisə etdiklərini görüb onlara yaxınlaşıb özlərini təqdim edərkən adı sonradan ona məlum olan mübahisə edənlərdən biri, yəni Şəxs aqressiv şəkildə polis əməkdaşlarının, ümumilikdə daxili işlər orqanları əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Vətəndaşa polisin qanuni tələbləini dəfələrlə izah edib onu səkitləşdirməyə çalışsalar da, həmin şəxs (Şəxs) öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra vətəndaş Şəxs onlar (polis əməkdaşları) tərəfindən rayon polis şöbəsinə gətirilmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti əməkdaşa göstəriş verməsini Kəlbəcər Rayon Polis Şöbəsinin rəisindən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 10 sentyabr 2023-cü il tarixdə təxminən saat 22:00 radələrində Kəlbəcər rayon ərazisində digər şəxslərlə mübahisə etdiyi zaman ona yaxınlaşan və sakitləşməyə dəvət edən Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə əməl etməmiş, Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşları X11, X8, X3 və X2 yanlarında ünvansız küçə söyüşləri söyərək qəsdən polisin iş rejimini pozmuşdur. Bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Bundan sonra Şəxs polis məntəqəsinə gətirilib barəsində müvafiq protokol tərtib edilmişdir. O, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs olaraq, tərtib edilmiş 11 sentyabr 2023-cü il tarixli “MN № 1679574” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, Kəlbəcər rayonu ərazisində fərdi əməklə məşğul olur. 10 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Kəlbəcər rayonu ərazisində su almağa gedən zaman, tanışının başqa bir şəxslərlə mübahisə etdiyini görmüş, onlara yaxınlaşıb aralamaq istəyəndə tanımadığı bir şəxs onu söyərək vurmuş və aralarında səsküylü mübahisə olmuşdur. Daha sonra, onlara Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları yaxınlaşaraq sakitləşməyə dəvət etdikdə, o, nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə əməl etməmişdir. Həmin vaxt, o, az miqdarda spirtli içki qəbul etmişdir. Polis əməkdaşları mülki geyimdə olduqlarından onların polis olduğunu bilməmiş və anlaşılmazlıqdan polisi də söymüşdür. Hazırda, o, polisin qanuni tələbinə tabe olmamasına və polislə kobud davranmasına peşmandır. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda özünü təqsirli bilir və baş vermiş hadisəyə görə polis əməkdaşlarından üzr istəmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən Kəlbəcər Rayon Polis Şöbəsinin Cinayət- axtarış bölməsinin rəisi, polis baş leytenantı X5 izahatında bildirmişdir ki, 10 sentyabr 2023-cü il tarixdə Kəlbəcər rayonu ərazisində Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri polis serjantı X11, PPXB-nin polis nəfəri polis serjantı X8 və PPXB-nin polis nəfəri polis baş serjantı X3 ilə xidmətdə olarkən Kəlbəcər şəhərində Bayraq Meydanına yaxın ərazidə tanımadıqları iki nəfərin yüksək səs tonu ilə danışaraq mübahisə etdiklərini görüb onlara yaxınlaşıb özlərini təqdim edərkən adı sonradan ona məlum olan mübahisə edənlərdən biri, yəni Şəxs aqressiv şəkildə polis əməkdaşlarının, ümumilikdə daxili işlər orqanları əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Vətəndaşa polisin qanuni tələbləini dəfələrlə izah edib onu səkitləşdirməyə çalışsalar da, həmin şəxs (Şəxs) öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmmışdır. Daha sonra vətəndaş Şəxs onlar (polis əməkdaşları) tərəfindən rayon polis şöbəsinə gətirilmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti əməkdaşa göstəriş verməsini Kəlbəcər Rayon Polis Şöbəsinin rəisindən xahiş etmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən Kəlbəcər Rayon Polis Şöbəsinin Post- patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X11 digər şahid- polis əməkdaşı Mahmud Qasımzadə ilə eyni məzmunlu izahat verərək raportda yazılan xüsusatları təsdiq etmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən Kəlbəcər Rayon Polis Şöbəsinin Post- patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X8 digər şahid- polis əməkdaşı Mahmud Qasımzadə ilə eyni məzmunlu izahat verərək raportda yazılan xüsusatları təsdiq etmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən Kəlbəcər Rayon Polis Şöbəsinin Post- patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X3 digər şahid- polis əməkdaşı Mahmud Qasımzadə ilə eyni məzmunlu izahat verərək raportda yazılan xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; qanunu bilməmək məsuliyyətdən azad etmir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: -3-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. -7-ci maddəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 75.0.-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallarımüəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 10 sentyabr 2023-cü il tarixdə Kəlbəcər rayonunda digər şəxslərlə mübahisə edən zaman ona yaxnlaşan və sakitləşməyə dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmaqdan imtina etmiş, ünvansız nalayiq ifadələr işdərək ictimai qaydanı mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi özünün etirafedici izahatı, şahid izahatları və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- törətdiyi əməldən səmimi peşman olmasıdır, məsuliyyəti ağırlaşdıran hal- yoxdur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, iş üzrə bir məsuliyyəti yüngülləşdirən halın müəyyən edildiyini, məsuliyyəti ağırlaşdıran halın mövcud olmamadığını, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbehin 10 (on) gün müddətində tətbiq edilməsini qanuni və ədalətli hesab edir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan, inzibati həbs tənbehinin tətbiqinə imkan verməyən hallar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 11 sentyabr 2023-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası səlahiyyətləri daxilində Kəlbəcər Rayon Polis Şöbəsi və Göygöl Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-152/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-152/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver