Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-154/2024 11.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X4 (13 aprel 2000-ci il tarixdə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: “77RLAVD”, Kəlbəcər rayonunun Günəşli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla faktiki olaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında məcburi köçkün qismində məskunlaşan) iştirakı ilə, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs- Naftalan Şəhər X12 X13nin yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 iştirakı olmadan, X4 barəsində qəbul edilmiş 20 avqust 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək həmin inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair X6 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Naftalan şəhəri X12 X13nin yol-patrul xidməti inspektoru tərəfindən onun barəsində qəbul edilmiş 20 avqust 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi, həmçinin barəsində olan həmin inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan "Mercedes Benz C 240" markalı **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 20 avqust 2024-cü il tarixdə saat 20:26 radələrində Naftalan şəhəri ərazisində idarə edərkən Naftalan Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşı tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və qeyd olunan həmin inzibati xəta haqqında protokol əsasında 20 avqust 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 150 (yüz əlli) manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas kimi onun tərəfindən əlavə avadanlıq kimi led işıqlarının quraşdırılması göstərilmişdir. Yol polisi əməkdaşı tərəfindən saxlanılarkən o bildirmişdir ki, qeyd olunan led işıq avtomobildə zavod tərəfindən quraşdırılıb və bu, avtomobilin motorxanasında işıq fanarlarının arxa hissəsində qeyd olunub, o, avtomobildə heç bir konstriksiya dəyişikliyi etməmiş, nə varsa hamısı zavod üsulu ilə quraşdırılmışdır. Buna baxmayaraq, yol-patrul xidməti inspektoru tərəfindən qərəzli olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokol əsasında 150 (yüz əlli) manat məbləğində cərimə olunmuşdur. Onu da qeyd edir ki, hazırda həmin led işıqlar avtomobilin üzərindədir, həmin işıqlar zavod üsulu ilə quraşdırıldığından başqa işıqlar quraşdırmaq olmur; başqa lampa qoyulsa da, işləmir. Məhkəmə icraatı: Şikayət məhkəməyə 23 avqust 2024-cü il tarixdə daxil olmuş, şikayət üzrə məhkəmə baxışı iclası 02 sentyabr 2024-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 11 sentyabr 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın- Naftalan Şəhər Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Naftalan Şəhər Polis Şöbəsi tərəfindən 09 sentyabr 2024-cü il tarixdə məhkəməyə göndərilmiş məktubda qeyd edilmişdir ki, xidməti zərurətlə əlaqədar əməkdaşlarının iştirakı mümkün deyil. Maddi sübut olaraq məktubla X6 barəsində tərtib olunmuş 20 avqust 2024-cü il tarixli İXP6494298 saylı protokol və video görüntü təqdim edilmişdir. Məhkəmə Naftalan şəhəri X12 X13 Yol patrul xidmətinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs)- X6 məhkəmə iclasında şikayəti müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: Naftalan Şəhər X12 X13nin yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib edilmiş 20 avqust 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, X6 20 avqust 2024-cü il tarixdə saat 20:26-da Naftalan şəhərində "Mercedes Benz C 240" minik markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan: Naftalan Şəhər Dövlət X11 yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 20 avqust 2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbehvermə haqqında” qərardan görünür ki, X2 Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğdə cərimə edilmişdir. İş materiallarında olan audio-videoyazıların tədqiqi: Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan 3(040)-154/2024 saylı inzibati xəta haqqında iş üzrə inzibati tənbeh vermə haqqında qərar (xx.xx.2024, № TP 6697436) qəbul etmiş səlahiyyətli vəzifəli şəxsin xidmət keçdiyi orqan-Naftalan Şəhər Polis İdarəsinin rəisi polis polkovniki Zaur Bədəlovun imzası ilə Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 02 sentyabr 2024-cü il tarixli 3-13-99/2-4607/2024 nömrəli məktuba əlavə edilmiş 1(bir) ədəd metal korpuslu elektron daşıyıcıya (fleşə) məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tədqiq edilən elektron daşıyıcıya 40 saniyəlik, 8251 kilobaytlıq bir audio-video material (VİD-20240902-WA0006) yüklənmişdir. Audi-video materialdan görünür ki, yol-patrul xidməti əməkdaşı avtomobildə əyləşmiş sürücüyə (audio-video materialda sürücünün adı çəkilmir) yaxınlaşır və xüsusi qurğu quraşdırılmayan qabaq sərnişin oturacağında azyaşlı uşağın əyləşdirilməsinə görə sürücüyə öz iradını bildirir, sürücü cavabında tələsdiyindən belə alındığını bildirir. Videogörüntüdə xüsusi qurğu quraşdırılmayan qabaq sərnişin oturacağında bir nəfər azyaşlı uşağın tək əyləşdiyi görünür. Məhkəmə videomaterialda əks olunmuş sürücünün şəxsiyyətini müəyyən edə bilmir. Audi-video materialda sürücüyə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş xəta (normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi) ilə bağlı iradlar və bununla bağlı digər məlumatlar səsləndirilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Naftalan Şəhər Polis Şöbəsinin Kəlbəcər Rayon Məhkəməsinə 02 sentyabr 2024-cü il tarixli 3-13-99/2-4607/2024 nömrəli məktuba əlavə olaraq göndərdiyi elektron materialın hazırki işə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının: -60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. -125-ci maddəsinin Vİİ hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. -129-cu maddəsinin İİİ hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12.1-ci maddəsinə görə, bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0-cı maddəsinə əsasən, inzibati xətalar haqqında işlərin icraatı üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 385.0.3. inzibati xəta törətməkdəşəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -76.3-cü maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. -80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. -80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. -84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə - yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması nəticəsində: X4 20 avqust 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi öz təsdiqini tapmamışdır. İnzibati orqan X4 avtomobilinə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasını və ya dəyişdirilməsi faktını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddələrindən görünür ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X4 barəsində 20 avqust 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 20 avqust 2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbehvermə haqqında” qərar qanunsuz və əsasız olduğundan ləğv edilməli, X4 İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında hazırki işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən avtomobilə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi inzibati xəta tərkibi yaradır. X14 tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxılarkən X6 tərəfindən belə bir xətanın törətməsi yəni avtomobilində normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması faktı öz təsdiqini tapmır. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Beləliklə, məhkəmə icraatı zamanı X4 342.2.2-ci maddəsi ilə inzibati xəta törətməsi sübuta yetirilmədiyindən, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1,134.1.3 və 135.1.5-1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 şikayəti təmin edilsin. X4 barəsində tərtib edilmiş 20 avqust 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 20 avqust 2024-cü il tarixli “TP 6697436” nömrəli inzibati tənbehvermə haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilsin. X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə olan inzibati xəta haqqında hazırki işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- inzbati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-154/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-154/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver