Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-157/2024 11.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs (20 avqust 1978-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla faktiki olaraq Gəncə şəhəri Yeni qəsəbə-1500, küçə 15 ev 304-də məskunlaşan, tam orta təhsilli, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil istismar departamentinin Gəncə mənzil-kommunal istismar sahəsində dalandar vəzifəsində işləyən) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə baxaraq, müəyyənetdi: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirləndirilməsi ilə bağlı 11 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə təqdim edilmişdir. 11 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs 05 avqust 2024-cü il tarixdə Gəncə şəhəri “Yeni qəsəbə” ərazisində Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş orqan-Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsi- İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X5 məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs ilə Zərərçəkmiş şəxs 05 avqust 2024-cü il tarixdə şəxsi münasibətlər zəminində Gəncə şəhəri Yeni qəsəbə-600 ərazisində yerləşən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Gəncə mənzil-kommunal istismar sahəsinin inzibati binası daxilində dalaşmış, həmin mübahisə zamanı o cümlədən Şəxs Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 06 sentyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhllükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır-bununla bağlı onun tərəfindən Şəxs barəsində 11 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, yuxarıda qeyd olunan inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs olaraq həmin protokolu qanuni və əsaslı hesab edir. Əlavə olaraq bildirir ki, Şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilməsinə etiraz etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs məhkəmə iclasında verdiyi izahatında İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini etiraf edərək Zərərçəkmiş şəxs ilə barışdığına görə, barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə baxılan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 05 avqust 2024-cü il tarixdə şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Şəxs onu döyərək sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Hazırda Şəxs ilə barışmış və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması cinayət tərkibinin olmaması əsası ilə rədd edilmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, Şəxs ilə Zərərçəkmiş şəxs 05 avqust 2024-cü il tarixdə şəxsi münasibətlər zəminində Gəncə MKİS daxilində aralarında baş vermiş münaqişə zamanı bir-birilərini döyərək sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş və onların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmələri sübuta yetirilmişdir. Onlar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətalar üzrə inzibati icraat açılması məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən (inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə) xitam verilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs 05 avqust 2024-cü il tarixdə Gəncə MKİS daxilində aralarında baş vermiş münaqişə zamanı döyməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapsa da, inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məhkəmədə baxılan inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən (inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə) xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.2,115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9cu maddəsinə əsasən-inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-157/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-157/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver