Məhkəmə qərarları › İş №3(040)-158/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-158/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-158/2023 04.10.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, xx xxxx 1994-cü ildə Azərbaycan Respublikasının Bərdə rayonunun Mollagüllər kəndində doğulmuş, Azərbaycan Рespublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta ixtisas təhsilli, "xxxx" ASC-nin 7 nömrəli regional sukanal idarəsinin Kəlbəcər sukanal idarəsində maşinist vəzifəsində işləyən, Kəlbəcər rayonunda yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, “ADAU-6 ətrafında” məskunlaşan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış digər materiallar baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala daxil edilmiş, Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 04 oktyabr 2023-cü il tarixli “MN № 1423001” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 04 oktyabr 2023-cü il tarixdə Gəncə şəhərindəki “Yeni qəsəbə” ərazisində yerləşən polis şöbəsində polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Materiala daxil edilmiş, Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Rüstəm Rüstəmli tərəfindən 04 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, Kəlbəcər rayon sakini, hazırda Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında yaşayan Şəxs 24 avqust 2023-cü il tarixdə saat 01:40-da DİN-nin “102” xidmətinə zəng edərək, qəsəbə ərazisindəki məktəbin yaxınlığında münaqişə olması və həmin münaqişədə döyülməsi barədə məlumat vermiş, həmin müraciət əsasında aparılmış araşdırma zamanı X6 barəsində cinayət işinin başlanması cinayət hadisəsinin olmaması əsası ilə rədd edilmişdir. Qeyd edilən materialla bağlı 04 oktyabr 2023-cü il tarixdə saat 09:10-da rayon polis şöbəsində onun (təhqiqatçısı Rüstəm Rüstəmlinin-hakimin qeydi) xidməti otağına daxil olan Şəxs onun qəbul etdiyi qərarın (Anar Məmişovun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın-hakimin qeydi) qanunsuz olduğunu deyərək, cinayət işi başlamadığına görə onu hədələməyə başlamış, ünvansız nalayiq ifadələr etmiş, yüksək səslə qışqıraraq polisin normal iş fəaliyyətini pozmuş, qanuni şəkildə müraciət etməkdən imtina etmiş, bu zaman, o, Şəxs, qanunsuz əməllərə son qoymasını xahiş və tələb etmiş, Şəxs polisin qanuni tələbinə tabe olmağa dəvət etmiş, Şəxs isə buna məhəl qoymayaraq öz hərəkətlərini aqressiv formada, nalayiq formada davam etdirib onun qanuni tələbinə yenə də məhəl qoymamış və işin ümumi gedişatına maneçilik törətmişdir. Hadisə zamanı Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları-İstintaq qrupunun müstəntiqi polis baş leytenantı Əjdər Əmirov, polis sahə rəisləri İbrahim İbrahimov, Eldəniz Nəcəfli, Təşkiati-inspekstor qrupunun baş inspektoru Kənan Kərimov, Post-patrul xidməti bölüyünün polis nəfəri polis serjantı Bahadur Əliyev, Sənan Şahverdiyev və Nəsimi Valehov hadisəyə şahidlik etmişlər. Odur ki, vətəndaş Şəxs etmiş olduğu hərəkətlərə görə onun barəsində qanunamüvafıq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş edir. Materiala daxil edilmiş, Kəlbəcər Rayon Polis Şöbəsinin Təşkilati-inspektor qrupunun baş inspektoru Kənan Kərimov tərəfindən 04 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, o, 04 oktyabr 2023-cü il tarixdə Gəncə şəhərinin “Yeni qəsəbə” ərazisində yerləşən xidməti otağında xidmətdə olan zaman binanın dəhlizində bir nəfər şəxsin səs-küy saldığını eşitmiş, xidməti otağında çıxanda adı sonradan ona məlum olan Şəxs adlı şəxsin ünvansız küçə söyüşlərindən istifadə etməklə Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı Rüstəm Rüstəmli ilə mübahisə etdiyini görmüşdür. Bu zaman, o, Şəxs sakitləşdirmək məqsədi ilə xidməti otağına dəvət etdikdə, Şəxs ona “sən kimsən, məni sakitləşdirirsən” deyərək onun və xidməti otaqda olan digər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsinə göstəriş verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X7 məhkəmə iclasında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 04 oktyabr 2023-cü il tarixdə saat 09:10-da Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərinin Yeni Qəsəbə-1500 ərazisində yerləşən inzibati binasında Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Rüstəm Rüstəmlinin xidməti otağına daxil olaraq X8nin 23 sentyabr 2023-cü il tarixdə qəbul etdiyi “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın qanunsuz olduğunu deyərək, X10 barəsində cinayət işi başlamadığına görə Rüstəm Rüstəmlini hədələməyə başlamış və ünvansız nalayiq ifadələr etmiş, yüksək səslə qışqıraraq polisin normal iş fəaliyyətini pozmuş, pozulduğunu bildirdiyi hüquqlarının müdafiəsi üçün qanuni şəkildə müraciət etməkdən imtina etmiş, bu zaman X8 vətəndaş Şəxs etdiyi qanunsuz əməllərə son qoymağı xahiş və tələb etmiş, Şəxs polisin qanuni tələbinə tabe olmağa dəvət etmişdir. Vətəndaş Şəxs isə buna məhəl qoymayaraq öz hərəkətlərini aqressiv və nalayiq formada davam etdirib polisin qanuni tələbinə yenə də məhəl qoymamış və Kəlbəcər Rayon Polis Şöbəsinin inzibati binasında iş rejiminin ümumi gedişatına maneçilik törətmişdir. Bununla da ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Tərtib edmiş olduğu 04 oktyabr 2023-cü il tarixli “MN № 1423001” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs Eldəniz Nəcəfli əlavə olaraq onu da bildirmişdir ki, Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhəri, Yeni qəsəbə-1500 ərazisində yerləşən inzibati binasında iki ədəd (girişdə və koridorda) videokamera olsa da, həmin kameralar işlək vəziyyətdə deyildir və görüntüləri qeydə almır, ona görə iş materiallarında olan sübutlar əsasında işə baxılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, orta ixtisas təhsilli hüquqşünasdır, "xxxx" ASC-nin 7 nömrəli regional sukanal idarəsinin Kəlbəcər sukanal idarəsində maşinist vəzifəsində işləyir və öz əmək funksiyasını Gəncə şəhərində məcburi köçkünlər üçün inşa olunmuş “Yeni qəsəbə-1500” ərazisində sutkanın müxtəlif vaxtlarında olan növbəli rejimlə icra edir. 24 avqust 2023-cü il tarixdə iş növbəsi vaxtı gecə saat 01:30 radələrində qəsəbə sakini X10 onun sol göz nahiyəsinə əli ilə zərbə vurmuş, o da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102- zəng xidməti”nə zəng edib hadisə barədə məlumat vermiş və bununla bağlı bağlı Kəlbəcər Rayon Polis Şöbəsindən ona bildirmişlər ki, onun şikayətinə 1 (bir) ay ərzində cavab veriləcəkdir. O, bundan sonra da bir neçə dəfə Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı Rüstəm Rüstəmli ilə əlaqə saxlasa da, X8 hər dəfə ona araşdırmanın davam etdiyini və nəticəsi barədə ona mütləq rəsmi qaydada məlumat veriləcəyini bildirmiş, lakin 04 oktyabr 2023-cü il tarixədək ona bu barədə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Onun şikayəti ilə bağlı araşdırmanın nəticələri barədə məlumat əldə etmək üçün 04 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərinin “Yeni qəsəbə-1500” ərazisində yerləşən inzibati binasında xidmət keçən X8nin yanına getmiş və şikayətinin nəticəsini soruşmuşdur. X1 davranışla bildirmişdir ki, onun şikayəti üzrə cinayət işinin başlanılmasını rədd edib, materialı aidiyyəti üzrə Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərmişdir; əlavə məlumat verməmişdir. O, isə polis əməkdaşına bildirmişdir ki, onun şikayəti əsasında qəbul edilmiş qərarın surəti ona göndərilməmişdir, etdiyi şikayətlə bağlı işin axırına qədər gedəcəkdir. Bu zaman Rüstəm Rüstəmli qərarın surətini ona verməkdən imtina etmiş və o, buna görə öz etirazını bildirəndə Kəlbəcər Rayon Polis Şöbəsinin bir neçə polis əməkdaşı onu söyüb-təhqir etmiş, polis əməkdaşları Rüstəm Rüstəmli və Kənan Kərimov isə onu döymüşlər. O, polis əməkdaşını təhqir etməmiş və polisin qanuni tələblərinə tabesizlik göstərməmiş, həmçinin heçbir nalayiq ifadələr işlətməmişdir. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda və iş materiallarında onun barəsində qeyd edilənlər əsassızdır. Polis Şöbəsində videokameralar var, əgər onun hər hansı qanunsuz hərəkətləri varsa, polis bunu sübut etsin. Polisin məhkəməyə təqdim etdiyi şahidlərin də hamısı polis əməkdaşlarıdırlar. Sonradan ona məlum olmuşdur ki, onun Anar Məmişovdan şikayəti ilə bağlı X8 hələ 23 sentyabr 2023-cü il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul etmiş, eyni zamanda həmin qərarda Anar Məmişovun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta araşdırmasının həyata keçirilməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi öz əksini tapmışdır. Həmin qərarda qərarın surətinin ona da göndərilməsi öz əksini tapsa da, o, hal-hazıradək həmin qərarı görməmişdir. Ona qarşı olan bu haqsızlığı qəbul etmir. Məhkəmədən, onun tərəfindən inzibati xəta hadisəsi törədilməməsi əsası ilə hazırki iş üzrə icraata xitam verilməsini xahiş edir. Şahid qismində məhkəmədə izahat verən Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X5 izahat verərək Şəxs barəsində 04 oktyabr 2023cü il tarixdə tərtib etdiyi raportda yazılanları təsdiq etdiyini bildirmiş və eyni məzmunda izahat vermişdir. Polis şöbəsində Şəxsla hər kəsin normal davrandığını bildirmişdir. Şahid qismində məhkəmədə izahat verən Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X4 izahatında bildirmişdir ki, Şəxs 04 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən inzibati binasına gələrək ucadan səs-küy salmış, polis əməkdaşı X17 Məmişovu öz otağına dəvət etsə də, gəlməkdən imtina etmiş, polis əməkdaşlarını təhqir və təhdid etmişdir. Polis şöbəsində Şəxsla hər kəsin normal davrandığını bildirmişdir. Şahid qismində məhkəmədə izahat verən Kəlbəcər Rayon Polis Şöbəsinin Təşkilatiinspektor qrupunun baş inspektoru, polis mayoru X11 izahat verərək bildirmişdir ki, Şəxs 04 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən inzibati binasına gələrək əsassız olaraq ucadan səs-küy salmış və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, ünvansız nalayiq ifadələr işlətmişdir. Polis şöbəsində Şəxsla hər kəsin normal davrandığını bildirmişdir. Şahid qismində məhkəmədə izahat verən Kəlbəcər Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyü polis nəfəri-sürücü X13 izahatında bildirmişdir ki, Şəxs 04 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən inzibati binasına gələrək telefonunu təqdim edib içəri keçmişdir. Təxminən 10 dəqiqə sonra Şəxs polis şöbəsində ucadan səs-küy salmış və polis əməkdaşlarını təhqir etmiş, ünvansız nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 23 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsindən görünür ki, X6 Şəxs 24 avqust 2023-cü il tarixdə saat 01 radələrində sol gözün hər iki göz qapaqlarının qançırı kimi kimi sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsi ilə bağlı Anar Yusifovun əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə X6 barəsində cinayət işinin başlanılmasının cinayət tərkibinin olmaması əsası ilə rədd edilməsi, X6 24 avqust 2023-cü il tarixdə saat 01 radələrində yaşadığı “Yeni qəsəbə-1500” ərazisində yerləşən 7 nömrəli binanın yaxınlığında tanışı Şəxs sol gözün hər iki göz qapaqlarının qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirərək onu qəsdən döyməklə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması, həmçinin tərəflərlə profilaktiki söhbətlərin aparılması, gələcəkdə baş verə biləcək neqativ nəticələrin vaxtında qarşısının alınması məqsədilə qəbul edilmiş qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi, həmçinin qəbul edilmiş qərarın surətinin Şəxs göndərilməsi və ona qəbul edilmiş qərardan narazı olduğu halda Kəlbəcər Rayon Prokurorluğuna və ya məhkəmə nəzarətini həyata keçirən Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmək hüququna malik olması izah olunması zəruri şərt kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. -3.0.5-ci maddəsindən görünür ki, şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. -4.0-cı maddəsinə əsasən, vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri aşağıdakılardır: 4.0.1. qanunçuluq; 4.0.2. vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması; 4.0.3. müraciətlərə dair tələblərin vahidliyi; 4.0.4. fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması; 4.0.5. müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi; 4.0.6. müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi; 4.0.7. vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması. -5.1 və 5.2-ci maddələrindən görünür ki, Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir; bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. -7.5-ci maddəsindən görünür ki, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir, bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -75.0.-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. -53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilən izahatlardan Şəxs 04 oktyabr 2023-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən inzibati binasında polisin hər hansı qanuni tələbinə tabe olmaması halı mötəbər sübutlarla təsdiq olunmamışdır. İnzibati xəta haqqında icraatı başlamış orqan məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini təsdiq edən mötəbər sübutları, o cümlədən video-audio yazılar təqdim etməmişdir; Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının xidməti fəaliyyətləri ilə bağlı maraqları hazırki inzibati xəta haqqında işdə aşkar olduğundan, məhkəmə polis əməkdaşlarının hazırki inzibati xəta haqqında iş üzrə izahatlarını mötəbər sübut kimi qəbul etməmişdir. Kəlbəcər Rayon Polis Şöbəsi özünün inzibati binasında baş verdiyi bildirilən inzibati xəta hadisəsinin görüntülərini və audioyazıları əks etdirən video-audioyazıları məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Hər bir şəxs, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət orqanına müraciət etmək və müraciətinin nəticəsi barədə məlumat almaq hüququna malikdir. Beləliklə, məhkəmə icraatı zamanı Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması əməli sübuta yetirilmədiyindən, Şəxs barəsində aparılan inzibati xəta haqqında hazırki iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında hazırki işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-inzibati xəta əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar