Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-160/2023 30.10.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, X2 barəsində qəbul edilmiş 30 sentyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X5 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin vəzifəli şəxsi tərəfindən onun barəsində qəbul edilmiş 30 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “VAZ 21214 minik” Niva markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil atası X3 mülkiyyətindədir, avtomobili etibarnamə əsasında o idarə edir. 31 avqust 2023-cü il tarixdə saat 11:00 radələrində, Daşkəsən rayonun Quytul kəndindən yuxarıda göstərilən avtomobili satmaq üçün Gəncə şəhərində avtomobillərin satışı bazarına aparan zaman Daşkəsən-Gəncə avtomobil yolunda Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları heç bir yol hərəkəti qaydasını pozmasa da ona dayanma nişanı vermiş, o, avtomobili dayandırmış, polislər avtomobilə qanunsuz baxış keçirmişlər, o, onlara etiraz etmiş, belə olan halda polis əməkdaşı ondan tələb etmişdir ki, aparata üfürsün, o üfürmüşdür. Polis ona demişdir ki, spirtli içki qəbul edib. O, spirtli içkini anadan olandan içmədiyini bildirmişdir. Polis heç bir obyektiv araşdırma aparmadan qanunsuz olaraq ona 400 manat cərimə olunması ilə bağlı qərar vermişdir. Daşkəsən Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarının onun barəsində tətbiq etdikləri inzibati protokol həqiqəti özündə əks etdirmir. Bu səbəbdən də ləğv edilməlidir. Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X5 27 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, cəriməni ödədiyini, hazırki şikayətdən imtina etdiyini bildirərək, şikayətə baxılmasına xitam verilməsi, şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması halları əks olunmasa da, şikayətçinin xahişi (şikayətin geri qaytarılması) təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi və şikayət vermək qaydası göstərilsə də, şikayət vermiş şəxsin öz şikayətindən imtina etdiyi halda hansı prosessual hərəkətin edilməsi ilə bağlı müddəa yoxdur. Buna görə də məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina edilməsinin nəticələrini tənzimləyən 391.11-ci maddəsinin analogiya üzrə hazırkı məsələyə tətbiqini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, 30 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilməli və şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 30 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin və şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-160/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-160/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver