Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-164/2023 24.10.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X1 iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qazıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, ali təhsilli, işləməyən, Kəlbəcər rayonu Qazıxanlı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri 4 nömrəli uşaq bağçasının binasında məskunlaşan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə Kəlbəcər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialа Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 24 oktyabr 2023-cü il tarixli “MN № 1423016” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 24 oktyabr 2023-cü il tarixdə qanunsuz yolla Kəlbəcər rayonu ərazisinə keçmiş və polis əməkdaşlarının geri qayıtmaqla bağlı qanuni tələblərinə əməl etməmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis mayoru Qoşqar Əmrahov tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, 24 oktyabr 2023-cü il tarixdə saat 13:20 radələrində Kəlbəcər rayonunun Həsənriz kəndində xidmət aparan Şəmkir Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Emil Quliyev telefonla məlumat verərək 2 (iki) nəfər şəxsin- sonradan adları ona məlum olan Kəlbəcər rayonunun Qazxanlı kənd sakini Şəxs digər şəxslə (digər şəxsin adı raportda göstərilmişdir-hakimin qeydi) birlikdə işğaldan azad olunmuş ərazilərə xüsusi icazələri olmadan daxil olduqları barədə məlumat vermişdir. Emil Quliyev əlavə etmişdir ki, yuxarıda adları qeyd olunan şəxslərə izah etməyə çalışmışdır ki, onların hərəkətləri qanunsuzdur. Lakin Şəxs və digər həmin şəxs (digər şəxsin adı raportda göstərilmişdir-hakimin qeydi) onun (polisin) qanuni tələblərinə məhəl qoymayaraq özlərinə haqq qazandırmağa çalışaraq kobud davranışlara yol vermişlər. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs digər şəxslə birlikdə 24 oktyabr 2023-cü il tarixdə xüsusi icazə olmadan Kəlbəcər rayonu ərazisinə keçmiş və orada ictimai qaydanı mühafizə vəzifələrini həyata keçirən polisin qanuni tələbinə tabe olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanının 1-ci və 2-ci bəndlərində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması, müvafiq ərazilərin müvəqqəti komendantlarının təyin edilməsi və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi, 8-ci bəndində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi tapşırılmışdır. Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixdə işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının daxili işlər nazirinin 02 dekabr 2020-ci il tarixli əmri ilə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Kəlbəcər rayonuna komendant təyin edilmişdir. Kəlbəcər rayonunun komendantı 02 dekabr 2020-ci il tarixdən Kəlbəcər rayonu ərazisinə giriş-çıxışın xüsusi rejiminə nəzarət edir. Şəxs 24 oktyabr 2023-cü il tarixdə qanunsuz yolla, yəni, bunun üçün xüsusi icazə alınmalı olduğu halda belə icazəni almadan Kəlbəcər rayonu ərazisinə getmiş, 24 oktyabr 2023-cü il tarixdə ərazidə xidmətdə olan Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılarkən mühafizə olunan əraziyə icazəsiz daxil olduğu aşkar edilmiş, belə olan halda polis əməkdaşları tərəfindən həmin şəxsə ərazini tərk etməsi barədə xəbərdarlıq edilmiş, buna baxmayaraq, Şəxs ərazini tərk etməkdən imtina etmiş, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, qanunsuz hərəkətlərini davam etdirmişdir. Bununla da Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Tərtib edilmiş 24 oktyabr 2023-cü il tarixli “MN № 1423016” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli şəxs- X2 əlavə olaraq onu da bildirmişdir ki, aşkar edilmiş inzibati xəta hadisəsi barədə şahid qismində izahat verə biləcək polis əməkdaşları hal-hazırda Kəlbəcər rayonu ərazisində xidmətdə olduqlarından, hazırki halda həmin şahidlərin məhkəməyə dəvət edilməsi mümkün deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə bunun üçün xüsusi icazə alınması tələb olunduğu halda belə icazə olmadan (xüsusi icazəsinin vaxtı bitdikdən sonra) Kəlbəcər rayonu ərazisinə getmiş, Kəlbəcər rayonu ərazisində xidmətdə olan Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq sənədləri yoxlanılarkən mühafizə olunan əraziyə icazəsiz daxil olduğu aşkar edilmiş, belə olan halda polis əməkdaşları ona ərazini tərk etməli olduğunu bildirdikdə o imtina edərək geri qayıtmaq istəmədiyini bildirmiş və buna görə polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Hazırda Kəlbəcər rayonu ərazisinə icazəsiz daxil olmasından və polsin qanuni tələbinə dərhal tabe olmamasından səmimi peşmandır, gələcəkdə bu cür nöqsanlara yol verməyəcək və polisin qanuni tələblərinə əməl edəcəkdir. Məhkəmədən, hazırda işsiz olduğunu nəzərə alaraq yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş edir (özünü təqsirli bilməsi barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). “İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 1-ci və 2-ci bəndlərində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması, müvafiq ərazilərin müvəqqəti komendantlarının təyin edilməsi və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi, 8-ci bəndində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 24 oktyabr 2023-cü il tarixdə bunun üçün xüsusi icazə alınması tələb edildiyi halda xüsusi icazə olmadan xüsusi girişçıxış rejimi olan əraziyə- Kəlbəcər rayonu ərazisinə özbaşına keçmiş, 24 oktyabr 2023-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları onu Kəlbəcər rayonu ərazisində saxlamış və geri qayıtmasını tələb etmiş, Şəxs isə ictimai qaydanı mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- törətdiyi əməldən səmimi peşman olmasıdır, iş üzrə məsuliyyəti ağırlaşdıran hal- yoxdur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinərərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-164/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-164/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver