Məhkəmə qərarları › İş №3(040)-165/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-165/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-165/2025 23.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan - Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsi - İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx xxx 1994-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, Goranboy rayon Rəhimli kənd məktəbində müəllim işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib olunmuş 23 iyun 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 12 may 2025-ci il tarixdə Gəncə şəhəri Yeni qəsəbə ərazisində bina 6, mənzil 3-də yaşayan Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs 12 may 2025-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı binanın qarşısında qonşusu Şəxs tərəfindən döyülməsi nəticəsində Zərərçəkmiş şəxs “oma, sağ said, sol yanaq nahiyələrinin qançırları, sol ayaq nahiyəsinin sıyrığı” kimi dərəcələri təyin edilməyən xəsarətlər alması təsdiq edilsə də, Şəxs əməlində cinayət tərkibi olmadığından, Şəxs barəsində cinayət işinin başlanılması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmiş, Şəxs Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasını törətdiyi sübuta yetirildiyindən, barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə hüquqi qiymət verilməsi üçün qəbul edilmiş qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan - Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsi - İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında 12 may 2025-ci il tarixdə münaqişə olmuş, Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Həmin faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından, qərarın surəti müvafiq tədbir görülməsi üçün Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də 23 iyun 2025-ci il tarixdə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib etmiş olduğu 23 iyun 2025-ci il tarixli “MN № 1964816” nömrəli inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, 12 may 2025-ci il tarixdə axşam saatlarında iki azyaşlı uşağını gəzdirmək üçün yaşadığı Gəncə şəhəri Yeni qəsəbə-1500 massivində 9 saylı binanın birinci mərtəbəsinə endikdə 3 saylı mənzilin sakini Zərərçəkmiş şəxs bəslədiyi itlər uşaqları qorxutmuş, bu səbəbdən o, itləri binanın girişindən çıxartdıqda Zərərçəkmiş şəxs ona irad bildirmişdir. Bundan sonra onlar arasında mübahisə yaranmış, Zərərçəkmiş şəxs nalayiq ifadələrlə onu təhqir etmiş, daha sonra Şərqiyyə onu əli ilə vurmaq istədikdə özünümüdafiə məqsədilə Şərqiyyəni itələmiş və Şərqiyyə yerə yıxılmışdır. O, Şərqiyyəni döyməmişdir. Şərqiyyəyə qarşı 12 may 2025-ci il tarixdə etdiyi hərəkətdən peşman deyil, belə ki, o, öz övladlarını Şərqiyyənin qanunsuz bəslədiyi xəstə itlərdən qorumaq üçün həmin hərəkəti etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onunla Şəxs arasında əvvəllər heç bir ədavət olmamışdır. O, küçə heyvanlarına qayğı göstərməyi sevir. Bu səbəbdən blokun qarşısındakı sahibsiz itlərə yemək verən zaman Şəxs arvadı və uşaqları ilə birgə oradan keçərkən onun itlərə yemək verməsinə öz iradını bildirmiş, onun ünvanına nalayiq ifadələr səsləndirmişdir. Onlar arasında mübahisə yaranmış, Ramil onun üz nahiyəsinə şillə vuraraq onu döymüş və o, həmin vaxt aldığı zərbədən yıxılmışdır. Əlavə olaraq qeyd edir ki, onun yem verdiyi həmin itlər Ramilin uşaqlarını qorxutmayıb və o, Ramilin ünvanına heç bir təhqiredici ifadə işlətməmişdir. Bu vaxtadək Ramil onunla barışığa cəhd etməmiş, ona görə də Ramildən şikayətçidir. Şahid qismində məhkəmə iclasında izahat verən Şahid1 izahatında bildirmişdir ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Gəncə şəhərindəki “Yeni qəsəbə-1500” adlanan yaşayış massivindəki 6 saylı çoxmənzilli binada məcburi köçkün qismində məskunlaşmışdır. Həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs. Həm də iş üzrə zərərçəkmiş şəxs sayılan Zərərçəkmiş şəxs onunla eyni binanın sakinidirlər. 12 may 2025-ci il tarixdə axşam saatlarında binanın həyətində qonşularla domino oynayarkən birdən yaxınlıqdan ucadan səs-küy gəlməyə başlamış, səs-küydən başa düşmüşdür ki, Ramillə Şərqiyənin arasında it davası gedir. O, mübahisə yerinə gəlib çatanda artıq mübahisə sakitləşmişdi və o, həmin mübahisə zamanı kiminsə döydüyünü və ya döyüldüyünü görməmişdir. Şahid qismində məhkəmə iclasında izahat verən Şahid2 (barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs qonşusu, Gəncə şəhərindəki “Yeni qəsəbə-1500” adlanan yaşayış massivində 6-cı binanın sakini) Şahid1 ilə eyni məzmunli izahat vermişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsindən görünür ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə- sağlamlığa ağır, az ağır və yüngül zərər vurmaya səbəb olmadıqda-inzibati xətadır, xətanı törədən şəxs üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətranı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs 12 may 2025-ci il tarixdə Gəncə şəhərindəki “Yeni qəsəbə-1500” adlanan yaşayış massivində Zərərçəkmiş şəxs fiziki ağrı yetirməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafedici izahatı (tərəflər arasında münaqişənin olması və münaqişə zamanı zərərçəkmiş şəxsi itələməsi etirafı hissəsində), zərərçəkmiş şəxsin izahatı, Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun 12 iyun 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, inzibati xəta haqqında protokol, və işin digər sənədləri ilə tam sübuta yetirilir. Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də X5 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməklə, barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: -32-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. -72-ci maddəsinin 2-ci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İnzibati Xətalar Məcəlləsinin: -9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş üzrə: İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında icraatı rədd edən hallar yoxdur. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar və İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətada məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin 400 (dörd yüz) manat miqdarda tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar