Məhkəmə qərarları › İş №3(040)-168/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-168/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-168/2024 14.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs) X2 iştirakı ilə, X2 barəsində qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli EQ 23375991 saylı inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 03 sentyabr 2024-cü il tarixli EQ 23375991 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində qəbul edilən 03 sentyabr 2024-cü il tarixli EQ 23375991 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar əsassızdır. Ona görə ki, həmin tarixdə o, sükan arxasında olmamışdır. Avtomobili qardaşı Şahid idarə etmiş və onun da sürücülük vəsiqəsi olmuşdur. Avtomobilin mülkiyyətçisi kimi o da həmin vaxt qardaşının yanında oturmuşdur. Radar cihazı video görüntülərdə sükan arxasında kimin əyləşdiyini araşdırmadan prosessual pozuntuya yol verərək qanunsuz şəkildə onun adına İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə 400 manat cərimə yazmışdır. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 03 sentyabr 2024-cü il tarixli EQ 23375991 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan narazıdır. Həmin protokol və qərar tam əsassız və qanunsuzdur, ləğv edilməlidir. Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs)- X3 14 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, barəsində tərtib edilmiş 03 sentyabr 2024-cü il tarixli EQ 23375991 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan verdiyi şikayətdən imtina etdiyini, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, İnzibati Xətalar Məcəlləsində inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması halları əks olunmasa da, şikayətin geri qaytarılması barədə şikayətçinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəllə) 390.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Cinayət Prosessual Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi və şikayət vermək qaydası göstərilsə də, şikayət vermiş şəxsin öz şikayətindən imtina etdiyi halda hansı prosessual hərəkətin edilməsi ilə bağlı müddəa yoxdur. Buna görə də məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Cinayət Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina edilməsinin nəticələrini tənizmləyən 391.11-ci maddəsinin analogiya üzrə hazırkı məsələyə tətbiqini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, 03 sentyabr 2024-cü il tarixli EQ 23375991 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsində baxılmasına xitam verilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 03 sentyabr 2024-cü il tarixli EQ 23375991 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin və şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar