Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-175/2024 03.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 529.3-cü maddəsi ilə Kəlbəcər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kəlbəcər Rayon Məhkəməsinin binasında baxaraq, müəyyənetdi: Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X1 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş 12 sentyabr 2024-cü il tarixli İXP № ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir (17 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur) İş üzrə məhkəmə iclası 27 sentyabr 2024-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 03 oktyabr 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxx 1982-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kəndində doğulmuş və Gəncə şəhəri, Nizami rayonu, Oğuz küçəsi, 18 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Belə olan halda, Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş 12 sentyabr 2024-cü il tarixli İXP № ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır; şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İnzibati Xətalar Məcəlləsinin: -43.1-ci maddəsinin müddəalarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə olan xətalara dair işlər rayon (şəhər) məhkəmələrində baxılır. -109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. -110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş 12 sentyabr 2024cü il tarixli İXP № ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1, 110.1 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş 12 sentyabr 2024-cü il tarixli İXP № ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad dərhal qüvvəyə minsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-175/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-175/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver