Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-176/2023 01.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, 27 avqust 1970-ci ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun Araçadzor kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işləməyən, Ağdam rayonunun Yeni Qaralar kəndində qeydiyyatda olan, Ağdam rayonunun Dördyol qəsəbəsində məskunlaşan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə Kəlbəcər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialа Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 01 noyabr 2023-cü il tarixli “MN № 1423018” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 01 noyabr 2023-cü il tarixdə Kəlbəcər rayonunun Dovşanlı kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər rayon ərazisinə ezam olunan Daşkəsən Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şəhriyar Oruci tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportun məzmunundan görünür ki, 01 noyabr 2023-cü il tarixdə saat 14:00 radələrində xidmət etdiyi Kəlbəcər rayonunun Dovşanlı kəndi ərazisində Ağdam rayonu sakinləri X2, X4 və Şəxs “77- AG-096” dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobillə kənd ərazisində müəyyən etmiş və dərhal Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil vermişdir. Materiala əlavə edilmiş: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Kəlbəcər Rayon Polis Şöbəsində verilmiş yazılı izahatdan görünür ki, o, 01 noyabr 2023-cü il tarixdə xüsusi icazə almadan Kəlbəcər rayonu ərazisinə keçmiş və Kəlbəcər rayonu ərazisində ictimai qaydanı mühafizə vəzifələrini həyata keçirən polisin geri qayıtmaqla bağlı qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 01 noyabr 2023-cü il tarixdə digər iki nəfər şəxslə birlikdə xüsusi icazə olmadan Kəlbəcər rayonu ərazisinə daxil olmuş və orada ictimai qaydanı mühafizə vəzifələrini həyata keçirən polisin qanuni tələbinə tabe olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanının 1-ci və 2-ci bəndlərində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması, müvafiq ərazilərin müvəqqəti komendantlarının təyin edilməsi və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi, 8-ci bəndində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi tapşırılmışdır. Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixdə işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının daxili işlər nazirinin 02 dekabr 2020-ci il tarixli əmri ilə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Kəlbəcər rayonuna komendant təyin edilmişdir. Kəlbəcər rayonunun komendantı 02 dekabr 2020-ci il tarixdən Kəlbəcər rayonu ərazisinə giriş-çıxışın xüsusi rejiminə nəzarət edir. Şəxs 01 noyabr 2023-cü il tarixdə qanunsuz yolla, yəni, bunun üçün xüsusi icazə sənədi almadan, özbaşına Kəlbəcər rayonuna getmiş, 01 noyabr 2023-cü il tarixdə Dovşanlı kəndində qurulmuş stasionar postda xidmətdə olan Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılarkən mühafizə olunan əraziyə icazəsiz daxil olduğu aşkar edilmiş, belə olan halda polis əməkdaşları tərəfindən şəxsə ərazini tərk etməsi barədə xəbərdarlıq edilmiş, buna baxmayaraq, Şəxs ərazini tərk etməkdən imtina etmiş, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, qanunsuz hərəkətlərini davam etdirmişdir. Bununla da Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Tərtib edilmiş 01 noyabr 2023cü il tarixli “MN № 1423018” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 01 noyabr 2023-cü il tarixdə Kəlbəcər rayonunun işğaldan azad edilən ərazilərinə gəzmək üçün getmək qərarına gəlmişdir. O, Kəlbəcər rayonunun Dovşanlı kəndi ərazisinə daxil olduqdan sonra polis əməkdaşları onu saxlayıb Kəlbəcər rayonuna keçmək üçün xüsusi icazəsinin olub-olmadığını soruşmuş, o isə xüsusi icazəsinin olmadığını bildirmişdir. Belə olan halda polis əməkdaşları ona ərazini tərk etməli olduğunu bildirdikdə, o, bundan imtina etmiş və polislə aralarında sözlü mübahisə olmuşdur. Buna görə polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Hazırda Kəlbəcər rayonu ərazisinə icazəsiz daxil olduğuna və polisin qanuni tələbinə dərhal tabe olmamasından səmimi peşmandır, gələcəkdə bu cür nöqsanlara yol verməyəcək və polisin qanuni tələblərinə əməl edəcəkdir. Məhkəmədən, barəsində ən yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş edir (bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin: İ hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; İİ hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; İİİ hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin: İ hissəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; İİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; İİİ hissəsinə əsasən, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. “İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 1-ci və 2-ci bəndlərində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması, müvafiq ərazilərin müvəqqəti komendantlarının təyin edilməsi və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi, 8-ci bəndində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 01 noyabr 2023-cü il tarixdə bunun üçün xüsusi icazə alınması tələb edildiyi halda xüsusi icazə olmadan xüsusi girişçıxış rejimi olan əraziyə- Kəlbəcər rayonu ərazisinə özbaşına keçmiş, 01 noyabr 2023-cü il tarixdə Kəlbəcər rayonuna ezam olunmuş Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları onu Kəlbəcər rayonunun Dovşanlı kəndi ərazisində saxlamış və Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil vermiş, polis əməkdaşları Şəxs qanunsuz əraziyə daxil olmasını irad tutaraq geri qayıtmasını tələb etmiş, Şəxs isə ictimai qaydanı mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi özünün etirafedici izahatı və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- törətdiyi əməldən səmimi peşman olmasıdır, iş üzrə məsuliyyəti ağırlaşdıran hal- yoxdur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-176/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-176/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver