Məhkəmə qərarları › İş №3(040)-178/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-178/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-178/2025 24.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlu katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1982-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: “İnzibati Xətalar Məcəlləsi”) 529.3-cü maddəsi ilə olan Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 27 iyun 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs müxtəlif vaxtlarda “HRD Uoplyst yarımqoşqu” markalı “**-ZB-***” dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol hərəkət qaydalarını pozmuş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 05 fevral 2025-ci il tarixli EQ 25913583 nömrəli və İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 05 fevral 2025ci il tarixli EQ 25917213 nömrəli elektron qərarlar qəbul edilərək, barəsində avtomatik olaraq cərimə tənbehləri tətbiq edilmişdir. Şəxs çıxarılmış elektron qərarlarla bağlı rəsmi olaraq məlumatlandırılmışdır. Hazırda həmin elektron qərarlarla bağlı cərimənin ümumi məbləği 96 (doxsan altı) manat olmuşdur. Şəxs, barəsində olan inzibati cəriməni 3 (üç) ay müddətində ödəmədiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək onun barəsində tərtib olunmuş protokol üzrə yaranmış 96 (doxsan altı) manat məbləği tam ödənildiyini bildirmiş və inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarında olan: “asanpay.az” elektron portalından çıxarışlardan görünür ki, Şəxs barəsində tərtib olunmuş EQ 25913583 və EQ 25917213 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarlar üzrə yaranmış cəmi 96 (doxsan altı) manat inzibati cərimə borcu tamamilə ödənilmişdir. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndindən görünür ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar üzrə cərimə və dəbbə pulunun, cəmi 96 (doxsan altı) manatın tam şəkildə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Əliyev X1 Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar