Məhkəmə qərarları › İş №3(040)-193/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-193/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-193/2024 17.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, xx xxxxxx 1984-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, Kəlbəcər rayonunun Zar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: “İnzibati Xətalar Məcəlləsi”) 529.3-cü maddəsi ilə olan Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X1 tərəfindən tərtib edilmiş 15 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs “Kamaz 5320 yük” markalı “**- BB-***” dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol hərəkət qaydalarını pozmuş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 15 may 2024-cü il tarixli EQ 21162494 nömrəli elektron protokol tərtib edilərək avtomatik cərimə qərarı qəbul edilmişdir. Şəxs çıxarılmış elektron qərarlarla bağlı rəsmi olaraq məlumatlandırılmışdır. Hazırda həmin elektron qərarla bağlı cərimənin ümumi məbləği 64 (altmış dörd) manat olmuşdur. Şəxs, barəsində olan inzibati cəriməni 3 (üç) ay müddətində ödəmədiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. Şəxs, barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, Şəxs 30 sentyabr 2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 30 sentyabr 2024-cü il tarixdə öldüyündən onun barəsində 15 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında aparılan 3(040)-193/2024 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində 15 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında aparılan 3(040)-193/2024 saylı inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən, xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar