Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-196/2023 17.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxxx 1983-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, Azərbaycan Рespublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Bağbanlar küçəsi, 3-cü Dalan, ev 1-də yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 17 noyabr 2023-cü il tarixli “MN № 1423035” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 17 noyabr 2023-cü il tarixdə Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində polisin və hərbi qulluqçunun qanuni tələblərinə tabe olmamışdır- bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Ağstafa Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Ayxan Mahmudov tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, 17 noyabr 2023-cü il tarixdə saat 13:17 radələrində Kəlbəcər rayonu Həsənriz kəndində Ağstafa Rayon Polis Şöbəsinin Post- patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X6, X12patrul xidməti bölüyünün qrup komandiri, leytenant X9 ilə birlikdə xidmətdə olarkən bir neçə mülki geyimli şəxsin ərazidə gəzdiklərini görüb onlara yaxınlaşmışlar. Həmin şəxslərdən ikisi onlara yaxınlaşdıqlarını görərək qaçıb oradan uzaqlaşmağa başlamışlar. Adları sonradan məlum olan X3, X7, Şəxs, X4, X10 isə ərazidən uzaqlaşmaq istəsələr də, onlar tərəfindən saxlanılmışlar. Şəxsiyyətləri müəyyən edilərkən saxlanılan həmin şəxslər polisin, ümumilikdə Daxili İşlər Nazirliyinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Adları qeyd olunan şəxslər dəfələrlə polisin qanuni tələbinə tabe olmadıqları təqdirdə onların məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar yüksək səs tonu ilə “siz kimsiniz ki, bizi məsuliyyətə cəlb edəsiz, biz sizdənmi icazə almalıyıq buraya gəlmək üçün? deyərək öz qanunsuz hərəkətlərini davam etdiribictimai qaydanı qoruyan polis əməkdaşı və hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamışlar (raportverən həmin məlumatın araşdırılması üçün müvafiq əməkdaşa göstəriş verilməsini rəisdən xahiş edir). İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 17 noyabr 2023-cü il tarixdə digər şəxslərlə birlikdə xüsusi icazə olmadan Kəlbəcər rayonu ərazisinə keçmiş və orada ictimai qaydanı mühafizə edən polis əməkdaşı və hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 17 noyabr 2023-cü il tarixdə qanunsuz yolla, yəni, bunun üçün xüsusi icazə sənədi almadan, nəzarət postlarından yayınaraq özbaşına digər altı nəfər şəxslə birlikdə Kəlbəcər rayonu ərazisinə (səfər üçün xüsusi icazə alınması tələb olunan əraziyə) getmiş, həmin gün Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində xidmətdə olan Ağstafa Rayon Polis Şöbəsinin Post- patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X6, Daxili İşlər Nazirliyi X12-patrul xidməti bölüyünün qrup komandiri, leytenant X9 tərəfindən saxlanılmaq istəyərkən qaçmağa cəhd etmiş, bu zaman həmin yeddi nəfər şəxsdən ikisi qaçmış, qalan beş nəfəri isə (o cümlədən, Şəxs) saxlanılaraq sənədləri yoxlanılarkən mühafizə olunan əraziyə icazəsiz daxil olduğu aşkar edilmişdir; bu zaman həmin şəxslər, o cümlədən, Şəxs polisə tabesizlik göstərmiş, daxili işlər orqanları əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə polisin qanuni tələbinə əməl etməmişdir, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. O, tərtib etdiyi 17 noyabr 2023-cü il tarixli “MN № 1423035” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 17 noyabr 2023-cü il tarixdə digər altı nəfər şəxslə birlikdə Kəlbəcər rayonunun işğaldan azad edilən ərazilərinə getmək qərarına gəlmiş, Goranboy rayonu istiqamətində keçmiş Ağdərə rayonu (hazırda Kəlbəcər rayonu) ərazisinə daxil olduqdan sonra polis əməkdaşları və bir nəfər hərbi qulluqçu onu saxlayıb Kəlbəcər rayonuna keçmək üçün xüsusi icazəsinin olub-olmadığını soruşmuşdur. Onun Kəlbəcər rayonuna keçmək üçün xüsusi icazəsi olmamışdır. Bu zaman o, digər altı nəfər şəxslə birlikdə qaçmağa cəhd etmiş, onlarla birlikdə gedən Əhmədlə Elgün qaça bilmiş, o və digər dörd nəfər yoldaşı qaça bilməmişdir. Daha sonra onlarla polis əməkdaşları arasında sözlü mübahisə olmuşdur. Bundan sonra polislər onu və digər dörd nəfəri Kəlbəcər Rayon Polis Şöbəsinə aparmışlar. Hazırda, o, polisin qanuni tələbinə tabe olmamasına və polislə kobud davranmasına peşmandır. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda özünü təqsirli bilir. Barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən Ağstafa Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X5 izahatında bildirmişdir ki, Şəxs xüsusi icazəsi olmadan Kəlbəcər rayonu ərazisinə daxil olmuş, sənədləri yoxlanılmaq üçün polis əməkdaşları tərəfindən saxlanılmaq istəyərkən qaçmağa cəhd göstərmiş, polislər tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə tabesizlik göstərmişdir. O, baş vermiş hadisə ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinin ünvanına yazılı raport tərtib edərək göndərmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən Ağstafa Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri X6 izahat verərək digər şahid X5 ilə eyni məzmunda izahat vermiş və raportda yazılanları təsdiq etmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən X12 Patrul Xidməti bölüyünün qrup komandiri, leytenant X9 digər şahidlərlə eyni məzmunlu izahat verərək raportda yazılanları təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin: İ hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; İİ hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; İİİ hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin: İ hissəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; İİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; İİİ hissəsinə əsasən, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. “İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 1-ci və 2-ci bəndlərində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması, müvafiq ərazilərin müvəqqəti komendantlarının təyin edilməsi və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi, 8-ci bəndində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 17 noyabr 2023-cü il tarixdə bunun üçün xüsusi icazə alınması tələb edildiyi halda xüsusi icazə olmadan xüsusi girişçıxış rejimi olan əraziyə- Kəlbəcər rayonu ərazisinə özbaşına keçmiş, 17 noyabr 2023-cü il tarixdə Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində xidmətdə olan Ağstafa Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X6, X12 Patrul Xidməti bölüyünün qrup komandiri, leytenant X9 tərəfindən saxlanılmaq istəyərkən qaçmağa cəhd etmiş, ictimai qaydanı mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi özünün etirafedici izahatı və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- törətdiyi əməldən səmimi peşman olmasıdır, iş üzrə məsuliyyəti ağırlaşdıran hal- yoxdur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbehin 8 (səkkiz) gün müddətində tətbiq edilməsini qanuni və ədalətli hesab edir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan, inzibati həbs tənbehinin tətbiqinə imkan verməyən hallar mövcud deyildir, o cümlədən əlillik dərəcəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 17 noyabr 2023-cü il tarixdən saat 21:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası səlahiyyətləri daxilində Kəlbəcər Rayon Polis Şöbəsinə və Göygöl Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və (və ya) protest verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-196/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-196/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver