Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-2/2025 17.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İnzibati tənbehvermə haqqında qərar qəbul edən səlahiyyətli vəzifəli şəxs- Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X3 qəbul etdiyi 18 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: (09 mart 1990-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 4S5XPWB, Kəlbəcər şəhəri, Qaçaq Nəbi küçəsi ev 45-də yaşayış yeri üzrə qeydiyyatda olan) X1 Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti (bundan sonra-YPX) inspektoru, polis baş serjantı X3 18 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından yazılı şikayət verərək, həmin qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində “Hyundai Sonata” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var; özünə məxsus həmin avtomobili idarə edərkən 18 dekabr 2024-cü il tarixdə saat 09:10 radələrində Göygöl rayonu ərazisində Göygöl RPŞ-nin Post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, avtomobil saxlandıqdan sonra inspektor tərəfindən avtomobilə əlavə avadanlığın quraşdırılıb-quraşdırılmaması soruşulmuş, hətta avtomobilin alt hissəsinə baxılmış, lakin heç nə aşkar edilmədiyindən, o getmişdir. Sonradan ona məlum olmuşdur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və 30 manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas kimi də guya onun işıq sistemindən düzgün istifadə etməməsi göstərilmişdir. Halbuki, onu qanunsuz və əsassız olaraq saxlayıblar, o, öz iradını bildirmiş və həmin vaxtda ona inzibati xəta törətməsi ilə bağlı heç bir söz deyilməmişdir. Odur ki, barəsində olan Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 18 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Şikayət məhkəməyə 08 yanvar 2025-ci il tarixdə daxil olmuş, işin baxılması 17 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 qəbul etdiyi 18 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarına əsasən, X4 18 dekabr 2024-cü il tarixdə saat 09:10-da GPS:40.590558,46.3235612 koordinatında “işıq cihazlarından istifadə qaydalarını pozmağa görə” İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 30 (otuz) manat cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: -Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 qəbul etdiyi 18 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında elektron qərar məhkəmə iclasında tədqiq edilmişdir. Həmin qərarda göstərilmişdir ki, X4 18 dekabr 2024-cü il tarixdə saat 09:10-da GPS:40.590558,46.3235612 koordinatında “işıq cihazlarından istifadə qaydalarını pozmağa görə” İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 30 (otuz) manat cərimə tənbehi tətbiq edilmişdir. Audio-video yazının məhkəmə iclasında tədqiqi: Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 məhkəməyə elektron daşıyıcıda təqdim etdiyi 3 (üç) dəqiqə 19 (on doqquz) saniyəlik audio-videoyazının məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilmişdir ki, **-OP-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı ağ rəngli avtomobil Göygöl şəhərinin Azay Kazımov küçəsi (Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi küçə) ilə Aydın Hacıyev küçəsinin (Göygöl Rayon Mərkəzi Xəstəxanasının yerləşdiyi küçə) kəsişməsində quraşdırılmış svetoforda dayandıqdan sonra Azay Kazımov küçəsindən sağa- Aydın Hacıyev küçəsinə dönərkən sağa dönmə işığını yandırmdan dönmüşdür. Tətbiq edilməli olan normalar: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin birinci hissəsinin birinci abzası və 5-ci bəndindən görünür ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. İnzibati Xətalar Məcəlləsinin: -329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -114.1-cü maddəsindən görünür ki, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -128.2 və 128.2.3-cü maddələrindən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. -133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırması nəticəsində: **-OP-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin sürücüsü X2 18 dekabr 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən məhkəməyə 1 ədəd diskdə (elektron daşıyıcıda) təqdim edilmiş video görüntülərdən X2 İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X3 X2 barəsində qəbul etdiyi 18 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.1 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 barəsində Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 18 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlansın. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-2/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-2/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver