Məhkəmə qərarları › İş №3(040)-206/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-206/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-206/2024 05.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, xx xxxxxx 1968-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, Yevlax şəhərində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: “İnzibati Xətalar Məcəlləsi”) 529.3-cü maddəsi ilə Kəlbəcər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Yevlax Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X1 tərəfindən tərtib edilmiş 11 sentyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 05 iyun 2024-cü il tarixdə “Vaz 21074 minik” markalı “**-XV-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozmuş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 05 iyun 2024-cü il tarixli EQ ******* nömrəli elektron protokol tərtib edilərək avtomatik cərimə qərarı qəbul edilmiş, Şəxs barəsində qəbul edilmiş həmin qərarla bağlı rəsmi olaraq məlumatlandırılmışdır. Şəxs, barəsində olan inzibati cəriməni 3 (üç) ay müddətində ödəmədiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. Şəxs, barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclası 05 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 61.3 maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında işin aidiyyəti üzrə düzgün göndərilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. -110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İş materialları ilə müəyyən edilir ki, Şəxs rəsmi qeydiyyatda olduğu yer Yevlax şəhəridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hərəkətsizliklə törədildiyindən, hazırki halda inzibati xəta əməlini törətməkdə təqsirləndirilən fiziki şəxsin yaşayış yeri inzibati xətanın törədildiyi yer hesab olunur. Şəxs rəsmi yaşayış yeri Yevlax şəhəri olduğundan hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 112.1 və 112.4-cü maddələrinin müddəalarından görünür ki, inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1,112.4 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Yevlax Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material-3(040)-206/2024 saylı iş baxılması üçün ərazi aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal icra edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar