Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-208/2024 05.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında iş üzrə icraat aparılan şəxs)- X8, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin nümayəndəsi (əmək müfəttişi) X3 iştirakları ilə, X13 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisinin 16 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından X10 (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs) tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X10 (12 sentyabr 1994-cü ildə Azərbaycan Respublikasının Samux rayonunun Qarayeri qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 5SD6R0B, Kəlbəcər şəhəri, Nizami Gəncəvi prospekti ev 10-da yaşayış yeri üzrə qeydiyyatda olan və ünvan 1 ünvanında məcburi köçkün qismində məskunlaşan, evli, tam orta təhsilli, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X20 tabeliyində "xxxx" MMC-də fəhlə işləyən) Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin (bundan sonra- X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin) rəisi tərəfindən onun barəsində qəbul edilmiş 16 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X13 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin rəisinin 16 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğdə cərimə edilmişdir. Hesab edir ki, barəsində çıxarılmış həmin qərar tam əsassızdır. Belə ki, həmin qərarda Şahid 2024-cü ilin iyun ayından etibarən iki ay müddətində onun tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Alo Telecom” adlı mağazada satıcı işinin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Onun məhkəməyə təqdim etdiyi-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər baş idarəsi (bundan sonra-12 saylı Ərazi Vergilər Baş İdarəsi) tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli məktubdan da göründüyü kimi, onun adına olan VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) 08 may 2020-ci il tarixdən bağlıdır. Həmçinin mərkəzləşdirilmiş elektron informasiya sistemində heç bir fəaliyyətinin və vəzifəsinin olmadığı aydın göstərilmişdir, buna baxmayaraq, o, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə vəzifəli şəxs qismində təqsirli bilinməklə 3500 (üç min beş yüz) manat məbləğdə cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bundan sonra-Əmək Məcəlləsi) nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. O, fiziki şəxs olmasına baxmayaraq, vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilmişdir. Onun tərəfindən xəta törədilmədiyindən, barəsində olan inzibati tənbehvermə haqqında qərar ləğv edilməlidir (Şikayətini həmçinin İnzibati Xətalar Məcəlləsinin 12.1, 53.2 və 105.1-ci maddələri ilə əsaslandırılmışdır). Şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs)- X10 məhkəmə iclasında şikayəti müdafiə edərək və şikayətinə uyğun izahat verərək bildirmişdir ki, X13 Xidmətinin Gəncə-Daşkəsən regional ərazi şöbəsinin rəisi tərəfindən onun barəsində qəbul edilmiş “İnzibati təhbəh vermə haqqında” 16 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, X13 Xidmətinin Gəncə Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimovun 16 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə, o, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğdə cərimə edilmişdir. Hesab edir ki, barəsində çıxarılmış həmin qərar tam əsassızdır. Belə ki, həmin qərarda Şahid 2024-cü ilin iyun ayından etibarən iki ay müddətində onun tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Alo Telecom” adlı mağazada satıcı işinin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Məhkəməyə bildirir ki, Gəncə şəhərində yerləşən “Alo Telecom” adlı mağaza ilə onun heç bir hüquqi əlaqəsi yoxdur və o, “Alo Telecom” adlı mağazada işləməmiş, həmçinin Şahid əmək fəaliyyətinə cəlb etməmişdir. Gəncə şəhərində yerləşən “Alo Telecom” adlı mağaza onun dostuna məxsusdur, buna görə də hərdənbir həmin mağazaya gedib-gəlir, bununla belə, Şahid həmin mağazada görməmişdir. Gəncə Şəhər Prokurorluğunda verdiyi izahatında Şahid ona məxsus “Alo Telecom” adlı mağazada satıcı qismində iki ay əmək fəaliyyəinə cəlb edilməsini əks etdirən müddəalar həqiqəti əks etdirmir və o, həmin izahatı verərkən Şahid əmək fəaliyyəti olan şəxs kimi göstərməklə Şəhlaya kömək etdiyini düşünmüşdür. Onun məhkəməyə təqdim etdiyi- 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli 3-21-2-18/2-H-16xx-xx/2024 nömrəli məktubdan da göründüyü kimi, onun adına olan VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) 08 may 2020-ci il tarixdən bağlıdır. Həmçinin mərkəzləşdirilmiş elektron informasiya sistemində heç bir fəaliyyətinin və vəzifəsinin olmadığı aydın göstərilmişdir, buna baxmayaraq, o, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə vəzifəli şəxs qismində təqsirli bilinməklə 3500 (üç min beş yüz) manat məbləğdə cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. O, fiziki şəxs olmasina baxmayaraq, vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilmişdir. Onun tərəfindən xəta törədilmədiyindən, barəsində olan inzibati tənbehvermə haqqında qərar ləğv edilməlidir. İnzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsi- X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin əmək müfəttişi X6 məhkəmə iclasında şikayəti qəbul etməyərək və onun dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmiş, X10 barəsində tərtib edilmiş 16 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı hesab etdiyini bildirmişdir. Fikrini əsaslandıraraq göstərmişdir ki, vəzifəli şəxs (VÖEN: **********) X4 Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən özünün sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gəncə şəhəri, Heydər Əliyev prospekti 149 ünvanında yerləşən “Gəncə universamının” binasında yerləşən “Alo Telekom” mağazasında Şahid 2024-cü ilin iyun ayından 2024-cü ilin sentyabr ayınadək, habelə 28 iyun 2024-cü il tarixdən 03 oktyabr 2024-cü il tarixədək satıcı kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş və bununla da vəzifəli şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X10 barəsində material Gəncə Şəhər Prokurorluğunda araşdırıldıqdan sonra Gəncə şəhər prokuroru tərəfindən 03 oktyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarla onlara gəlmiş, onlar da Prokurorluğun göndərdiyi həmin qərara, X10 və Şahid Gəncə Şəhər Prokurorluğunda verdikləri izahatlara, həmçinin iş materiallarında olan digər sübutlara əsasən vəzifəli şəxs (VÖEN: **********) X10 barəsində inzibati qaydada 3500 (üç min beş yüz) manat məbləğdə cərimə tənbehi qərarı qəbul etmişlər. X2 dəvət olunsa da, gəlməmiş və araşdırma üçün əlavə sübutlar təqdim etməmişdir. Şahid qismində məhkəmə iclasında izahat vermiş Şahid izahatında bildirmişdir ki, o, 2024-cü ilin iyun ayında Gəncə şəhərində özünə iş axtararkən Gəncə şəhəri Heydər Əliyev prospekti 149 ünvanında yerləşən və el arasında “Gəncə universamı” kimi tanınan ticarət mərkəzindəki “Alo Telecom” adlı mağazaya daxil olmuş və bu cür elektronika malları satışı mağazalarında satıcı işi olarsa işləyə biləcəyini bildirmiş və bu işdə ona köməklik etmələrini xahiş etmiş, bu zaman mağazadan ona X10 adlı şəxsin mobil telefon nömrəsini verərək Qabil adlı həmin şəxsin çoxlu tanışlarının olduğunu və Qabilin ona kömək edə biləcəyini bildirmişlər. O da öz şəxsiyyət vəsiqəsinin surətini mağazada saxlayaraq oradan getmişdir. X5 ilə heç bir tanışlığı olmamış və o, “Alo Telecom” adlı mağazada heç vaxt işləməmiş və həmin mağazada mağazanın rəhbərliyinin göstərişi ilə heç bir iş yerinə yetirməmişdir. 2024-cü ilin sentyabr ayında başqa bir məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda onun izahatı alınarkən özünü işləməyən şəxs kimi təqdim etməyə utandığından və özünü “Alo Telecom” adlı mağazada satıcı işləyən şəxs kimi təqdim etməsindən heç kimə xələl gəlməyəcəyini düşünərək bu barədə doğru olmayan izahat vermişdir. Əgər o, mağazada işləsəydi, bunun üçün əməkhaqqı alardı və həmin əməkhaqqı mühasibatlıq sənədlərində rəsmiləşdirilərdi- bu barədə heç bir sənəd yoxdur. İş materiallarında olan: Gəncə şəhər prokurorunun 03 oktyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarından (qeydiyyat № 24-1-2-2-415-1425-1) görünür ki, vəzifəli şəxs (VÖEN: **********) X10 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə icraatın başlanması, qərar və toplanmış materialın şəxs barəsində inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan: X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 16 oktyabr 2024-cü il il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərara əsasən, X1 Şəhla Səttar qızını 2024-cü ilin iyun ayından iki ay müddətində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Alo Telecom” adlı mağazada işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İş materiallarında olan: 12 saylı Ərazi Vergilər İdarəsindən Qabil Hüseynzadəyə (VÖEN: **********) ünvanlanmış 24 oktyabr 2024-cü il tarixli 3-21-2-18/2-H-1608-43/24 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “...müraciətinizə cavab olaraq bildiririk ki, uçot məlumat bazasına əsasən Sizin vergi orqanında qeydiyyata alındığınız 08 may 2024cü il tarixdən bugünki günədək dövriyyənizin olmadığı aşkar edilmişdir...”. İş materiallarında olan: 12 saylı Ərazi Vergilər İdarəsindən Qabil Hüseynzadəyə (VÖEN: **********) ünvanlanmış 24 oktyabr 2024-cü il tarixli **********719600 nömrəli “Uçota dair arayış”da qeyd edilmişdir ki, “vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarınız 21 oktyabr 2020-ci il tarixdən 21 oktyabr 2025-ci il tarixədək dayandırılmışdır; hazırda fəaliyyətiniz dayandırılmış vəziyyətdədir”. Azərbaycan Respublikası Konstitusiyasının: -60-cı maddəsinin: birinci (İ) hissəsində bəyan edilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; ikinci (İİ) hissəsində bəyan edilir ki, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; üçüncü (İİİ) hissəsində bəyan edilir ki, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; dördüncü (İV) hissəsində bəyan edilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. -125-ci maddəsinin yeddinci (Vİİ) hissəsində bəyan edilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. -127-ci maddəsinin dördüncü (İV) hissəsində bəyan edilir ki, ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. -129-cu maddəsinin üçüncü (İİİ) hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Əmək Məcəlləsinin: -7-ci maddəsinin: 1-ci hissəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; -2ci hissəsinin 12 avqust 2024-cü il tarixədək (o cümlədən inzibati orqan tərəfindən iddia olunan əmək münasibətlərinin mövcud olduğu dövrdə) qüvvədə olmuş mətninə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. -8-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. --8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. -53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -81-1.1-cı maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. -81-1.2-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir. -84.1-cı maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -84.2-cı maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. -192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarının nəticə hissəsinin 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) X8 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi sübuta yetirilmir. Belə ki, məhkəmə araşdırması nəticəsində X8 vergi orqanında qeydiyyata alındığı 08 may 2024-cü il tarixdən 24 oktyabr 2024-cü il tarixədək dövriyyəsinin olmadığı, həmçinin Qabil Hüseynzadənin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarının 21 oktyabr 2020-ci il tarixdən 21 oktyabr 2025-ci il tarixədək dayandırıldığı, o cümlədən 24 oktyabr 2024-cü il tarixdə fəaliyyətinin dayandırılmış vəziyyətdə olduğu müəyyən edilmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı Şahid əmək fəaliyyəti ilə bağlı hər hansı maliyyə əməliyyatlarının aparılmasını təsdiq edən sübutlar aşkar edilməmişdir. Ona görə də X8 şikayəti təmin edilməli, X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi tərəfindən X10 barəsində qəbul edilmiş 16 oktyabr 2024-cü il tarixli “MN 1614283” saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan hazırki inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- X8 təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X8 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi tərəfindən X10 barəsində qəbul edilmiş 16 oktyabr 2024-cü il tarixli “MN 1614283” saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında hazırki işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasəntəqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-208/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-208/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver