Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-213/2025 15.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayət verən X4 iştirakı ilə, X3 barəsində qəbul edilmiş 28 iyul 2025-ci il tarixli EQ 29560569 saylı inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsinə dair X7 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə tərtib edilmiş 28 iyul 2025-ci il tarixli EQ 29560569 nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan **-BX-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” (sprinter yük) markalı yük avtomobili ilə yük daşınması fəaliyyəti ilə məşğul olur. 28 iyul 2025-ci il tarixdə saat 16:41-də Goranboy rayonu istiqamətində hərəkətdə olan zaman sürət həddini aşdığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə 200 (iki yüz) manat məbləğində inizbati cərimə növündə tənbeh nəzərdə tutulan protokol tərtib edilmişdir. Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsi tərəfindən quraşdırılmış kamera görüntüsündə yolun sürət həddinin saatda 90 kilometr müəyyən edilmiş hissəsində, o, saata 114 kilometr sürətlə keçməklə sürət həddini saatda 24 kilometr olmaqla aşmışdır. Bu inzibati pozuntuya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin təsiri altında 50 (əlli) manat cərimə tətbiq olunur. Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsi tərəfindən elektron informasiya sistemində ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə 200 (iki yüz) manat məbləğində inizbati cərimə yazılmışdır. Şikayət verən - X7 15 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək X3 barəsində olan EQ 29560569 nömrəli inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayətdən imtina etdiyini bildirmiş, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin yazılı vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, İnzibati Xətalar Məcəlləsində inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması ilə bağlı müddəalar əks olunmasa da, qanunvericiliyin analogiya qaydasında tətbiqi yolu ilə şikayətin geri qaytarılması barədə şikayətçinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəllə) 390.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Cinayət Prosessual Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi və şikayət vermək qaydası göstərilsə də, şikayət vermiş şəxsin öz şikayətindən imtina etdiyi halda hansı prosessual hərəkətin edilməsi ilə bağlı müddəa yoxdur. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Cinayət Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina edilməsinin nəticələrini tənizmləyən 391.11-ci maddəsinin analogiya üzrə hazırkı məsələyə tətbiqini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, X1 vəsatəti təmin edilməli, X3 barəsində 28 iyul 2025-ci il tarixli EQ 29560569 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan X7 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsində baxılmasına xitam verilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə əlavə olaraq izah edir ki, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi dəqiq göstərilmişdir və X1 X3 barəsində olan inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan şikayət vermək hüququ yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 vəsatəti təmin edilsin. X3 barəsində 28 iyul 2025-ci il tarixli EQ 29560569 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan X7 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-213/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-213/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver