Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-227/2025 07.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yuxarı ayrım kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, ümumi orta təhsilli, işləməyən, Kəlbəcər rayonunun Yuxarı ayrım kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, ünvan 1 ünvanında məskunlaşan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 07 avqust 2025-ci il tarixli “MN № 2012380” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 07 avqust 2025-ci il tarixdə Gəncə şəhərinin Yeni qəsəbə ərazisində yerləşən polis şöbəsinin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır - bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid1 tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, 07 avqust 2025-ci il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərinin “Yeni qəsəbə” ərazisində yerləşən inzibati binasının giriş qapısında xidmətdə olarkən saat təxminən 10:00-da adı ona sonradan məlum olan Şəxs polis şöbəsinin binasının qarşısında ünvansız nalayiq söyüşlər söydüyünü görmüşdür. O, Zimistanı intizama dəvət etsə də, Zimistan onun qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra barəsində tədbir görülməsi üçün, o, Zimistanı polis şöbəsinə dəvət etmişdir (raportverən həmin məlumatın araşdırılması üçün müvafiq əməkdaşa göstəriş verilməsini rəisdən xahiş edir). İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 07 avqust 2025-ci il tarixdə Gəncə şəhərinin “Yeni qəsəbə-1500” ərazisində yerləşən Kəlbəcər Rayon Polis Şöbəsinin inzibati binasının qarşısına gələrək ünvansız nalayiq söyüşlər söymüş, polis əməkdaşı ona yaxınlaşaraq dəfələrlə qanunvericiliyin tələblərini ona izah etmiş, lakin Şəxs polisin həmin qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir- bununla da Rzayev X2 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs daha sonra Kəlbəcər Rayon Polis Şöbəsinə gətirilmişdir. Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid1 tərəfindən raport tərtib edilmiş, həmin raport əsasında onun tərəfindən araşdırma aparılmış və toplanmış material Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. O, inzibati xəta hadisəsini ilkin araşdıran səlahiyyətli vəzifəli şəxs olaraq tərtib etdiyi 07 avqust 2025-ci il tarixli “MN № 2012380” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 07 avqust 2025-ci il tarixdə Gəncə şəhərinin “Yeni qəsəbə-1500” ərazisində yerləşən Kəlbəcər Rayon Polis Şöbəsinin inzibati binasının qarşısına gəlmiş, orada xalası və keçmiş arvadı ilə aralarında mübahisə yaranmışdır. O, polisin qanuni tələbinə tabe olmuş, heç bir qanunazidd hərəkət etməmişdir. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini istəyir. Şahid qismində məhkəmə iclasında dinlənilən Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid1 izahatında bildirmişdir ki, Şəxs 07 avqust 2025-ci il tarixdə Gəncə şəhərinin “Yeni qəsəbə-1500” ərazisində yerləşən Kəlbəcər Rayon Polis Şöbəsinin inzibati binasının qarşısına gəlmiş, orada xalasının və keçmiş arvadının ünvanına nalayiq ifadələr işlətmiş, o, Zimistana yaxınlaşaraq intizama dəvət etsə də, Zimistan onun qanuni tələbinə məhəl qoymamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Şahid qismində məhkəmə iclasında dinlənilən Kəlbəcər Rayon Polis Şöbəsinin Növbətçi hissəsi polis nəfəri-sürücü, polis serjantı Şahid2 digər Şahid1 ilə eyni məzmunda izahat vermişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanserinin 07 avqust 2025-ci il tarixli 2926/2025 nörməli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”nun surətindən görünür ki, Şəxs alkoqol sərxoşluğunun təyini səbəbi ilə müayinə edilmiş, şəxsdə yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin: birinci hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; ikinci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; üçüncü hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin: birinci hissəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; üçüncü hissəsinə əsasən, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -33.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: 33.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi; 33.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi; 33.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi; 33.1.4. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi; 33.1.5. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi; 33.1.6. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət dövründə törədilməsi; 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallarımüəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 07 avqust 2025-ci il tarixdə Gəncə şəhərindəki “Yeni qəsəbə-1500” ərazisində sərxoş vəziyyətdə ictimai yerdə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi inzibati xəta haqqında müvafiq protokol, şahidlərin izahatı və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- yoxdur, iş üzrə məsuliyyəti ağırlaşdıran hal- xətanı sərxoş halda törətməsidir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmamasını, məsuliyyətini ağırlaşdıran bir halın müəyyən edilməsini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinməklə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və (və ya) protest verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-227/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-227/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver