Məhkəmə qərarları › İş №3(040)-228/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-228/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-228/2025 08.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, 25 avqust 1989-cu ildə Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, tam orta təhsilli, fəhlə işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 08 avqust 2025-ci il tarixli “MN № 2012381” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 07 avqust 2025-ci il tarixdə Kəlbəcər rayonunun Zar kəndində polisin qanuni tələbinə tabe olmamışdır - bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı Allahverdi Kərimli tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, Kəlbəcər rayonunun Zar kəndində Post-patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ilə xidmətdə olarkən adları ona sonradan məlum olan Şəxs və X2 yüksək səslə mübahisə etdiklərinə və qarşılıqlı olaraq bir-birlərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə yaxınlaşıb özünü təqdim etmiş və bildirmişdir ki, hərəkətləri qanunaziddir. Lakin dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, qanunazidd hərəkətlərini davam etdirmişlər: hər iki şəxs spirtli içkinin təsiri altında olduqlarından onların qanuni tələblərinə məhəl qoymamışlar və uca səslə nalayiq ifadələr işlədərək onları da təhqir etmişlər. Onlar Şəxs və X5 xidməti avtomobillə rayon polis şöbəsinə gətirmişlər (raportverən həmin məlumatın araşdırılması üçün müvafiq əməkdaşa göstəriş verilməsini rəisdən xahiş edir). İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında bildirmişdir ki, Şəxs və X6 07 avqust 2025-ci il tarixdə Kəlbəcər rayonunun Zar kəndində işlədikləri “Amazon” şirkətinin fəaliyyət göstərdiyi ərazidə spirtli içki qəbul edərək bir-birlərinin ünvanına küçə söyüşləri və digər nalayiq ifadələr işlətmişlər. ətrafdakı şəxslər bununla bağlı polis şöbəsinə müraciət etmiş, həmin əraziyə polis əməkdaşları yaxınlaşmış və həmin şəxslərə qanunvericiliyin tələbləri izah olunmuşdur. Lakin onlar buna məhəl qoymayaraq öz qanunazidd hərəkətlərini davam etdirmişlərbununla da İmanov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs daha sonra Kəlbəcər Rayon Polis Şöbəsinə gətirilmişdir. Kəlbəcər Rayon Polis Şöbəsinin İstimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı Allahverdi Kərimli tərəfindən raport tərtib edilmiş, həmin raport əsasında onun tərəfindən araşdırma aparılmış və toplanmış material Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. O, inzibati xəta hadisəsini ilkin araşdıran səlahiyyətli vəzifəli şəxs olaraq tərtib etdiyi 08 avqust 2025-ci il tarixli “MN № 2012381” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 07 avqust 2025-ci il tarixdə Kəlbəcər rayonunun Zar kəndində işlədikləri şirkətin fəaliyyət göstərdikləri ərazidə iş yoldaşı- X6 ilə spirtli içki qəbul edərkən şirkət rəhbərliyindən bir nəfər yaxınlaşaraq stəkanı onların əlindən alaraq yerə atmış, bununla da onlar arasında mübahisə yaranmışdır. Həmin əraziyə polis əməkdaşları gələrək onları şöbəyə dəvət etmişlər. O, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmiş, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmişdir. Həmin an o, spritli içkinin təsirində olduğundan polislərlə nisbətən uca səslə danışmış, şöbədə olarkən hər bir əməkdaşdan üzr istəmişdir. Şahid qismində məhkəmə iclasında dinlənilən Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid1 izahatında bildirmişdir ki, 07 avqust 2025-ci il tarixdə Kəlbəcər rayonunun Zar kəndində xidmətdə olarkən bir nəfər şəxs telefon vasitəsilə məlumat verərək ərazidə münaqişə olduğunu bildirmiş, onlar həmin əraziyə yaxınlaşdıqda Şəxs və Babək adlı digər bir şəxsin ifrat dərəcədə sərxoş olduğunu görmüşlər. Şəxs özü deyil, yanındakı iş yoldaşı olan Babək adlı şəxs həmin vaxt ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır; Hüseyn özü ağır dərəcəli sərxoş olsa da, tabesizlik göstərməmişdir. Şahid qismində məhkəmə iclasında dinlənilən Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Şahid2 izahatında bildirmişdir ki, 07 avqust 2025-ci il tarixdə Kəlbəcər rayonunun Zar kəndində xidmətdə olarkən bir nəfər şəxs telefon vasitəsilə məlumat verərək ərazidə münaqişə olduğunu bildirmiş, onlar həmin əraziyə yaxınlaşdıqda Şəxs və Babək adlı digər bir şəxsin ifrat dərəcədə sərxoş olduğunu görmüşlər. Şəxs özü və yanındakı iş yoldaşı olan Babək adlı şəxs həmin vaxt sərxoş halda ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə tabe olmamışlar. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin: birinci hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; ikinci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; üçüncü hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin: birinci hissəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; üçüncü hissəsinə əsasən, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -33.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: 33.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi; 33.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi; 33.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi; 33.1.4. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi; 33.1.5. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi; 33.1.6. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət dövründə törədilməsi; 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallarımüəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 07 avqust 2025-ci il tarixdə Kəlbəcər rayonunun Zar kəndi ərazisində ictimai yerdə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi inzibati xəta haqqında müvafiq protokol, şahidlərin izahatı və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- yoxdur, iş üzrə məsuliyyəti ağırlaşdıran hal- yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmamasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Məhkəmə onu da qeyd edir ki, iş üzrə izahatlarda barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxsin inzibati xətanı sərxoş halda törətdiyi bildirilsə də, bu barədə müvafiq tibbi sənəd iş materiallarında aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinməklə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və (və ya) protest verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar