Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-230/2024 12.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Yol-patrul xidməti alayının (bundan sonra-YPXA) Vİİİ Tağımının yol-patrul xidməti inspektoru polis serjantı X2 İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi 13 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 31 avqust 1969-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Lev kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 3LBHT9U, Kəlbəcər rayonunun Lev kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Göygöl rayonunun Üçtəpə kəndində məskunlaşan, evli, orta təhsilli, fərdi əməklə məşğul olan X5 YPXA Vİİİ Tağımının yol-patrul xidməti inspektoru polis serjantı X2 onun barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi 13 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan yazılı şikayət verərək, həmin qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun təsarrüfatında xirdabuynuzlu heyvanlar vardır və həmin heyvanları o özü otarır. Bakı-Qazax avtomobil yolunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində heyvanların keçidi üçün körpü düzəldilib, heyvanları hamişə həmin keçiddən keçirirlər. Avtomobil yolunun tən ortasından ikitərəfli dəmir hasar çəkilib, onagörə də heyvanları yoldan keçirmək qeyri-mümkündür. 13 noyabr 2024-cü il tarixdə axşam saat 18 radalərində Göygöl rayonunun Üçtəpə kəndi ərazisində örüş sahəsindən heyvanları örüşdən qaytarararkən qeyd olunan keçidə çatana yaxın heyvanları it hürkütdüyünə görə heyvanlar qaçmış və o, heyvanları saxlaya bilməmiş, heyvanlar qaçaraq avtomobil yoluna çıxmış, yolda dəmir arakəsmə olduğuna görə heyvanlar dayanmış və bu zaman "Mercedes-Sprinter” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gələrək ona məxsus 10 (on) baş heyvanı vuraraq öldürmüşdür. Günah “Mercedes-Sprinter" markalı avtomobilin sürücüsündə olmasına baxmayaraq, qanunsuz və əsassız olaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddasi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. Halbuki qeyd olunan hadisənin səbəbkarı "Mercedes-Sprinter” markalı avtomobilin sürücüsü olmuşdur. Qeyd etdiyi heyvanları it hürkütməsi səbəbindən qaçmış və o, heyvanları saxlaya bilməmiş, ona görə də heyvanlar avtomobil yoluna tərəf qaçmışlar. Həmin vaxt oğlu Şahid avtomobillə yoldan keçərkən onu görərək avtomobili saxlayaraq qəza işıqlarını yandırmış və eyni zamanda da telefonun işığını yandıraraq qəza şəraitinin olduğunu bildirmiş, buna buxmayaraq, "Mercedes-Sprinter" markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gələrək heyvanları vuraraq 10 (on) başını öldürmüşdür- göründüyü kimi, o, heç bir inzibati xəta törətməmişdir. Şikayət məhkəməyə 22 noyabr 2024-cü il tarixdə daxil olmuş və işin baxılması 02 dekabr 2024-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 12 dekabr 2024-cü il tarixə təxirə salınmışdır. İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs- YPXA Vİİİ Tağımının yol-patrul xidməti inspektoru polis serjantı X6 və onun təmsil etdiyi orqan məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında təmsil olunmamışlar (müvafiq sənədləri məhkəməyə kuryer vasitəsi ilə göndərmişlər); məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: YPXA Vİİİ Tağımının yol-patrul xidməti inspektoru polis serjantı X2 tərtib etdiyi (tərtib edildiyi yer: Bakı-Qazax avtomobil yolunun 366-cı kilometrliyi) 13 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, 31 avqust 1969-cu ildə doğulmuş X5 13 noyabr 2024-cü il tarixdə saat 18:00-da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1 (at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən mal-qaranın yolda nəzarətsiz qoyulması ilə yol hərəkəti qaydalarının pozulması) və 338.5.2-ci (at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən malqaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi ilə yol hərəkəti qaydalarının pozulması) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirləndirilir. YPXA Vİİİ Tağımının yol-patrul xidməti inspektoru polis serjantı X2 qəbul etdiyi (tərtib edildiyi yer: Bakı-Qazax avtomobil yolunun 366-cı kilometrliyi) 13 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərara əsasən, 31 avqust 1969-cu ildə doğulmuş X5 13 noyabr 2024-cü il tarixdə saat 18:00-da Bakı-Qazax avtomobil yolunun 366-cı kilometrliyi ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1 (at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən malqaranın yolda nəzarətsiz qoyulması ilə yol hərəkəti qaydalarının pozulması) və 338.5.2-ci (at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi ilə yol hərəkəti qaydalarının pozulması) maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinib, barəsində 40 (qırx) manat məbləğdə cərimə tənbehi tətbiq edilmişdir. Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X5 məhkəmə iclasında şikayətini müdafiə edərək və şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısının alınması üçün həmin vaxt bacardığı hər şeyi etmiş, yəni heyvanların qanunla qadağan edilən əraziyə, yəni avtomagistrala daxil olmasını əngəlləməyə çalışmış, həmin vaxt təsadüfən hadisə yerinə gələn oğlu Şahid da onunla birlikdə heyvanları yoldan çıxartmağa çalışsalar da, buna nail ola bilməmişlər; odur ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirsiz olduğunu bildirmişdir. Şahid qismində 02 dekabr 2024-cü il tarixli məhkəmə iclasında könüllü izahat verən Şahid (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin övladı) izahatında 13 noyabr 2024-cü il tarixdə saat 18:05 radələrində iş yoldaşı ilə birlikdə öz avtomobilində Bakı-Qazax avtomobil yolu ilə işdən evə qayıdarkən (Bakı istiqaməti) atası Tofiqin öz heyvanlarını örüşdən evə qaytardığnı gördüyünü və həmin an heyvanların nəzarətdən qaçaraq avtomobil yoluna doluşduqlarını, o və iş yoldaşının qoyunları yoldan çıxarmaqda atasına kömək etmək istəsələr də buna müvəffəq olmadıqlarını, bu zaman yolla yüksək sürətlə gələn "Mercedes-Sprinter” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun atası Tofiqə məxsus 10 (on) baş heyvanı vuraraq öldürdüyünü bildirmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: -Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayının Vİİİ Tağımının yol-patrul xidməti inspektoru polis serjantı X2 tərtib etdiyi 13 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol məhkəmə iclasında tədqiq edilmişdir. -Baş Dövlət Yol Polisi İdarəsinin Vİİİ Tağımının yol-patrul xidməti inspektoru polis serjantı X2 qəbul etdiyi 13 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar məhkəmə iclasında tədqiq edilmişdir. -Bu inzibati xəta haqqında iş üzrə icraatı aparmış səlahyyətli orqanın əməkdaşının məhkəmənin dəftərxanasına təqdim etdiyi materiallardan: yol-nəqliyyat hadisəsi iştirakçılarının səlahiyyətli orqana verdikləri yazılı izahatlarından və hadisə yerinin sxemindən görünür ki, 18 noyabr 2024-cü il tarixdə saat 18:00 radələrində "Mercedes- Sprinter” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakl-Qazax magistral avtomobil yolunda Tağıyev Tofiqə məxsus 10 (on) baş heyvanı vurması mübahisəsiz haldır. Tətbiq edilməli olan normalar: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: -36-cı maddəsinin birinci hissəsindən görünür ki, yol hərəkətinin iştirakçıları o cümlədən: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. -39-cu maddəsinə əsasən, mal-qara ötürənlər: 1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; 3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. -8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -338.5-ci maddəsindən görünür ki, at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, o cümlədən: 338.5.1. malqaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması nəticəsində: -X1 13 noyabr 2024-cü il tarixdə X4 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni mal-qaranı yolda nəzarətsiz qoyması məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən: barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmədə verdiyi qismən etirafedici izahatı, şahidin məhkəmədə verdiyi izahatı, 13 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol, 13 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və məhkəməyəqədərki icraat zamanı toplanmış olan digər materiallarla, o cümlədən yol-nəqliyyat hadisəsinin digər iştirakçısı olan "Mercedes-Sprinter” markalı **- ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 məhkəməyəqədərki icraat zamanı verdiyi yazılı izahatla təsdiq edilir. -X1 13 noyabr 2024-cü il tarixdə X4 338.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır, belə ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Vİİİ Tağımının yol-patrul xidməti inspektoru, polis serjantı X2 İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X5 barəsində qəbul etdiyi 13 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı hissədə qanunsuz hesab edilməklə ləğv edilməli və həmin hissədə inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının X4 53.2-ci maddəsinə əsasən-həmin hissədə təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Şikayət qalan hissədə əsassız olduğundan təmin edilməməli və 13 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı hissəsi qanuni hesab edilməklə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Vİİİ Tağımının yol-patrul xidməti inspektoru polis serjantı X2 İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X5 barəsində qəbul etdiyi 13 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı hissədə ləğv edilsin və həmin hissədə inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının X4 53.2-ci maddəsinə əsasən-həmin hissədə təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin və 13 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı hissəsi qanuni hesab edilməklə dəyişdirilmədən saxlansın. Bu qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev.
Məhkəmə qərarları › İş №3(040)-230/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-230/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver