Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-232/2025 28.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi-Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X2, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Alırzalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, orta təhsilli, işləməyən, Kəlbəcər rayonunun Alırzalar kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Bərdə rayonu Qarabağ qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 327.8-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X3 tərəfindən tərtib olunmuş 13 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs 12 iyul 2025-ci il tarixdə “VAZ 21074 minik” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə sağlamlığa yüngül xəsarət yetirməklə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X1 tərəfindən 11 avqust 2025-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ın surətindən görünür ki, 12 iyul 2025ci il tarixdə saat 15 radələrində Şəxs idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillə Kəlbəcər rayonunun İstisu qəsəbəsi ərazisindən Çaykənd kəndi istiqamətində hərəkətdə olduğu vaxt manevr etmə qaydalarını pozması nəticəsində yolnəqliyyat hadisəsi törətməsi ilə Zərərçəkmiş şəxs “Yüngül” zərərvurmaya aid edilən bədən xəsarəti almasına səbəb olsa da, onun əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanmasının əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərini pozması araşdırma materialları ilə tam sübuta yetirildiyindən onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə material 14 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuş, işin baxılması 28 avqust 2025-ci il tarixə təyin edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi- Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı X1 tərəfindən yol-nəqliyyat hadisəsinin araşdırılması nəticəsində qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 avqust 2025-ci il tarixli qərarda Şəxs idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillə Kəlbəcər rayonu ərazisində hərəkətdə olduğu vaxt manevretmə qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsi törətməsi səbəbi ilə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs “Yüngül” zərərvurmaya aid edilən bədən xəsarəti alması, əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün material Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinə göndərilmiş və icraatlarına daxil olmuşdur. Tərəflərindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 13 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq bildirir ki, tərəflər hal-hazırda barışmışlar və zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında işə baxılıb müvafiq qərara qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək izahatında bildirmişdir ki, o, 12 iyul 2025-ci il tarixdə saat 15 radələrində idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillə Kəlbəcər rayonunun İstisu qəsəbəsi ərazisindən Çaykənd kəndi istiqamətində hərəkətdə olduğu vaxt manevr etmə qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsi törətməsi ilə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs “Yüngül” zərərvurmaya aid edilən bədən xəsarəti almışdır. Hazırda zərərçəkmişlə barışmışlar, zərərçəkmişin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillə Kəlbəcər rayonuna getmiş, qayıdanda yol-nəqliyyat hadisəsi baş vermiş və o, yüngül bədən xəsarəti almışdır. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, Şəxs 12 iyul 2025-ci il tarixdə saat 15:00 radələrində qanuni sahibliyində olan “VAZ 21074 minik” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili Kəlbəcər rayonunun İstisu qəsəbəsi ərazisindən Çaykənd kəndi istiqamətində idarə edərkən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində zidd olan təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-ci bəndində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. -327.8-ci maddəsinin hal-hazırda qüvvədə olan müddəalarına görə, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli olması 11 avqust 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar, 13 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilir. Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin xətanın baş verdiyi 12 iyul 2025-ci il tarixdə qüvvədə olmuş sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində: məsuliyyəti yüngülləşdirən hal- törətdiyi inzibati xəta əməlindən səmimi peşman olmasıdır (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, hərəkətlərində məsuliyyəti yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbehin tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin xətanın baş verdiyi zaman qüvvədə olmuş sanksiyası həddində 300 (üç yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-232/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-232/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver