Məhkəmə qərarları › İş №3(040)-238/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-238/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-238/2025 01.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, X5 barəsində qəbul edilmiş 12 avqust 2025-ci il tarixli EQ 29889337 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsinə dair X6 tərəfindən verilmiş şikayəti Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsi tərəfindən X2 barəsində qəbul edilmiş EQ 29889337 nömrəli 12 avqust 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə faktiki hallar: 12 avqust 2025-ci il tarixli EQ 29889337 saylı inzibati tənbehvermə haqqında elektron qərardan görünür ki, 23 sentyabr 1992-ci il doğumlu X5 11 avqust 2025-ci il tarixdə saat 23:39-da “DAF FTXF 105 yük” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini M-2 244.2 kilometr Ucar rayonu, Ucar şəhəri, Bakı istiqamətində idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, buna görə barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir (hüquqi istinad: İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə-fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir). Məhkəmənin hazırlıq icraatı zamanı hakim tərəfindən müəyyən edilmişdir ki, 12 avqust 2025-ci il tarixli EQ 29889337 saylı inzibati tənbehvermə haqqında elektron qərar şikayətverən X6 barəsində deyil, X5 barəsində qəbul edilmişdir. Məhkəmə (hakim) şikayətverən X3 12 avqust 2025-ci il tarixli EQ 29889337 saylı inzibati tənbehvermə haqqında qərardan verdiyi hazırki şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 128.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən verilmədiyindən, şikayət geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında qərardan şikayət vermə hüququ olan şəxslərin dairəsi aydın göstərilsə də (128.1-ci maddə), İnzibati Xətalar Məcəlləsində şikayət vermək hüququ olmayan şəxs tərəfindən verilmiş şikayətin geri qaytarılması nəzərdə tutulmamışdır (bununla belə, bu barədə qadağanedici norma da mövcud deyildir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəllə) 122.6-cı maddəsinin müddəalarından görünür ki, şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarını və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə (hakim) qəraraaldı: 12 avqust 2025-ci il tarixli EQ 29889337 saylı inzibati tənbehvermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət icraata götürülmədən geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar