Məhkəmə qərarları › İş №3(040)-239/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-239/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-239/2025 01.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, X4 barəsində qəbul edilmiş 06 avqust 2025-ci il tarixli EQ 29746364 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsinə dair X5 tərəfindən verilmiş şikayəti Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar yoxlayıb, müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsi tərəfindən X4 barəsində qəbul edilmiş EQ 29746364 nömrəli 06 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə faktiki hallar: 06 avqust 2025-ci il tarixli EQ 29746364 saylı inzibati tənbehvermə haqqında elektron qərardan görünür ki, 23 sentyabr 1992-ci il doğumlu X4 06 avqust 2025-ci il tarixdə saat 01:41-də “DAF FTXF 105 yük” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini M-2 47.9 kilometr Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, buna görə barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir (hüquqi istinad: İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir). Məhkəmənin hazırlıq icraatı zamanı hakim tərəfindən müəyyən edilmişdir ki, 06 avqust 2025-ci il tarixli EQ 29746364 saylı inzibati tənbehvermə haqqında elektron qərar X5 barəsində deyil, X4 barəsində qəbul edilmişdir. Məhkəmə (hakim) şikayətverən X2 06 avqust 2025-ci il tarixli EQ 29746364 saylı inzibati tənbehvermə haqqında qərardan verdiyi hazırki şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 128.1-ci maddəsində nəzərdə tutulmuş barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən verilmədiyindən, şikayət geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında qərardan şikayət vermə hüququ olan şəxslərin dairəsi aydın göstərilsə də (128.1-ci maddə), İnzibati Xətalar Məcəlləsində şikayət vermək hüququ olmayan şəxs tərəfindən verilmiş şikayətin geri qaytarılması nəzərdə tutulmamışdır (bununla belə, bu barədə qadağanedici norma da mövcud deyildir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəllə) 122.6-cı maddəsinin müddəalarından görünür ki, şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarını və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə (hakim) qəraraaldı: 06 avqust 2025-ci il tarixli EQ 29746364 saylı inzibati tənbehvermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət icraata götürülmədən geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar