Məhkəmə qərarları › İş №3(040)-253/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-253/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-253/2024 23.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, X3 barəsində qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli EQ24987783 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair X7 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 idarəsi (bundan sonra- Baş X12 İdarəsi) tərəfindən X4 barəsində qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli EQ24987783 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Baş X12 İdarəsi ona məxsus “Haval H6” markalı “**-ML-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli EQ24987783 nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbehvermə haqqında elektron qərar ləğv edilməli və təqsirli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq Daxili İşlər Nazirliyinə göndərilməlidir. Belə ki, “Haval H6” markalı “**- ML-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 10 dekabr 2024-cü il tarixdə o özü idarə etmişdir; nəqliyyat vasitəsi ona məxsus olduğuna və nəqliyyat vasitəsini o özü idarə etdiyinə görə, tərtib edilmiş protokoldan və qəbul edilmiş qərardan şikayət vermək hüququ ona məxsusdur. Bu səbəbdən də ləğv edilməlidir. Tərtib edilmiş protokolda dayanma və durma qaydalarının pozulduğu qeyd olunur, halbuku həmin ərazidə nəqliyyat vasitələrinin dayanması və durması qadağan edilmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin dördüncü hissəsinin altıncı bəndində qeyd edilir ki, 1.1-1.4 nişanlanma xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissələrinin kənarından 5 metrdən az yaxınlıqda nəqliyyat vasitəsinin dayanması qadağandır. İnzibati Xəta haqqında protokol İnzibati xətalar Məcəlləsinin 346.5-ci maddəsi üzrə tərtib edilmişdir. Maddəyə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına görə 40 manat cərimə edilir. Protokola əlavə edilmiş şəkillərdən görünür ki, nəqliyyat vasitəsi saxlandığı yerdə nəqliyyatın axınına heç bi maneə olmamaqla bərabər, 1.1-1.4 nişanlanma xətti də mövcuddur ki, bu da İnzibati Xətralar Məcəlləsinin 52-ci maddəsinin dördüncü hissəsinin 6-cı bəndinin istisnaları daxilıindədir. Şikayət məhkəməyə 11 dekabr 2024-cü il tarixdə daxil olmuş və baxılması üçün 23 dekabr 2024-cü il tarixə təyin eilmişdir. Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X7 22 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılaraq şikayətin təmin edilməsini və Baş X12 İdarəsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçinin vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət qanunsuzdur, belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər-deməli Əziz X1 barəsində qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli EQ24987783 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan şikayət vermək hüququna malik deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması halları əks olunmasa da, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsi həmin şikayətə baxılmasını mümkünsüz edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1 və 13.2-ci maddələrinin müddəalarından görünür ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər; əvvəlcə qanunun analogiyasından istifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 30 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1 və 13.2ci maddələri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.5-ci maddəsinə əsasən məhkəmə baxışından çıxarılmalı və şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli EQ24987783 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan X7 tərəfindən verilmiş şikayət “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1 və 13.2-ci maddələri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.5-ci maddəsinə əsasən məhkəmə baxışından çıxarılsın, şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar