Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-256/2025 29.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, X4 barəsində qəbul edilmiş 17 may 2025-ci il tarixli EQ/27983923 nömrəli, 12 iyun 2025-ci il tarixli EQ/28528776 nömrəli, 19 iyun 2025-ci il tarixli EQ/28689201 nömrəli, 28 iyun 2025-ci il tarixli EQ/28897794 nömrəli inzibati tənbehvermə haqqında qərarlardan X4 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 01 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 4WBY1MN, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla ünvan 2a yaşayan, tam orta təhsilli, işləməyən X1 Rayon Məhkəməsinə yazılı şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Naziriyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 17 may 2025-ci il tarixli EQ/27983923 nömrəli, 12 iyun 2025-ci il tarixli EQ/28528776 nömrəli, 19 iyun 2025-ci il tarixli EQ/28689201 nömrəli, 28 iyun 2025-ci il tarixli EQ/28897794 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “BYD Destroyer 05 Plug-ın Hibrid minik” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən 15 fevral 2025-ci il tarixdə Bakı şəhərində yol-patrul xidməti əməkdaşı tərəfindən barəsində qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Bakı Şəhər Baş Polis İdarəsi X11 idarəsinin rəisi, polis polkovniki X10 tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla sürücülük hüququ məhdudlaşdırılmışdır. O, həmin qərardan məhkəməyə şikayət vermişdir. Kəlbəcər Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 3(040)-38/2025 nömrəli qərarı ilə Bakı Şəhər Baş Polis İdarəsi X11 idarəsinin rəisi, polis polkovniki X8 15 fevral 2025-ci il tarixli İXP ******* inzibati xəta haqqında protokol əsasında onun barəsində qəbul etdiyi 18 fevral 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 327.7-ci maddələri ilə olan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməsi qərara alınmışdır. Həmin qərarın 03 aprel 2025-ci il tarixdə qəbul edilməsinə və qüvvəyə minməsinə baxmayaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutan 16 may 2025-ci il tarixli EQ/27983923 nömrəli, İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutan 12 iyun 2025ci il tarixli EQ/28528776 nömrəli, İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutan 19 iyun 2025-ci il tarixli EQ/28689201 nömrəli və İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutan 28 iyun 2025-ci il tarixli EQ/28897794 nömrəli elektron qərarlar qəbul edilmişdir. Həmin dövr ərzində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış kimi göstərilərək hər bir elektron qərar üzrə İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Qeyd edir ki, həmin qərarlarla razı deyil. Belə ki, sözügedən elektron qərarlar qəbul edildiyi dövrdə Kəlbəcər Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 3(040)-38/2025 saylı qərarı ilə sürücülük hüququnun məhdudlaşdırılması barədə qərara və işin icraatına xitam verilmiş, lakin aidiyyəti qurum elektron sistemində sürücülük hüququnun məhdudlaşdırılmasına xitam verməmişdir. Buna görə də ona əsassız olaraq cərimə hesablanmışdır. O, bununla bağlı dəfələrlə Bakı Şəhər Baş Polis İdarəsi X11 idarəsinə və Baş X11 İdarəsinə yaxınlaşsa da, hələ apellyasiya şikayəti verəcəklərini bəhanə gətirərək sürücülük vəsiqəsini ona verməmiş, sürücülük hüququnun məhdudlaşdırılmasına xitam verməmişlər. Bakı Şəhər Baş Polis İdarəsi X11 idarəsi Kəlbəcər Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 3(040)-38/2025 nömrəli qərarından apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2025-ci il tarixli 3(104)-411/2025 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 3(040)-38/2025 nömrəli qərarının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra o, yenə də aidiyyəti orqanlara yaxınlaşaraq sürücülük vəsiqəsini və qəbul edilmiş elektron qərarlara düzəliş edilməsini tələb etsə də, buna məhəl qoymamışlar. Ona şifahi qaydada məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Hazırda həmin elektron qərarlar üzrə tətbiq edilmiş cərimələrin üzərinə dəbbə pulu hesablanmışdır və onun həmin cərimə və dəbbə pullarını ödəməyə imkanı yoxdur. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 idarəsi tərəfindən X4 barəsində qəbul edilmiş 17 may 2025-ci il tarixli EQ/27983923 nömrəli, 12 iyun 2025-ci il tarixli EQ/28528776 nömrəli, 19 iyun 2025-ci il tarixli EQ/28689201 nömrəli, 28 iyun 2025-ci il tarixli EQ/28897794 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarlar ilə X2 Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinib, hər bir elektron qərara əsasən, 400 (dörd yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərarından şikayət, prokuror isə protest verə bilər. Şikayət məhkəməyə 18 sentyabr 2025-ci il tarixdə daxil olmuş, iş üzrə məhkəmə baxışı iclası 29 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə iclаsının vахtı və yеri bаrədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq X4 məhkəmə iclasına gəlməmiş; 29 sentyabr 2025-ci il tarixdə məhkəmənin dəftərxanasına ərizə təqdim edərək, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 3(040)-38/2025 nömrəli qərarının surətindən görünür ki, Bakı Şəhər Baş Polis İdarəsi X11 idarəsinin rəisi, polis polkovniki X8 15 fevral 2025-ci il tarixli İXP ******* inzibati xəta haqqında protokol əsasında X4 barəsində qəbul etdiyi 18 fevral 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 327.7-ci maddələri ilə olan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 15 avqust 2025-ci il tarixli 3(104)-411/2025 nömrəli qərarının surətindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 3(040)- 38/2025 nömrəli qərarının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilməli olan normalar: Azərbaycan Respublikası Konstitusiyasının: -125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; -127-ci maddəsinin 8-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur; -129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin: -332.3-cü maddəsindən görünür ki, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir; -8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir; -53.1 və 53.1.1-ci maddələrindən görünür ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; -53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; -84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; -115.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası; -134.1 və 134.1.3-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; -135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır; -139.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir; -139.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır; -146.1-ci maddəsinə əsasən, bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar (inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir) istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir; -146.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı dayanır, belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır; -152.1 və 152.2-ci maddələrindən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir; -152.5-ci maddəsinə əsasən, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə şikayəti və iş üzrə tədqiq edilmiş digər materialları araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, X3 İnzibati Xətalar Məcəlləsinin 332.3-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) maddəsində nəzərdə tutulmuş xətanı törətdiyini təsdiq edən mötəbər sübutlar inzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqana bütün sübutların, o cümlədən iş üzrə audio və videoyazıların təqdim edilməsi üçün sorğu göndərilmiş buna baxmayaraq, iş üzrə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. X3 nəqliyyat vasitəsindən istifadə hüququnun məhdudlaşdırılmasını ləğv edən Kəlbəcər Rayon Məhkəməsinin şəxsə məhdudiyyət müəyyən edən Bakı Şəhər Baş Polis İdarəsi X11 idarəsinin rəisi, polis polkovniki X8 15 fevral 2025-ci il tarixli İXP ******* inzibati xəta haqqında protokol əsasında X4 barəsində qəbul etdiyi 18 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərarının X9 müvafiq elektron informasiya sistemində əks olunmaması hazırki halda şəxsin mütləq qaydada İnzibati Xətalar Məcəlləsinin 332.3-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qənaətinə gəlməyə əsas vermir, belə ki, Kəlbəcər Rayon Məhkəməsinin məhdudiyyəti aradan qaldıran 03 aprel 2025-ci il tarixli 3(040)- 38/2025 saylı qanuni qüvvəyə minmiş qərarı aidiyyəti orqan tərəfindən icra edilməmiş olarsa da, bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əleyhinə şərh edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından (8.2-ci maddə) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir- deməli, təqsirin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (səlahiyyətli vəzifəli şəxsin) üzərinə düşür. X3 barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında elektron qərarlarda əks olunmuş xüsusatları, o cümlədən Bakı Şəhər Baş Polis İdarəsi X11 idarəsinin rəisi, polis polkovniki X8 15 fevral 2025-ci il tarixli İXP ******* inzibati xəta haqqında protokol əsasında X4 barəsində qəbul etdiyi 18 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə olub-olmamasını, qərarın icrasının dayandırılıb-dayandırılmamasını araşdırmağa borclu olduğu halda həmin halları araşdırmamış, nəticədə X3 barəsində qanunsuz və əsassız qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.3-cü maddələrinin müddəalarından görünür ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılması nəticəsində hesab edir ki, X3 İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində tərtib edilmiş 17 may 2025-ci il tarixli EQ/27983923 nömrəli, 12 iyun 2025-ci il tarixli EQ/28528776 nömrəli, 19 iyun 2025-ci il tarixli EQ/28689201 nömrəli, 28 iyun 2025-ci il tarixli EQ/28897794 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarlar qanunsuz hesab edilməklə ləğv edilməli və X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə hazırki inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasəninzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1, 134.1.3 və 135.1.5-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 idarəsi tərəfindən X4 barəsində qəbul edilmiş 17 may 2025-ci il tarixli EQ/27983923 nömrəli, 12 iyun 2025-ci il tarixli EQ/28528776 nömrəli, 19 iyun 2025-ci il tarixli EQ/28689201 nömrəli, 28 iyun 2025ci il tarixli EQ/28897794 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarlar ləğv edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən- inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-256/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-256/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver