Məhkəmə qərarları › İş №3(040)-271/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-271/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-271/2025 20.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs- Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxssinin nümayəndəsi – tibb hissə rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi, mayor X2 iştirakı ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxssinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax-Tovuz regional şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxssinin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax-Tovuz regional şöbəsində (bundan sonra: X9 Xidmətinin Qazax-Tovuz regional şöbəsi) tərtib olunmuş material baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: X9 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin əmək müfəttişi X8 tərəfindən tərtib edilmiş 09 sentyabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxssinin nümayəndəsi – tibb hissə rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi, mayor X7 təmsil etdiyi hüquqi şəxsin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi ilə razı olmayaraq izahatında bildirmişdir ki, həqiqətən X3 hərbi hissə komandiri, kadr xidməti tərəfindən kifayət qədər hörmətlə yanaşılmış, şəxsin yaşına, xəstəliyinə kifayət qədər diqqət göstərilmişdir. Həmçinin onun xəstəliyi barədə həkimdən daxil omuş məlumatda onun 80 faiz sağlamlığını itirdiyi qeyd olunmuşdur. Etibar İsgəndərov madditexniki təminat taqımının gözətçi mühafizə bölməsinin ikinci dərəcəli gözətçi vəzifəsi ilə hərbi hissədə işə başlamış, daha sonra onun səhhəti ilə əlaqədar olaraq vəzifəsi dəyişdirilərək, 02 may 2024-cü il tarixdən maddi-texniki təminat taqımının mənzil istismar hissəsinin ventilyasiya sistemləri məntəqəsinin ikinci dərəcəli operatoru vəzifəsinə keçirilmişdir. Etibar İsgəndərov səhhəti ilə əlaqədar olaraq işləyə bilmədiyinə görə öz arzusu ilə ərizə yazaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. X9 Xidmətinin müvafiq sorğu məktubu hərbi hissəyə gec daxil olduğundan məktuba cavab verilməsi də gecikmişdir. Məktuba gec cavab verilməsi onlardan asılı olmayan səbəbdən baş vermişdir. Belə ki, X9 Xidmətinin məktubu hərbi hissəyə N iyul 2025-ci il tarixdə daxil olmuş, 26 iyul 2025-ci il tarixdə məktuba cavab verilmişdir. İş materiallarında olan: X9 Xidməti tərəfindən Şəxs komandirinə ünvanlanmış məktubdan (X9 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən iş materiallarına əlavə edilmiş həmin məktubun tarixi və nömrəsi yoxdur-hakimin qeydi) görünür ki, X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 (yeddi) iş günü ərzində X9 Xidmətinin Qazax-Tovuz regional şöbəsinə təqdim edilməsi xahiş olunur. İş materiallarında olan: Şəxs komandirinin nizami hissə üzrə 27 iyun 2023-cü il tarixli 176 nömrəli əmrindən görünür ki, X1 maddi-texniki təminat taqımının gözətçi mühafizə bölməsinin ikinci dərəcəli gözətçisi vəzifəsinə təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan: Şəxs komandirinin nizami hissə üzrə 02 may 2024-cü il tarixli 129 nömrəli əmrindən görünür ki, X1- gözətçi mühafizə bölməsinin gözətçisi 02 may 2024-cü il tarixdən maddi-texniki təminat taqımının mənzil istismar hissəsinin ventilyasiya sistemləri məntəqəsinin ikinci dərəcəli operatoru vəzifəsinə keçirilməsi əmr edilmişdir. İş materiallarında olan: Şəxs komandiri, tibb xidməti polkovniki Hüseyn Əliyevə ünvanlanmış, Etibar İsgəndərov tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, Etibar İsgəndərov Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (öz arzusu ilə) işdən azad olunmağı üçün köməklik göstərilməsini xahiş edir. İş materiallarında olan: Şəxs komandirinin nizami hissə üzrə 08 may 2025-ci il tarixli 128 nömrəli əmrindən görünür ki, X1- maddi-texniki təminat taqımının mənzil istismar hissəsinin ventilyasiya sistemləri məntəqəsinin ikinci dərəcəli Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçi öz arzusu ilə) əsasən, 08 may 2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, X6 21 aprel 2025-ci il tarixdən “İ42.8 digər kardiomiopatiyalar, digər Z95.0 süni ürək ritmi aparıcısının olması, ürək ritmini requlyasiya edən peysmeykerin olması” diaqnozu, orqanizmin finkasiyalarının 80 faiz pozulması ilə müddətsiz ikinci dərəcəli əlildir. Əmək zəmanəti-oturaq şəraitdə yüngül işlərdə işləyə bilər. İş materiallarında olan: X9 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 22 sentyabr 2025-ci il tarixli MN № ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddətin müəyyən olunması qərara alınmışdır. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. İş materiallarında olan: Şəxs N nömrəli reyestrindən görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax-Tovuz regional şöbəsinə 26 iyul 2025-ci il tarixdə zərf göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; -5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir, bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -75.0.-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallarımüəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir Məhkəmə araşdırması nəticəsində: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxssinin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxssi barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə hazırki icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Belə ki, iş materiallarından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxssi tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi halı məhkəmə icraatı zamanı öz təsdiqini tapmamaqla bərabər, inzibati xəta haqqında icraatı başlamış orqan məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirliliyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Nəticədə, iş üzrə İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən müəyyən edilməli olan hallar müəyyənləşdirilmədən qalmışdır. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsindən görünür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxssi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə aparılan hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar