Məhkəmə qərarları › İş №3(040)-284/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-284/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-284/2025 23.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan - Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsi - İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx xxxxx 1974-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yuxarı ayrım kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, tam orta təhsilli, işləməyən, Kəlbəcər rayonu Yuxarı ayrım kəndində qeydiyyatda olan, Gəncə şəhəri “Yeni qəsəbə-1500” bina 7, mənzil 14-də məskunlaşan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı Elmir Qəhrəmanov tərəfindən tərtib olunmuş 23 sentyabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Gəncə şəhəri Yeni qəsəbə ərazisində Çingiz X1 383 manat pul alaraq qaytarmamışdır. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 07 sentyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X7 28 avqust 2025-ci il tarixdə saat 12:32-də X10 “102” xidmətinə zəng edərək Şəxs ondan dörd ay əvvəl xaricdə işə düzəlməsi üçün sənəd düzəldəcəyi adı ilə 383 (üç yüz səksən üç) manat pul aldığını, lakin sənədləri hazır etmədiyini bildirmişdir; araşdırma zamanı izahatı alınmış X7 29 avqust 2025-ci il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, dostu və tanışı Şəxs 2025-ci ilin aprel ayında pasport məsələsini həll etmək üçün ondan pul almasını, lakin Şəxs vədinə əməl etmədiyini, həmçinin pulu qaytarmadığını bildirmişdir; material üzrə izahatı alınmış X7 izahatında yuxarıda göstərilən müraciətindəki xüsusatları təsdiq etmiş, 19 aprel 2025-ci il, 20 aprel 2025-ci il və 22 aprel 2025-ci il tarixlərdə onlayn qaydada Çingizin “**********696066” nömrəli bank hesabına rus rublu ilə 20000 (iyirmi min) rubl pul göndərdiyini, həmin vaxt üzrə Azərbaycan Respublikasındakı məzənnənin 383 (üç yüz səksən üç) manat olmasını, Çingiz həmin pulu qəbul etdikdən sonra onun zənglərinə cavab vermədiyini, cavab verdikdə isə müxtəlif bəhanələr gətirdiyini, o bundan sonra dəfələrlə Çingizlə əlaqə saxlayaraq gəlməyəcəyi halda pulu geri qaytarmasını istədiyini, lakin Çingizin pulu qaytarmadığını, bu məsələdən başqa Çingizə dəfələrlə borc olaraq pul göndərdiyini, lakin Çingizin bu borcu da qaytarmadığını, baş vermiş hadisəyə görə Çingizdən şikayətçi olduğunu və Çingizin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir; material üzrə izahatı alınmış Şəxs izahatında X5 onun barəsində etdiyi şikayətlə tanış olduğunu, X11 rayonunda olduğu zamanlarda qonşu olduğunu, Nəcəflə təxminən beş-altı ay əvvəl danışdığı zaman Nəcəfə işə ehtiyacı olduğunu dediyini və Nəcəf oradakı müdiri olan lakin onun şəxsən tanımadığı şəxslə onu əlaqələndirdiyini, bu zaman Rahibin yanına işləməyə getmək istədiyini və Rusiyaya getmək üçün pulunun olmadığını dediyini, bu vaxt Rahib ona “gəlmək üçün nə qədər pula ehtiyacın var, mən göndərim” dedikdə pasport və sənədlərini düzəltmək üçün təxmini 300 (üç yüz) manat ehtiyacının olduğunu dedikdə Rahib ona “narahot olma, həll edərəm” demiş, bundan sonra Rahib Nəcəfin vasitəsi ilə onun “**********696066” nömrəli kart hesabına rus pulu ilə 20000 (iyirmi min) rubl pul göndərdiyini, həmin vaxt üzrə məzənnənin 383 (üç yüz səksən üç) manat təşkil etdiyini, həmin pulu qəbul etdikdən Rusiyaya getmək fikrindən vaz keçdiyini. Bundan sonra Nəcəf dəfələrlə onunla əlaqə saxlayaraq gəlməyəcəyi halda halda pulu geri qaytarmasını istədiyini, lakin o, pulu geri qaytarmadığını, Nəcəf tərəfindən ona göndərilmiş və qəbul etdiyi həmin 383 (üç yüz səksən üç) manatı Nəcəf Quliyevə geri qaytaracağına söz verdiyini, bu məsələdən başqa Nəcəf Quliyevdən borc olaraq bir neçə dəfəpul aldığını, lakin həmin borcunu da qaytarmadığını, dələduzluq niyyətini dərk edərək bu əməli törətdiyini bildirmişdir; araşdırma nəticəsində Şəxs 19 aprel 2025-ci il, 20 aprel 2025-ci il və 22 aprel 2025-ci il tarixli əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinin pozulması sübuta yetirilsə də, onun əməlində çinayət tərkibi olmadığından, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanmasının əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilməsi, eyni zamanda Şəxs 19 aprel 2025-ci il, 20 aprel 2025-ci il və 22 aprel 2025-ci il tarixli əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinin pozulması sübuta yetirildiyindən, həmin maddə ilə barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan - Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsi - İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X8 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs ilə Rusiyaya getmək adı ilə X2 vasitasəilə 383 (üç yüz səksən üç) manat məbləğində pul almış, daha sonra həmin pulu qaytarmamışdır. Nəcəf Quliyev ondan şikayət etmiş, həmin faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 07 sentyabr 2025-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından, qərarın surəti müvafiq tədbir görülməsi üçün Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də 23 sentyabr 2025-ci il tarixdə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində tərtib olunmuş 23 sentyabr 2025-ci il tarixli “MN № 1964869” nömrəli inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, 2025-ci ilin yaz aylarında Rusiyada işləməyə getmək üçün sənəd düzəltmək adı ilə X3 383 (üç yüz səksən üç) manat məbləğində pul almış, sonra övladının səhhətində problem yarandığı və müalicə olunduğu üçün Rusiyaya gedə bilməmiş, eyni zamanda pulu qaytara bilməmiş, pul borc olaraq onda qalmışdır; Nəcəfdən pulu aldığı dörd aydır. Nəcəf ona zəng edərək pulunu istəmiş, o, Nəcəfə pulunu qaytara bilməyəcəyini demişdir. Nəcəfin polisə müraciət edəcəyini düşünməmişdir. Bir ay vaxt verilsə borcunu ödəyə bilər. Əvvəllər məhkumluğu olmayıb. Törətdiyi inzibati xəta əməlindən peşmandır. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsindən görünür ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs X3 etibardan sui-istifadə etmə və aldatma, yəni dələduzluq yolu ilə 383 (üç yüz sksən üç) manat məbləğində pul alması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun 07 sentyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, inzibati xəta haqqında protokol, və işin digər sənədləri ilə tam sübuta yetirilir. Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməklə, barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: -32-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. -72-ci maddəsinin 2-ci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İnzibati Xətalar Məcəlləsinin: -9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş üzrə: İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında icraatı rədd edən hallar yoxdur. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal-səmimi peşmançılığı və İnzibati Xətalar Məcəlləsinin 33cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətada məsuliyyətini yüngülləşdirən bir halın olmasını və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbehin 160 (yüz altmış) saat müddətində tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nın 28.3-1-ci maddəsinin tələbinə əsasən Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində bаrəsində 160 (yüz altmış) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Tənbehin əvvəli tənbehin icrasına başlanıldığı vaxtdan hesablansın və gün ərzində dörd saatdan çox olmamaqla tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərаrın icrаsı Şəxs yaşayış yeri üzrə icra və probasiya qurumuna həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar