Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-298/2025 08.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: “İnzibati Xətalar Məcəlləsi”) 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X1 tərəfindən tərtib edilmiş 17 sentyabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir (Material Kəlbəcər Rayon Məhkəməsinə 25 sentyabr 2025-ci il tarixdə daxil olmuşdur- iş № 3(040)-298/2025, baxılması 08 oktyabr 2025-ci il tarixə təyin edilmişdir). 3(040)-298/2025 nömrəli işin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X1 tərəfindən tərtib edilmiş 17 sentyabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir (Material Kəlbəcər Rayon Məhkəməsinə 25 sentyabr 2025-ci il tarixdə daxil olmuşdur-iş № 3(040)-296/2025, baxılması 08 oktyabr 2025-ci il tarixə təyin edilmişdir). Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan “3(040)- 298/2025” nömrəli iş İXP ******* nömrəli protokol üzrə Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan “3(040)-296/2025” nömrəli işə birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan “3(040)-298/2025” nömrəli iş Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan “3(040)-296/2025” nömrəli işə birləşdirilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-298/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-298/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver