Məhkəmə qərarları › İş №3(040)-3/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-3/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-3/2024 18.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Azərbaycan Respublikasının Tərtər rayonunun Şəhriyar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işləməyən, Laçın rayonunun Zerti kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, Tərtər rayonunun Şıxarx kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş 18 yanvar 2024-cü il tarixli “MN № 1423048” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 17 yanvar 2024-cü il tarixdə xüsusi icazə olmadan Kəlbəcər rayonunun Mehmana kəndi ərazisinə daxil olmuş və orada xidmət edən polis əməkdaşları ilə kobud rəftar etmişdir bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis mayoru Babək Allahverdiyev tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, 17 yanvar 2024-cü il tarixdə Qazax Rayon Polis X9 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı X6 və Gəncə şəhər Daxili Qoşunların giziri X1 Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə telefonla məlumat verib bildirmişlər ki, 17 yanvar 2024-cü il tarixdə saat 11:45-də Kəlbəcər rayonu Mehmana kənd ərazisində işğaldan azad olunmuş ərazilərə daxil olmaq üçün xüsusi icazələri olmayan 31 yanvar 1988-ci ildə Laçın rayonunun Zerti kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olan, hazırda Tərtər rayonunun Şıxarx kəndində yaşayan Şəxs və xx xxxxxx 1996-cı ildə Tərtər rayonunun Şəhriyar qəsəbəsində doğulmuş, Tərtər rayonunun Şıxarx kəndində yaşayan, Laçın rayonunun Zerti kəndində qeydiyyatda olan Şəxs saxladıqlarını bildirmişlər (raportverən həmin məlumatın araşdırılması üçün müvafiq əməkdaşa göstəriş verilməsini rəisdən xahiş edir). İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X5 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 17 yanvar 2024-cü il tarixdə digər şəxs Qədir Vəliyevlə birlikdə xüsusi icazə olmadan Kəlbəcər rayonu ərazisinə keçmiş və orada ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 17 yanvar 2024-cü il tarixdə qanunsuz yolla, yəni, bunun üçün xüsusi icazə sənədi almadan, nəzarət postlarından yayınaraq özbaşına digər bir nəfər şəxslə birlikdə Kəlbəcər rayonu ərazisinə (səfər üçün xüsusi icazə alınması tələb olunan əraziyə) getmiş, həmin gün Kəlbəcər rayonunun Mehmana kəndi ərazisində xidmətdə olan Qazax Rayon Polis X9 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı X6 və Gəncə şəhər Daxili Qoşunların giziri X4 tərəfindən saxlanılmaq istəyərkən polisə öz narazılığını bildirərək tabe olmaq istəməmiş, sənədləri yoxlanılarkən mühafizə olunan əraziyə icazəsiz daxil olduğu aşkar edilmişdir; o, əvvəlcə polis şöbəsinə getməkdən imtina etmiş, daha sonra Kəlbəcər Rayon Polis Şöbəsinə gətirilmişdir, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. O, tərtib etdiyi 18 yanvar 2024-cü il tarixli “MN № 1423048” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 17 yanvar 2024-cü il tarixdə Qədir Vəliyevlə birlikdə Kəlbəcər rayonunun işğaldan azad edilən ərazilərinə getmək qərarına gəlmiş, Kəlbəcər rayonunun Mehmana kəndində polis əməkdaşları onu saxlayıb Kəlbəcər rayonuna keçmək üçün xüsusi icazəsinin olub-olmadığını soruşmuşdur. Onun Kəlbəcər rayonuna keçmək üçün xüsusi icazəsi olmamışdır. Bu zaman polis əməkdaşları onları Kəlbəcər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verəcəklərini və barələrində tədbir görüləcəyini bildirəndə o, polis əməkdaşına öz narazılığını bildirərək əvvəlcə getmək istəməmişdir. Bundan sonra polislər onu və Ramili Kəlbəcər Rayon Polis Şöbəsinə aparmışlar. Hazırda Kəlbəcər rayonu ərazisinə icazəsiz daxil olduğuna və polisin qanuni tələbinə dərhal tabe olmamasından səmimi peşmandır, gələcəkdə bu cür nöqsanlara yol verməyəcək və polisin qanuni tələblərinə əməl edəcəkdir. Məhkəmədən, barəsində ən yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin: İ hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; İİ hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; İİİ hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin: İ hissəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; İİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; İİİ hissəsinə əsasən, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. “İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 1-ci və 2-ci bəndlərində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması, müvafiq ərazilərin müvəqqəti komendantlarının təyin edilməsi və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi, 8-ci bəndində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 17 yanvar 2024-cü il tarixdə bunun üçün xüsusi icazə alınması tələb edildiyi halda xüsusi icazə olmadan xüsusi girişçıxış rejimi olan əraziyə- Kəlbəcər rayonu ərazisinə özbaşına keçmiş, 17 yanvar 2024-cü il tarixdə Kəlbəcər rayonunun Mehmana kəndi ərazisində xidmətdə olan Qazax Rayon Polis X9 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı X6 və Gəncə şəhər Daxili Qoşunların giziri X4 tərəfindən saxlanılaraq sənədləri yoxlanılarkən, ictimai qaydanı mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi özünün etirafedici izahatı və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- törətdiyi əməldən səmimi peşman olmasıdır, iş üzrə məsuliyyəti ağırlaşdıran hal- yoxdur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və (və ya) protest verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar