Məhkəmə qərarları › İş №3(040)-3/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-3/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-3/2025 06.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Proses iştirakçılarının iştirakları olmadan, X6 barəsində qəbul edilmiş 06 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X6 (17 mart 1986-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:1UK97XJ, Kəlbəcər şəhəri, A.Qurbanov küçəsi, ev 30-da yaşayış yeri üzrə qeydiyyatda olan) Kəlbəcər Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Bakı şəhər X9 İdarəsinin Yol Patrul xidməti tərəfindən onun barəsində 06 dekabr 2024-cü il tarixdə İXP ******* nömrəli protokolla bağlı tərtib edilmiş TP ******* nömrəli qərarın ləğv edilməsinə və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DYPİ Yol Patrul Xidməti tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli protokola əsasən TP ******* nömrəli qərar qəbul edilmişdir. Lakin o, bu protokol və qərarla razı deyildir. Belə ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri DYPİ Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən saxlanılaraq qırmızı işıqda keçdiyi ona bildirilmişdir. O, qırmızı işıqda keçmədiyini bildirmiş və əgər keçmişdirsə bununla bağlı xüsusi texniki vasitələrlə çəkilmiş videolentin və ya şəkillərin göstərilməsini tələb etməsinə baxmayaraq ona heç bir videgörüntü və ya şəkil göstərmədən protokol tərtib etmişdir. xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş TP ******* nömrəli qərardan razı olmadığından xx.xx.2024- cü il tarixdə DİN-ə bu barədə şikayətlə müraciət etmişdir. Belə ki, həmin qərarlardan "İnzibati icraat haqqında" AR Qanununa əsasən yuxarı instansiya orqanına və məhkəməyə müraciət edilməsi müəyyən edildiyindən və sadalanan qərarlarda şikayət müddətinin 20 gün göstərilməsinə baxmayaraq yuxarı instansiya orqanına müddət keçmədən müraciət etmişdir. Lakin yuxarı instansiya orqanı şikayətini vaxtında dəyərləndirməmiş və sonuncu dəfə şikayət ərizəsi ilə müraciət etdikdən sonra yenə də ona cavab məktubu ünvanlamışdırlar. Bununla razı olmadığından məhkəməyə şikayət etmək qərarına gəlmiş və müddətin qeyd etdikləri ilə nəzərə alınmasını xahiş edir. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolla razı deyil və hesab edir ki, bu protokol heç bir əsas olmadan tərtib edilmiş və həmin protokol əsasında qəbul edilən TP ******* nömrəli qərar xitam edilməlidir. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 idarəsinin yol-patrul xidməti inspektoru, polis kiçik serjantı X3 tərəfindən X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 06 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 idarəsinin yol-patrul xidməti inspektoru, polis kiçik serjantı X2 06 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş üzrə məhkəmə baxışı iclası ilk dəfə 17 yanvar 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 27 yanvar 2025 və 06 fevral 2025-ci il tarixlərə təxirə salınmışdır. 06 fevral 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) X6 və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş orqana ünvanlanmış sorğu (iş üzrə bütün sübutların, o cümlədən protokol və qərarın təsdiqlənmiş surətlərinin, həmçinin audio və video yazıların məhkəməyə göndərilməsi barədə) cavablandırılmamış qalmışdır. Şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) X6 04 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) X6 və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan (Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş): Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 idarəsinin yolpatrul xidməti inspektoru, polis kiçik serjantı X3 tərəfindən X6 barəsində tərtib edilmiş 06 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 06 dekabr 2024-cü il tarixdə saat 14:04-də “Chevrolet Malibu minik” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilmişdir. İş materiallarında olan (Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş): Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 idarəsinin yolpatrul xidməti inspektoru, polis kiçik serjantı X3 tərəfindən qəbul edilmiş 06 dekabr 2024cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 barəsində tərtib edilmiş 06 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə materiallara baxaraq müəyyən edilmişdir ki, X6 06 dekabr 2024-cü il tarixdə saat 14:04-də Bakı, Özbəkistan, 7, GPS:40.4190152,49.9288245 koordinatında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında X4 06 dekabr 2024-cü il tarixdə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməklə nəqliyyat vasitəsini idarə etməsini təsdiq edən sübut yoxdur. Məhkəmə icraatı zamanı məhkəmə tərəfindən bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 idarəsinə ünvanlanmış müvafiq sorğular cavablandırılmamış qalmışdır. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir -84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -134.1 və 134.1.3-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. -53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, X4 İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə nəzərdə tutulmuş xətanın- svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə dair sübutlar inzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqana sübutların təqdim edilməsi üçün sorğu göndərilmiş, buna baxmayaraq, müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, təqsirin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (səlahiyyətli vəzifəli şəxsin) üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.3-cü maddələrinin müddəalarından görünür ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə hesab edir ki, X4 təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində tərtib edilmiş 06 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz hesab edilməli, həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 06 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilməli və X6 barəsində hazırki inzibati xəta haqqında iş üzrə (İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə) icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-həmin xətanın törədilməsində Əli Cəfərovun təqsirliliyi sübuta yetirilmədiyinə görə- xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115.1 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 idarəsinin yol-patrul xidməti inspektoru, polis kiçik serjantı X3 tərəfindən X6 barəsində tərtib edilmiş 06 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz hesab edilsin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 idarəsinin yol-patrul xidməti inspektoru, polis kiçik serjantı X2 X6 barəsində qəbul etdiyi 06 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilsin. X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar