Məhkəmə qərarları › İş №3(040)-314/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-314/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-314/2025 02.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, X2 barəsində qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli protokol üzrə inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında baxaraq, müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, ona qarşı qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli protokol üzrə inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir (şikayətə hər hansı sənəd, o cümlədən prosessual müddətin bərpasına dair vəsatət əlavə edilməmişdir). Məhkəmə (hakim) şikayətverən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs) X2 09 yanvar 2025-ci il tarixli İXP ******* saylı protokol üzrə inzibati tənbehvermə haqqında qərardan verdiyi hazırki şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 126.1-ci maddəsində nəzərdə tutulmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən və şikayətə prosessual müddətin bərpasına dair vəsatət əlavə olunmadığından, şikayət icraatdan çıxarılmalı və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında qərardan şikayət vermə müddəti aydın göstərilsə də (126.1-ci maddə), İnzibati Xətalar Məcəlləsində müddət ötürülməklə verilmiş şikayətin geri qaytarılması nəzərdə tutulmamışdır (bununla belə, bu barədə qadağanedici norma da mövcud deyildir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəllə) 391.3 və 391.3.5-ci maddələrinin müddəalarından görünür ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul etmək hüququna malikdir. Şikayətverənə əlavə olaraq izah edilir ki, yuxarıda qeyd olunan nöqsan aradan qaldırılmaqla, yəni şikayətə müddətin bərpasına dair vəsatət əlavə edilməklə yenidən şikayət vermək hüququ istisna edilmir Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarını və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3 və 391.3.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə (hakim) qəraraaldı: 09 yanvar 2025-ci il tarixli İXP ******* saylı protokol üzrə inzibati tənbehvermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən verilmiş şikayət icraatdan çıxarılsın və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar