Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-32/2025 06.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, X2 barəsində qəbul edilmiş 30 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, onun barəsində qəbul edilmiş 30 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, geri qaytarılmalıdır. Belə ki, şikayət onu verən şəxs tərəfindən imzalanmadan məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması halları əks olunmasa da, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsi həmin şikayətə baxılmasını mümkünsüz edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1 və 13.2-ci maddələrinin müddəalarından görünür ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər; əvvəlcə qanunun analogiyasından istifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 387.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır. Hesab edirəm ki, şikayət onu verən şəxs X4 tərəfindən imzalanmadan məhkəməyə göndərildiyindən şikayətə əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: X4 barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-32/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-32/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver