Məhkəmə qərarları › İş №3(040)-342/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-342/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-342/2025 12.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan - Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsi - İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xətra haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə baxaraq, müəyyənetdi: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 10 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir (material 12 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Protokolda qeyd edilir ki, Şəxs 08 sentyabr 2025-ci il tarixdə atası Zərərçəkmiş şəxs döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini etiraf edərək, zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olduğunu, bir də belə əmələ yol verməyəcəyini bildirmiş, nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). Əlavə olaraq bildirmişdir ki. atası hal-hazırda xəstə olduğundan, məhkəmə iclasında iştirak edə bilmir. Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Kəlbəcər Rayon Məhkəməsinin iclas katibi Heydərov Turxan İsmixan oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “SMS” göndərərək, oğlu Şəxs heç bir şikayət və tələbi olmadığına görə işə xitam verilməsini xahiş etmişdir. Bundan başqa, məhkəmə iclasında “VhatsApp” tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs ilə görüntülü əlaqə yaradılmış, Zərərçəkmiş şəxs oğlu Şəxsla barışdığını və Şəxs şikayət və tələbinin olmadığını bildirmiş, inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan - Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsi - İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə, inzibati xəta haqqinda işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən (inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə) xitam verilməsi mümkündür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məhkəmədə baxılan inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən- inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə xitam xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.2,115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində 10 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən-inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar