Məhkəmə qərarları › İş №3(040)-35/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-35/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-35/2025 03.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X7, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Gəncə Şəhər Baş Polis İdarəsi Əlahiddə yol-patrul xidməti bölüyünün yol-patrul xidməti inspektoru, polis baş serjantı X6 iştirakı ilə, Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət X17 inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X5 qəbul etdiyi 14 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs X13 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: (29 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keştək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:37F3PFD, Kəlbəcər rayonunun Həsənlər kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, ali təhsilli) X4 Şəhər Baş Polis İdarəsi Əlahiddə yol-patrul xidməti bölüyünün yol-patrul xidməti inspektoru, polis baş serjantı X6 onun barəsindəki 30 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və həmin protokol əsasında Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət X17 inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X5 qəbul etdiyi 14 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından yazılı şikayət verərək, barəsində qəbul edilmiş həmin qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X13 məhkəməyə əlavə ərizə təqdim edərək, Gəncə Şəhər X3 barəsində olan 14 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 30 yanvar 2025-ci il tarixdə saat 09:05 radələrində özünə məxsus olan “Mercedes” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman heç bir yol hərəkəti qaydası pozmadığı və qəza vəziyyəti yaratmadığı halda Gəncə şəhərinin yol-patrul xidməti əməkdaşı onun barəsində qeyri-qanuni olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 327.2-ci maddəsi ilə 100 (yüz) manat cərimə edilməsini nəzərdə tutan protokol tərtib etmişdir. Həmin əməkdaş dəfələrlə onu saxlayıb narahat etmişdir; əməkdaş onunla bağlı protokol tərtib edəndə xidməti avtomobildə tək olmuşdur. O, dəfələrlə “902” qaynar xəttinə zəng etsə də, yazılmış cərimənin protokolu ona verilməmiş, həmçinin müvafiq videogörüntü AsanPay, SMS-Radar.az, mygov və E- Polis.az-a göndərilməmişdir, çünki yazılmış cərimənin qanunsuz və əsassız olduğunu bilirlər. Şikayət məhkəməyə 19 fevral 2025-ci il tarixdə daxil olmuş, işin baxılması 03 mart 2025-ci il tarixə təyin edilmişdir. İşin faktiki halları: Gəncə Şəhər Baş Polis İdarəsinin Əlahiddə yol-patrul xidməti bölüyünün yol-patrul xidməti inspektoru, polis baş serjantı X2 Həsən Bəhrəm oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 30 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X5 30 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi 14 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi iləyolayrıcını keçmə qaydalarının pozulmasında təqsirli bilinib 100 (yüz) manat məbləğdə cərimə edilmişdir. Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X13 məhkəmə iclasında şikayəti müdafiə edərək bildirmişdir ki, 30 yanvar 2025-ci il tarixdə saat 09:05 radələrində özünə məxsus olan “Mercedes” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinin X20 prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində hərəkətdə olduğu zaman (Şəmkir rayonu istiqamətindən X20 prospekti ilə gəlib Heydər Əliyev prospekti istiqamətinə sola dönərkən) heç bir yol hərəkəti qaydası pozmadığı və qəza vəziyyəti yaratmadığı halda Gəncə şəhərinin yol-patrul xidməti əməkdaşı polis baş serjantı Vüsal Qəribov onu saxlatmış, onun barəsində qeyri-qanuni olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 (yüz) manat cərimə edilməsini nəzərdə tutan protokol tərtib etmişdir. Həmin əməkdaş əvvəllər də dəfələrlə onu saxlayıb narahat etmişdir. O, yol-patrul xidməti əməkdaşından saxlanma səbəbini soruşduqda əməkdaş onun yolayrıcını keçmə qaydalarını pozduğunu və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildirmişdir. Bu zaman, o, yol-patrul xidməti əməkdaşından kamera görüntülərinin ona göstərilməsini xahiş etmiş, lakin yol-patrul xidməti əməkdaşı videogörüntülərin ona göstərilməsindən yayınmış, bununla bağlı onunla bağlı yerində heç bir protokol tərtib etməmiş, belə olduqda o da çıxıb getmiş, bundan təxminən yarım saat sonra onun mobil telefonuna protokolla bağlı SMS-məlumat gəlmişdir. Bundan sonra, o, Gəncə Şəhər Dövlət X19 gedərək müvafiq məlumat vermiş və videogörüntüləri tələb etmiş, lakin ona heç bir videogörüntü təqdim edilməmişdir. Bundan sonra, o, dəfələrlə “902” qaynar xəttinə zəng etsə də, yazılmış cərimənin protokolu ona verilməmiş, həmçinin müvafiq videogörüntü “AsanPay”, “SMS-Radar.az”, “mygov” və “E- Polis.az”a göndərilməmişdir, çünki yazılmış cərimənin qanunsuz və əsassız olduğunu bilirlər. Şikayətin təmin edilməsini, barəsində qəbul edilmiş 14 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və barəsində olan hazırki inzibati xəta haqqında işin icraaatına xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Gəncə Şəhər Baş Polis İdarəsi Əlahiddə yol-patrul xidməti bölüyünün yol-patrul xidməti inspektoru, polis baş serjantı X11 məhkəmə iclasında verdiyi izahatında X13 barəsində tərtib etmiş olduğu 30 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və həmin protokol əsasında Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət X17 inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X5 qəbul etdiyi 14 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı hesab etdiyini bildirmiş, əlavə olaraq göstərmişdir ki, 30 yanvar 2025-ci il tarixdə saat 09:05 radələrində yol-patrul xidməti naryadında xidmətdə olarkən və xidməti avtomobildə Gəncə şəhərinin X20 prospekti ilə qərb istiqamətindən şərq istiqamətinə doğru hərəkət edərək Heydər Əliyev prospekti istiqamətinə sağa dönmə manevri edərkən “Mercedes” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhərinin X20 prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində hərəkətdə olduğu zaman (Şəmkir rayonu istiqamətindən X20 prospekti ilə gəlib Heydər Əliyev prospekti istiqamətinə sola dönərkən) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş yolayrıcını keçmə qaydalarını pozduğuna görə onun tərəfindən saxlanılmış və sürücü X9 bu barədə irad bildirilmiş, bu zaman sürücü onunla razılaşmayaraq avtomobili sürüb getmişdir. Baş vermiş yol hərəkəti qaydası pozuntusu xidməti avtomobildə quraşdırılmış bort-kompyuterin yaddaşında qeydə alınmışdır. O, sürücü X13 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsir nəzərdə tutan 30 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət X17 inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Hikmət Mirzəyev 14 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul etmişdir. O, şikayətin təmin edilməməsini, 14 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: -Gəncə Şəhər Baş Polis İdarəsinin Əlahiddə yol-patrul xidməti bölüyünün yol-patrul xidməti inspektoru, polis baş serjantı X11 tərəfindən X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş 30 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol məhkəmə iclasında tədqiq edilmişdir. -Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X5 30 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi və sürücü X7 İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarının pozulmasında təqsirli bilinib 100 (yüz) manat məbləğdə cərimə edilməsinə dair 14 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı məhkəmə iclasında tədqiq edilmişdir. Audio-video yazının məhkəmə iclasında tədqiqi: Gəncə Şəhər Baş Polis İdarəsinin Əlahiddə yol-patrul xidməti bölüyünün yol-patrul xidməti inspektoru, polis baş serjantı X6 məhkəməyə elektron daşıyıcıda (disk) təqdim etdiyi 3 (üç) dəqiqə 32 (otuz iki) saniyəlik audio-videoyazının məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilmişdir ki, **-GH-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil Gəncə şəhərinin Şah İsmayıl prospekti ilə qərb istiqamətindən şərq istiqamətinə doğru hərəkət edib Heydər Əliyev prospekti istiqamətinə sağa dönərkən sol zolaqda hərəkət edən avtomobil (yol-patrul xidməti avtomobilini) gözləmədən sola manevr etmiş və bununla da yolayrıcını keçmə qaydalarını pozmuşdur. Tətbiq edilməli olan normalar: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir; tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. İnzibati Xətalar Məcəlləsinin: -327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -128.2 və 128.2.3-cü maddələrindən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. -133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırması nəticəsində: **-GH-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü X7 30 yanvar 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Əlahiddə yol-patrul xidməti bölüyünün yol-patrul xidməti inspektoru, polis baş serjantı X11 tərəfindən məhkəməyə 1 ədəd diskdə (elektron daşıyıcıda) təqdim edilmiş video görüntülərdən X7 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar məhkəmə icraatında aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X5 30 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi və sürücü X7 İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarının pozulmasında təqsirli bilinib 100 (yüz) manat məbləğdə cərimə edilməsinə dair 14 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.1 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X7 barəsində qəbul edilmiş 14 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar dəyişdirilmədən saxlansın. Bu qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar