Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-364/2025 01.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs2 iştirakları ilə, Şəxs (26 avqust 1991-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonununda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx; ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən texniki peşə məktəbinin binasında məcburi köçkün qismində məskunlaşan, evli, tam orta təhsilli, “Azəriqaz” İB-də qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işləyən) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 198.3-cü maddəsi ilə təqsirləndirilməsi ilə bağlı işə ünvan 3 ünvanında) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Kəlbəcər Rayon Prokurorluğunda toplanmış material baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala daxil olan: Kəlbəcər rayon prokurorunun 06 noyabr 2025-ci il tarixli (qeydiyyat nömrəsi: 25-1-2-2-427-0005-2) “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarında göstərilir ki, fiziki şəxs Şəxs X10 istismar idarəsinin Kəlbəcər rayonu üzrə qəza-bərpa xidmətinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri vəzifəsində işlədiyi müddətdə 26 avqust 2025-ci il tarixdə saat 18 radələrində Kəlbəcər şəhərində yeni inşa edilmiş yaşayış kompleksi bina 1, blok 105, mənzil 2-də texniki təhlükəsizlik qaydalarına riayət etməklə qeyd olunan mənzilə təbii qazın verilməsi ilə bağlı təchizatı işləri aparan zaman texniki təhlükəsizlik qaydalarını, yəni "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.22-ci maddəsinin tələblərini pozaraq qaz xəttindən üfürülən qaz-hava qarışığını eyvana buraxmış və üfürmənin nəticəsini qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə etməklə (kibrit yandırmaqla) yoxlaması nəticəsində baş vermiş yanğın zamanı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ve Zərərçəkmiş şəxs3 ehtiyatsızlıqdan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zerervurmaya aid yanıq xəsarətləri almasına səbəb olmuş, bununla da, Azerbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati xətasını törətmişdir. Qeyd olunanlar hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi, məhkəmə-yanğın ve texnoloji partlayışların tədqiqi ekspertizaları, X1, Zərərçəkmiş şəxs2, Şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X5 izahatları ve toplanmış digər sənədlərlə sübuta yetirilmişdir. Materiala daxil olan: Kəlbəcər rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X4 icraatında olan 37C-25 (Epis № 24-3-2-2-427-0242) nömrəli material üzrə qəbul etdiyi 29 oktyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”na uyğun olaraq hadisə zamanı üzərinə təhlükəsizlik qaydalarına riayət etmək vəzifəsi həvalə edilmiş X10 İstismar İdarəsinin Kəlbəcər rayonu üzrə çilingəri Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 sağlamlıqlarına az ağır zərər vurmaya aid xəsarət almışlar. Qərarın Nəticə hissəsində: 37C-25 nömrəli araşdırma materialı üzrə Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1 və 225.1-ci maddələri ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkib əlamətləri mövcud olduğundan sonuncunun barəsində İnzibati Xətalar Məcəlləsinin qeyd olunan maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılmasından ötrü qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kəlbəcər rayon prokuroruna təqdim olunması qərara alınmışdır. Məhkəmə icraatı: İnzibati xəta haqqında iş üzrə məhkəmə iclası 01 dekabr 2025-ci il tarixə təyin edilmişdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmişlər. Zərərçəkmiş şəxs3 məhkəmənin elektron poçt ünvanına məktub göndərərək işi ilə əlaqədar olaraq məhkəmədə iştirak edə bilməyəcyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 iştirakları olmadan işin baxılmasını qərara almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında özünü İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, “Azəriqaz” X3 regional qaz istismar idarəsinin Kəlbəcər rayonu üzrə qəza-bərpa xidmətinin qaz təsərrüfatında qəza bərpa işlərinin çilingəri vəzifəsində işləyir. Kəlbəcər rayonunda yeni tikilmiş binalarda yerləşən mənzilə getmişlər. İlkin olaraq təlimata uyğun qaydada qapı və pəncərələri açmış, daha sonra qaz sayğacını sökərək havasını çıxartmışdır. Bu vaxt onun iş yoldaşı olan Zərərçəkmiş şəxs2 oraya gəlmiş, kömək lazım olub-olmadığını soruşmuşdur. Sayğacı yenidən bağladıqdan təxminən on beş- iyirmi dəqiqə sonra təbii qazın gəlib-gəlmədiyini yoxlayan zaman mənzildə alovlanma olmuş, həmin alovlanma nəticəsində özü və hadisə yerində olan zərərçəkmiş şəxlər- “Azəriqaz” X3 regional qaz istismar idarəsinin Kəlbəcər rayonu üzrə qəza-bərpa xidmətinin qaz təsərrüfatında qəza bərpa işlərinin çilingəri Zərərçəkmiş şəxs2, mənzil sahibi Zərərçəkmiş şəxs1 və Kəlbəcər Bərpa-tikinti Xidmətində layihə koordinatoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 müxtəlif yanıq xəsarətləri almışlar. Odur ki, törətdiyi əməldən səmimi peşmandır, ona güzəşt olunmasını xahiş edir. Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, evə olduğu zaman iş yoldaşlarının Kəlbəcər rayonunda yerləşən yeni tikilmiş binalarda qaz xətti çəkdiklərini eşitmiş və onların yanına getmişdir. Orada Məftunu soruşmuş, yuxarı mərtəbə olduğunu demişlər. O, Məftunun yanına gedərək onunla görüşmüş və kömək lazım olub-olmadığını soruşmuşdur. Məftun kömək lazım olmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs3la söhbət edən zaman partlayış səsi eşitmiş, üzünü çevirdikdə partlayışın alovu onun üzünü və əlini yandırmışdır. O, Kəlbəcər rayonunda yerləşən hərbi hospitalda ilkin tibbi yardım almışdır. Hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 Gəncə şəhər şöbəsinin keçirdiyi məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2025-ci il tarixli 924 saylı rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-başın, boynun, sifətin və hər iki yuxarı ətrafların ikinci-üçüncü (İİ-İİİ) dərəcəli termiki yanıqları-yüksək hərarətin (alovun) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 26 avqust 2025-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 Gəncə şəhər şöbəsinin keçirdiyi məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2025-ci il tarixli 925 saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- boynun, başın, sifətin və hər iki yuxarı ətrafların ikinci-üçüncü (İİ-İİİ) dərəcəli termiki yanıqları-yüksək hərarətin (alovun) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 26 avqust 2025-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 Gəncə şəhər şöbəsinin keçirdiyi məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2025-ci il tarixli 926 saylı rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- boynun, başın, sifətin və hər iki yuxarı ətrafların ikinci-üçüncü (İİ-İİİ) dərəcəli termiki yanıqları-yüksək hərarətin (alovun), KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 26 avqust 2025-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 Gəncə şəhər şöbəsinin keçirdiyi məhkəmə-tibbi ekspertizasının 29 sentyabr 2025-ci il tarixli 1050 saylı rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- təpə, hər iki gicgah, ənsə, üz, boyun, hər iki qulaq seyvanı, hər iki yuxarı ətrafların-bazu, said nahiyələrinin ümumi sahəsi 33-35 faiz olan ikinci-üçüncü (İİ-İİİ) dərəcəli termiki yanıqları-yüksək hərarətin (alovun) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 26 avqust 2025-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəznin Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 07 oktyabr 2025ci il tarixli 10/6580 saylı rəyindən görünür ki, qaz kəmərlərinə qaz buraxılan zaman üfürülən qaz-hava qarışığı binaya (pəncərələri olan eyvana) buraxılmış, üfürmənin keyfiyyətinin (nəticəsinin) yoxlanılması götürülməli olan nümunənin kənar açıq sahədə yandırılması ilə deyil, qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə edilməklə (kibrit yandırmaqla) aparılmışdır ki, bu da eyvana toplanmış qaz-hava qarışığının alışmasının və hadisənin baş verməsinin bilavasitə texniki səbəbi olmuşdur. Qaz kəmərlərinə qaz buraxılması işi ixtisaslaşdırılmış briqadalara həvalə edilmədiyinə və xətlərin üfürülməsi prosesi təhlükəsiz üsulla aparılmadığına görə baş vermiş hadisə ilə əlaqədar “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.19 və 9.22 bəndlərinin tələbləri pozulmuşdur. Qaz kəmərlərinə qaz buraxılması işi ixtisaslaşdırılmış briqadalara həvalə edilmədiyinə və xətlərin üfürülməsi prosesi təhlükəsiz üsulla aparılması təmin edilmədiyinə görə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.19 və 9.22 bəndlərinin tələbləri X10 İstismar İdarəsinin baş mühəndisi X2 tərəfindən pozulmuşdur. Qaz xəttindən üfürülən qazhava qarışığını eyvana buraxdığına və üfürmənin nəticəsini qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə etməklə (kibrit yandırmaqla) yoxladığına görə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.22 bəndinin tələbləri X10 İstismar İdarəsinin Kəlbəcər rayonu üzrə çilingəri Şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan: “Azəriqaz” İstehsalat Birliyi ilə Şəxs arasında bağlanmış 01 oktyabr 2024-cü il tarixli elektron əmək müqaviləsinin kağız daşıyıcıda çap olunmuş surətindən görünür ki, Şəxs “Azəriqaz” X3 regoinal qaz istismarı idarəsinə əsas iş yeri olaraq Kəlbəcər rayonu üzrə Qəza-bərpa xidmətinə 5-ci dərəcəli qaz təsərrüfatında qəzabərpa işlərinin çilingəri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan: AİB 28-SƏTƏMM-TL-005 nömrəli “Qaz təsərrüfatında qəzabərpa işləri üzrə çilingərin təhlükəsizlik texnikası təlimatı”ndan görünür ki, qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri vəzifəsində işləyən Şəxs 01 oktyabr 2024-cü il tarixdə həmin təlimatla tanış olmuşdur. İş materiallarında olan: “Azəriqaz” X3 regoinal qaz istismar idarəsinin Kəlbəcər xidmət sahəsi tərəfindən tərtib edilmiş “İşçilərin iş yerində təlimatlandırılmasının qeydiyyat jurnalı”nın surətindən görünür ki, qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri vəzifəsində işləyən Şəxs 01 oktyabr 2024-cü il, 29 dekabr 2024-cü il, 19 mart 2025-ci il, 27 may 2025-ci il və 02 iyul 2025-ci il tarixlərdə texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılmışdır. İş materiallarında olan: “Azəriqaz” X3 regoinal qaz istismar idarəsinin Kəlbəcər xidmət sahəsi tərəfindən tərtib edilmiş “İşçilərin biliklərinin yoxlanmasının qeyd olunması jurnalı”nın surətindən görünür ki, Qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri vəzifəsində işləyən Şəxs qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları ilə bağlı bilikləri “kafi” qiymətləndirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasıhakimin qeydi) zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanınln icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.22-ci bəndinə əsasən, qaz kəmərlərinə qaz buraxılan zaman, onlar bütün hava çıxana kimi qazla üfürülməlidir; üfürmənin keyfiyyətini yoxlamaq üçün götürülən nümunənin analizi, yaxud yandırılması üsulu ilə təyin edilir. Bu halda qazdakı oksigenin miqdarı 1 faizdən artıq olmamalıdır, qaz isə arası kəsilmədən sakit yanmalıdır; qaz kəmərlərindən qazı çıxararkən, onlar hava ilə, yaxud təsirsiz qazla, qaz tamamilə basılıb çıxarılanadək üfürülməlidir; üfürmənin qurtarması borudan götürülən havanın, yaxud təsirsiz qazın analizi ilə təyin edilir; üfürülən havada qalan qazın miqdarı qazın alışmasının aşağı həddinin 1/5-dən artıq olmamalıdır; boru kəmərlərini üfürdükdə qaz-hava qarışığını binalara, pilləkən boşluqlarına və həmçinin tüstü bacalarına, ventilyasiya kanallarına və s. buraxmaq olmaz; qaz kəmərlərinin üfürülməsi aparılan binaların havası dəyişdirilməlidir; qaz kəmərlərini üfürən zaman qazhava qarışığı elə yerlərə buraxılmalıdır ki, o, binalara habelə hər hansı bir od mənbəyindən alışa biləcək yerlərə keçməsin. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. -84.1 və 84.2-ci maddələrinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsindən görünür ki, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də əməyin təhlükəsizliyi normalarına əməl etməkdir. Məhkəmə araşdırması nəticəsində təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs “Azəriqaz” X3 regional qaz istismarı idarəsinin Kəlbəcər rayonu üzrə çilingəri vəzifəsini icra etdiyi 26 avqust 2025-ci il tarixdə qaz xəttindən üfürülən qaz-hava qarışığını eyvana buraxdığına və üfürmənin nəticəsini qazhava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə etməklə (kibrit yandırmaqla) yoxladığına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.22-ci bəndinin tələblərini pozmuş və nəticədə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 hər birinin sağlamlıqlarına az ağır zərər vurmaya aid xəsarət almalarına səbəb olmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulması inzibati xətasını törətmişdir. Bu hal məhkəmə icraatında tədqiq edilən sübutlarla-Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatları, məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2025-ci il tarixli 924 saylı, 27 sentyabr 2025-ci il tarixli 925 saylı, 27 sentyabr 2025-ci il tarixli 926 saylı və məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 07 oktyabr 2025-ci il tarixli 10/6580 saylı rəyləri və digər sübutlarla təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal- törətdiyi inzibati xətadan səmimi peşman olmasıdır, məsuliyyəti ağırlaşdıran hal yoxdur. İş üzrə inzibati məsuliyyətdən azad etmə üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdırılması nəticəsində əldə olunan sübutları qiymətləndirməklə, həmçinin törədilmiş xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar və təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Şəxs tərətdiyi (yuxarıda təsvir olunan) xətaya görə İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinməli və buna görə həmin maddənin sanksiyası həddində- 1500 (bir min beş yüz) manat məbləğdə cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğdə cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-364/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-364/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver